• 11 iyun – 19 iyul 2026-cı il

    FIFA World Cup 2026™ ruhunu hiss etməyə hazır olun!

    Visa — FIFA-nın rəsmi tərəfdaşı olaraq

Bütün dünyanı ortaq futbol sevgisi ətrafında birləşdirərək

Visa — FIFA-nın rəsmi tərəfdaşı olaraq, dünyanın ən möhtəşəm futbol bayramını turnir məkanlarında innovativ ödəniş texnologiyaları və xüsusi əməkdaşlıqlar vasitəsilə daha da zənginləşdirir.

  •  

Sərhədsiz ödənişlərdə.

Visa ilə bir hərəkət yetər

İstənilən ödəniş üçün.

Visa ilə bir hərəkət yetər

Təhlükəsiz ödənişlər üçün.

Visa ilə bir hərəkət yetər

Visa hər növ azarkeşi mükafatlandırır

Futbola necə azarkeşlik etdiyinizin heç bir fərqi yoxdur – azarkeşlik təcrübənizdən daha çox faydalana bilməyiniz üçün fərdi mükafatlar hazırlamışıq.

Ən böyük futbol azarkeşi

Onlar statistikaya yaxşı bələd olur və hər futbol hekayəsini xatırlayır, qol anını hələ final fiti səslənmədən montajlayıb dərhal TikTok-da paylaşırlar. Onlar dörd fentezi-liqasında oynayır və futbol podkastları ilə yaşayırlar.

Təşkilatçı

Bəlkə də ofsayd qaydalarını yaxşı bilmirlər, lakin onların qonaq otağı əsl stadiondur. Qrup çatı hər zaman aktivdir, qəlyanaltılar rənglərə görə düzülüb, hər oturacaqda isə bayraq var. Onlar təkcə oyun günü qonaq qəbul etmirlər, həm də bu yığıncağın prodüseri kimi çıxış edirlər.

FOMO-azarkeş

Onlar fasilə zamanı peyda olur, hesabı push-bildirişlərdən öyrənir və elə sevinirlər ki, elə bil, hər şeyi öncədən təxmin ediblər. Onlar həmişə “hipe” olan yerdədirlər, düz müzakirənin ortasında tərəf dəyişdirə bilərlər və bütün coşqun anların iştirakçısıdırlar.

Yoldaş-azarkeş

Onlar komandaları yox, dostları seçirlər. Onlar yığıncaqlara selfi, qəlyanaltı və “Bəs bu gün kim oynayır?” sualı üçün gəlirlər. Onlar heyət düzülüşünü izləməyə bilərlər, lakin əyləncəni heç vaxt qaçırmazlar.

Antiazarkeş

Futbol? Yox, təşəkkür. Oyun günləri onlar onlayn alış-veriş edir, səfər bronlaşdırır, yaxud artıq spoylerini gördükləri seriala baxırlar. Dostları azarkeşlik edir, onlar isə sifariş edir.

Yaradıcılıq, kommersiya və mədəniyyət

Visa olaraq, biz inanırıq ki, kiçik biznes sahiblərini hərəkətə keçirən təşəbbüskar ruh rəssamlara da ilham verir. Tərəfdaşlığımız rəssamların işlərini dünyanın ən böyük səhnələrindən birində nümayiş etdirmək imkanını yaradır.

Artwork by Frank "Paper" Dunson from Georgia, USA  created for Visa’s Reimagine FIFA World Cup 2026 collaboration. Artwork by Frank "Paper" Dunson from Georgia, USA  created for Visa’s Reimagine FIFA World Cup 2026 collaboration.