Visa Solution-ın Xidmət Şərtləri
VACİB: VISA SOLUTION-UN AŞAĞIDAKI XİDMƏT ŞƏRTLƏRİNİ (“ŞƏRTLƏR”) DİQQƏTLƏ OXUYUN. VISA SOLUTION-DA QEYDİYYATDAN KEÇMİSİNİZ VƏ YA KARTINI AKTİV ETMİSİNİZSƏ, ŞƏRTLƏRİ ANLADIĞINIZI VƏ ONLARLA RAZILAŞDIĞINIZI QƏBUL ETMİSİNİZ. BU ŞƏRTLƏR VISA SOLUTION İLƏ ƏLAQƏLİ BÜTÜN ƏVVƏLKİ ŞƏRTLƏRİ ƏVƏZLƏYİR.
Visa Solution-ın 1 iyul 2024-cü ildən sonra qeydiyyatdan keçirilməsi üçün aşağıdakı bölməyə müraciət edilir.
Visa Solution yalnız meyarlara uyğun kartlarla istifadə edilə bilər. Siz anlayırsınız ki, emitentiniz və ya hər hansı digər Click to Pay tərəfdaşının kart üçün Click to Pay xidmətini təqdim etdiyi halda həmin kart üzrə Visa Solution meyarlarına uyğun olmaya bilərsiniz. Amma Visa müvafiq və sadələşdirilmiş xidmət əldə etməyiniz üçün Emitentiniz və ya digər Click to Pay tərəfdaşı ilə əlaqə saxlaya bilər (Visa Solution üçün verdiyiniz məlumatın paylaşılması daxildir). Kartınız Visa Solution üçün uyğun deyilsə, bu Şərtlərin qəbul edilməsi və təsdiqlənməsi nəticəsində Visa ilə müqavilə bağlanmadığını, eləcə də qalan Şərtlərin tətbiq olunmadığını başa düşürsünüz. Böyük hərflərlə yazılmış şərtlərin tərifi bu Şərtlərdə verilib.
Visa Solution
Visa Solution Visa USA Inc. tərəfindən idarə edilir ("Visa" və ya "biz"). Visa üçün əlaqə məlumatları aşağıdakı 17.1 (Bizimlə əlaqə) saylı bölmədə göstərilib.
Bu Qaydalarda istifadə edilən "Visa Solution" termini bu mənaya gəlir: Visa Click to Pay, Visa Checkout və ya başqa ad ilə adlandırılmasından asılı olmayaraq indi və ya gələcəkdə əlçatan olacaq bütün Visa Click to Pay və/və ya Visa Checkout xüsusiyyətləri, funksionallığı və xidmətləri, domen və ya subdomen kimi idarə edilən Visa Solution vebsaytı və ya mobil sayt ("Vebsayt"), yaxud emitent bank və ya ödəniş qurumu, tacir və ya digər üçüntü tərəfin təklif etdiyi tətbiq və ya funksiya vasitəsilə əlçatan olmasından asılı olmayaraq (ümumilikdə, "Xidmətlər); Visa Solution və ya onun lisenziyaçılarının Visa Solution vasitəsilə əlçatan olan loqoları, dizaynları, mətnləri, şəkilləri, videoları, qrafikası, proqram təminatı və ya digər məzmun və materialları, onların seçilməsi və tərtibatı (ümumilikdə "Məzmun"); və Visa-nın Visa Solution-u sizin üçün əlçatan etməklə əlaqədar olan aparat təchizatı, proqram təminatı və şəbəkələri (ümumilikdə, "Visa Solution Sistemi").
