Visa və Emerging Europe tərəfindən aparılmış yeni araşdırmaya əsasən, qadın sahibkarlar rəqəmsal bacarıqlarını inkişaf etməyə və öz bizneslərini beynəlxalq səviyyəyə çatdırmağa istəklidirlər

She's Next Empowered by Visa təşəbbüsü çərçivəsində Emerging Europe təşkilatı tərəfindən Şərqi və Cənubi-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz dövlətlərində aparılmış araşdırma göstərir ki, bu geniş regionun qadın sahibkarları rəqəmsal marketinqə və sosial şəbəkələrə böyük maraq göstərir və bizneslərini beynəlxalq səviyyədə gücləndirmək arzusundadırlar. Araşdırmanın nəticələrinə əsasən, Azərbaycandan olan işgüzar qadınlar maliyyə cəlb etməkdə çətinlik çəkirlər, habelə nağdsız əməliyyatlara üstünlük verirlər.