Visa Solution sizə (i) Visa-nın Visa Solution-la istifadəsinin meyarlara uyğun olaraq müəyyən etdiyi Visa kredit, debit və yenidən yüklənmə qabiliyyəti olan ödəniş kartlarınız və digər kartlar və ödəmə üsullarınız ("Meyarlara uyğun Kartlar") üçün ödəniş hesabını və e-poçt ünvanı, mobil telefon nömrəsi, faktura və çatdırılma ünvanları ("Kart Məlumatları") kimi əlaqəli məlumatları saxlamaq imkanı; və (ii) Visa qəbul edilən yerdə Click to Pay ikonunu və ya tranzaksiyanı emal etmək üçün Visa Checkout nişanını nümayiş etdirən ticarətçilər və ya digər üçüncü tərəflərlə Kart məlumatlarınızı paylaşmaq üçün Visa Solution-dan istifadə etmək imkanı təklif edir. Visa Meyarlara uyğun Kart(lar)ınızı verən maliyyə qurumu və ya digər qurum ("Kart emitenti") tərəfindən müəyyən edilən kart nömrəsi və bitmə tarixi kimi bəzi Kart Məlumatlarını avtomatik olaraq yeniləyə bilər.
Kart emitentiniz Meyarlara uyğun Kart(lar) barədə mükafat xalları, hissəli ödəniş seçimləri və digər Meyarlara uyğun Kart(lar) üstünlükləri kimi əlavə məlumatlar təmin edə bilər. Belə olduqda biz bu məlumatı sizə Visa Solution-da Meyarlara uyğun Kartınızın Emitentindən alındığı şəkildə, olduğu kimi təqdim edirilk. Bu məlumat barədə sualınız varsa, kart Emitentinizlə əlaqə saxlayın. Müvafiq hallarda Visa bu seçimlər və ya üstünlüklər üçün uyğun olub-olmadığınızı müəyyən etmək məqsədilə məlumatlarınızı emal edəcək və bunları sizə göstərəcək.
Siz Visa Solution-dan istifadə etdikdə biz tranzaksiyanı emal etmələrinə imkan vermək üçün Kart məlumatlarınızı ticarətçi, yaxud digər müvafiq üçüncü tərəfə ötürəcəyik. Visa Meyarlara uyğun Kartlarınızı qorumağa kömək etmək üçün istifadə etmək məqsədilə Visa Meyarlara uyğun Kartınızın ödəniş hesabı nömrəsinin rəqəmsal əvəzedicisini (token) yarada bilər. Siz ticarətçi yaxud digər müvafiq üçüncü tərəfin tranzaksiya barədə məlumatı Meyarlara Uyğun Kartınız üçün müvafiq şəbəkəyə ötürməsi və tranzaksiyanızın seçdiyiniz Meyarlara Uyğun Kartdan istifadə edilməklə ödənilməsi ilə razılaşırsınız.
Visa Solution-da saxlanılan yaxud onun istifadəsilə bağlı ortaya çıxan Kart Məlumatlarının tərəfinizdən, yaxud bəzi bölgələrdə sizin adınızdan kart verən qurumunuz, yaxud ticarətçi və ya üçüncü tərəf tərəfindən təqdim edildiyini və onların şəxsi maliyyə məlumatı ehtiva etdiyini qəbul edirsiniz. Visa Solution-la əlaqəli olaraq Meyarlara uyğun Kartlardan yalnız Kart verən qurum sizi kart sahibi yaxud səlahiyyətli istifadəçi hesab etdiyi və adınız Meyarlara uyğun Kart üzərində göstərildiyi halda istifadə edə bilərsiniz. Visa Solution-da saxladığınız və ya onun istifadəsi ilə bağlı təqdim etdiyiniz Kart Məlumatları və digər məlumatın tamlığı və dəqiqliyi üçün özünüzün məsuliyyət daşıdığınızı qəbul və təsdiq edirsiniz. Yalnız sahibi olduğunuz və ya idarə etdiyiniz düzgün e-poçt ünvanları və telefon nömrələrindən istifadə etməlisiniz. Visa-nın Visa kartlarının Kart Məlumatları üçün müəyyən düzgünlük yoxlamaları həyata keçirə bilməsinə baxmayaraq, Visa Kart Məlumatlarının cari və ya yenilənmiş olub-olmaması daxil olmaqla, təqdim etdiyiniz Kart Məlumatları və ya digər məlumatın dəqiqliyi üçün məsuliyyət daşımır.
Visa Solution bank və ya ödəniş hesabı deyil və sizə və ya ticarətçiyə hər hansı kredit təklif etmir. Visa Solution-dan istifadə etməklə həyata keçirdiyiniz istənilən tranzaksiya bu tranzaksiya üçün istifadə etdiyiniz Meyarlara uyğun Kartla bağlı hesabınızda əks olunacaq. Həmin hesabın ödənişi yalnız sizinlə Meyarlara uyğun Kartı verən qurum arasında həyata keçirilir.Tranzaksiyalarınız barədə vacib məlumat
VISA SOLUTION-UN TRANZAKSİYANI ASANLAŞDIRMASINA BAXMAYARAQ, VISA VISA SOLUTION-DAN İSTİFADƏNİZLƏ ƏLAQƏLİ TRANZAKSİYADA VƏ TİCARƏTÇİYƏ EDİLƏN VƏ YA ONUN ETDİYİ ÖDƏNİŞDƏ İŞTİRAK ETMİR VƏ BUNLAR (MALLARIN VƏ YA XİDMƏTLƏRİN SATIN ALINMASI VƏ YA QAYTARILMASI DAXİL OLMAQLA) YALNIZ SİZLƏ TİCARƏTÇİ ARASINDADIR.
VISA SOLUTION-DAN İSTİFADƏ ETMƏKLƏ HƏYATA KEÇİRİLMİŞ HƏR HANSI TRANZAKSİYA ÜÇÜN GERİ ÖDƏNİŞ VƏ YA ONUN LƏĞV EDİLMƏSİNİ TƏLƏB ETDİYİNİZ HALDA MÜVAFİQ TİCARƏTÇİ VƏ/VƏ YA TRANZAKSİYA ÜÇÜN İSTİFADƏ ETDİYİNİZ MEYARLARA UYĞUN KARTIN EMİTENTİ İLƏ ƏLAQƏ SAXLAMALISINIZ. VISA-NIN TRANZAKSİYANIN İŞTİRAKÇISI OLMADIĞINI VƏ BELƏLİKLƏ VISA-NIN TRANZAKSİYA İLƏ BAĞLI QARŞILAŞA BİLƏCƏYİNİZ HƏR HANSI BU CÜR PROBLEMİ HƏLL ETMƏK İQTİDARINDA OLMADIĞINI UNUTMAYIN.
TİCARƏTÇİ İLƏ ARANIZDA VISA SOLUTION-LA HƏYATA KEÇİRİLMİŞ TRANZAKSİYA İLƏ BAĞLI MÜBAHİSƏ YARANIBSA, MÜBAHİSƏNİN BİRBAŞA TİCARƏTÇİ İLƏ, YAXUD KARTI VERƏN QURUMUNUZ VASİTƏSİLƏ HƏLL EDİLMƏSİ ÜÇÜN YALNIZ ÖZÜNÜZ MƏSULİYYƏT DAŞIYIRSINIZ. VISA SOLUTION-UN FƏALİYYƏT XÜSUSİYYƏTLƏRİNƏ GÖRƏ O, TRANZAKSİYADA İŞTİRAK ETMİR.Xidmət Şərtləri
Visa Solution Meyarlara uyğun bütün Kartlar üçün əlçatan olmaya bilər. Bundan əlavə, Visa öz qərarına uyğun olaraq, Meyarlara uyğun Kartları Visa Solution-dan silə və ya Meyarlara uyğun Kartların Visa Solution üçün aktivləşdirilməsinin qarşısının ala bilər, həmçinin Visa istənilən vaxt Meyarlara uyğun Kartları təşkil edən xüsusi və ya ümumi kredit, debit və yenidən yüklənmə qabiliyyəti olan ödəniş kartlarının və digər kart yaxud ödəmə üsullarının meyarlara uyğunluğunu təftiş edə bilər.
Meyarlara uyğunluq
Visa Solution yalnız aşağıdakı şəxslər üçün mövcuddur:
- Bu yurisdikaların rezidentləri: Andorra, Argentina, Avstraliya, Avstriya, Bəhreyn, Belarus, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Çin (materik və Honq-Konq), Kolumbiya, Kosta-Rika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Dominikan Respublikası, Ekvador, El-Salvador, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Qvatemala, Honduras, Mararıstan, İslandiya, Hindistan, İndoneziya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, İordaniya, Qazaxıstan, Küveyt, Latviya, Litva, Lüksemburq, Malayziya, Malta, Meksika, Niderland, Yeni Zellandiya, Nikaraqua, Norveç, Panama, Paraqvay, Peru, Filippin, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Afrika, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan, Tayland, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Birləşmiş Ştatlar (əraziləri daxil olmaqla), Uruqvay və ya Vyetnam, bütün yurisdikalar əlçatan olduqca ("Meyarlara Uyğun Yurisdikalar");
- öz yurisdiksiyaları, əyalət və ya yaşayış yerlərində əhalinin çoxu üçün yetkinlik yaşı;
- kompüterdə, yaxud başqa cihazda internetdən istifadə etmək imkanı olanlar; və
- bir və ya daha çox Meyarlara uyğun Kartın sahibi və ya səlahiyyətli istifadəçisi olmaqla bərabər, öz Meyarlara uyğun Kart hesabları ilə bağlı problemi olmayanlar.
Visa Solution-ın qanunla icazə verilmədiyi yaxud başqa şəkildə məhdudiyyətlər qoyulduğu yerlərdə istifadə edilməsi qadağandır. Yaşayış yeriniz dəyişərsə, Visa Solution-ın qeydiyyatından dərhal çıxmalı və (Meyarlara Uyğun Yurisdiksiya olduğu halda) yeni yaşayış yerinizlə yenidən qeydiyyatdan keçməlisiniz. Yeni yeriniz Meyarlara uyğun Yurisdiksiya deyilsə, Visa Solution yeni yerinizdə əlçatan olduqda yenidən qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat və Təhlükəsizlik
Visa Solution-da qeydiyyatdan keçməyi, yaxud onun üçün Meyarlara uyğun Kart aktivləşdirməyi seçdiyiniz halda bizə özünüz haqqında düzgün, dəqiq, cari və tam məlumat təqdim edəcəyinizə və bu məlumatlarda dəyişiklik olarsa, onları yeniləcəyinizə razılaşmış olursunuz. Müvafiq qanunla müəyyən edilmiş bütün hallarda, Visa Solution barədə vacib məlumat və yenilikləri əldə etməklə bağlı uğursuzluğunuz daxil olmaqla Visa-nın, onunla dəqiq məlumat saxlaya bilməməyinizlə bağlı olaraq hər hansı öhdəlik daşımayacağını qəbul edir və təsdiqləyirsiniz. Visa-nın, bizə təqdim etdiyiniz hər hansı məlumatın yanlış, qeyri-dəqiq və ya natamam olmasından şübhə etmək üçün əsaslı səbəbləri olarsa, Visa Visa Solution-da qeydiyyatınızı yaxud ondan istifadənizi müvəqqəti olaraq və ya tamamilə dayandıra bilər və Visa Solution-dan (və ya onun hər hansı hissəsindən) hal-hazırda və ya gələcəkdə istifadənizə icazə verməyə bilər.
Qeydiyyat prosesinin bir hissəsi olaraq sizdən istifadəçi adı təyin etmək tələb olunur (bəzi bazarlarda isə şifrə təyin etməyiniz tələb oluna bilər). Bu məlumatlar Visa Solution-dan istifadə etdiyiniz zaman təsdiqləmə məqsədilə istifadə edilir. Mühafizəniz üçün şifrə təyin etməyiniz tələb olunarsa, Visa Solution üçün təkrarolunmaz olan şifrə seçməli, həmçinin istifadəçi adı və şifrənizi yadda saxlamalısınız və şifrənizi Visa Solution-a daxil olmaq üçün istifadə etdiyiniz şəxsi kompüter, tablet, mobil cihaz yaxud digər cihazınızda saxlamamalısınız. İstifadəçi adı və şifrə(ləri)niz olduğu halda onların məxfiliyinin qorunması üçün siz məsuliyyət daşıyırsınız. Bundan əlavə, Visa Solution-u rəqəmsal pulqabı ilə istifadə etməyiniz üçün cihazınız, brauzeriniz və ya linkinizdə (bir və ya bir çox cihazda) yadda saxlanmasını seçdiyiniz halda həmin cihaz(lar)ın, yaxud ona daxilolmanın təhlükəsizliyi üçün siz məsuliyyət daşıyırsınız. Bunları etməyiniz vacibdir, çünki Meyarlara uyğun Kartınızdan icazəsiz istifadə nəticəsində sizə dəyən hər hansı itki üçün biz məsuliyyət daşımırıq və şəraitdən asılı olaraq, Kartı verən qurumunuz Meyarlara uyğun Kart hesabınızdan icazəsiz istifadə üçün sizi məsuliyyətə cəlb edə bilər. Siz Visa Solution-da olan istifadəçi adı, şifrə və ya (əgər varsa) Meyarlara uyğun Kartınızdan icazəsiz istifadə barədə, yaxud Visa Solution-ın rəqəmsal pulqabı ilə istifadəsinin yadda saxlanmasını seçdiyiniz halda və ya onların istifadəsi üçün linki olan cihaz(lar)ınız itirilməsi, oğurlanması, yaxud icazəsiz daxilolmaya məruz qalması və ya Visa Solution-dan istifadənizlə bağlı hər hansı digər mövcud yaxud potensial təhlükəsizlik pozulması barədə Visa-nı dərhal məlumatlandıracağınızla razılaşırsınız. Visa Visa Solution-dakı Meyarlara uyğun Kartlarınızın ləğv edilməsi yaxud onlardan istifadənizin müvəqqəti və ya tamamilə dayandırılması və/yaxud şifrəniz olduğu halda Visa şifrənizin artıq etibarlı olmadığını hesab edərsə, sizdən onu dəyişdirməyi tələb etmək hüququnu özündə saxlayır.
Visa Solution-da Meyarlara uyğun Kartlarınızdan istifadə edilməsi və Visa Solution-dan istifadənin yaxud ona daxil olmağın bu Şərtlərə tamamilə uyğun olmasının təmi
n edilməsi üçün siz məsuliyyət daşıyırsınız. Visa Solution-dan istifadə edərkən Visa-nın kimliyinizi yoxlamaq üçün e-poçtunuza və/və ya mobil telefonunuza birdəfəlik giriş kodu göndərə biləcəyini qəbul edirsiniz. Siz həmçinin anlayır və qəbul edirsiniz ki, Visa şəxsiyyətinizi təsdiqləmək və cihaz(lar)ınız və Visa Solution-dakı Meyarlara uyğun Kartlarınız arasında etibarlı əlaqə yaratmaq məqsədilə Visa Solution-a daxil olmaq üçün isti
fadə etdiyiniz cihaz(lar) barədə məlumatlardan istifadə edə bilər. Biz Visa Solution üçün təhlükəsizlik tədbirlərini müntəzəm olaraq nəzərdən keçiririk. Lakin biz İnternet vasitəsilə ötürdüyünüz məlumatların tamamilə təhlükəsiz olduğuna zəmanət verə bilmərik.
Şəxsi cihazınızda Visa tərəfindən əlçatan edildiyi halda Visa Solution ilə əlaqəli olaraq barmaq izləri, üz tanıma və/və ya cihazınızın giriş kodu ("Giriş açarları") kimi imkanlardan istifadə etməyi seçə bilərsiniz. Giriş açarlarından istifadəniz sizlə cihazın istehsalçısı arasında olan müqavilə ilə tənzimlənir. Barmaq izləri, üz tanıma ilə bağlı məlumatlarınız və/və ya cihazın giriş kodu cihazınızı tərk etmirlər. Hər hansı ödəniş tranzaksiyası ilə əlaqədar Giriş açarlarından istifadə edib-etməməyi seçə bilməklə yanaşı, burada kartınızın əlaqəsini kəsməklə və ya cihazınızı silməklə Visa Solution-la əlaqəli olaraq Giriş açarlarınızdan istifadənizi qeyri-aktiv də edə bilərsiniz.Kart sahibi ilə Müqavilə
Bu Şərtlər Meyarlara uyğun Kartla bağlı Kart verən qurumunuzla hər hansı müqaviləyə ("Kart sahibi ilə Müqavilə") düzəliş etmir və ya onu digər şəkildə dəyişdirmir. Bu Şərtlər və Kart sahibi ilə Müqavilə arasında hər hansı uyğunsuzluq halında bu Şərtlər yalnız siz və Visa arasındakı Visa Solution-la bağlı münasibətləri tənzimləyir, Kart verən qurumunuzla olan Kart sahibi ilə Müqaviləniz isə sizinlə Kart verən qurum arasındakı münasibətləri tənzimləyir. Siz Visa Solution-dan istifadənizin istənilən Kart sahibi ilə Müqaviləyə uyğun olduğunu təmin etmək üçün məsuliyyət daşıyırsınız.
Xərclər, Haqlar və Vergilər
Visa Solution-dan istifadə etmək və ya ona giriş üçün tələb olunan istənilən avadanlıq, cihaz, proqram təminatı, modem və İnternet çıxışı və ya digər malların əldə edilməsi, eləcə də müvafiq haqlar, xərclər və digər məsrəflər üçün müstəsna olaraq siz məsuliyyət daşıyırsınız. Mesaj və məlumat haqqı tutula bilər. Siz həmçinin Visa Solution-la bağlı istifadə etdiyiniz hər hansı Meyarlara uyğun Kartla əlaqəli Kart verən qurumun tətbiq etdiyi istənilən faiz, haqq, xərc və ya məsrəflər və Visa Solution-dan istifadənizlə bağlı istənilən vergi yaxud vergi hesabatı öhdəliliyi üçün müstəsna olaraq məsuliyyət daşıyırsınız.
Məxfilik
Visa sizin şəxsi məlumatlarınızı sizə Visa Solution təqdim etmək üçün lazım olan dərəcədə və Visa Qlobal Məxfilik Bildirişində ("Məxfilik Bildirişi") göstərilən məqsədlərlə bağlı, o cümlədən saxtakarlığın qarşısının alınması, autentifikasiya və hesablaşmanın sadələşdirilməsi məqsədilə emal edir. Visa Solution-dan istifadə etdiyiniz halda Visa və onun tərəfdaşlarının şəxsi məlumatlarınızı toplaması, qoruması və paylaşması və məlumatların məxfiliyi ilə bağlı seçimləriniz barədə ətraflı öyrənmək üçün Visa Solution-ın Məxfilik Bildirişini oxuyun.
Kart emitentiniz, ticarətçi və ya hər hansı üçüncü tərəfin idarə etdiyi digər xidmətlərdən (bu xidmətlərin Visa Solution vasitəsilə əlçatan olması daxil olmaqla) istifadə edirsinizsə, ayrıca məxfilik bildirişləri tətbiq edilə bilər.
Visa Solution Visa Solution təcrübəsini nizamlamaq məqsədilə Google-un avtomatik doldurma funksionallığından istifadə edir. Google şəxsi məlumatlarınızı emal etdikdə bunu Google xidmət şərtləri və Google məxfilik siyasətinə uyğun olaraq edir.
Hesabınızla əlaqəli olan şəxsi məlumatlarınızın adekvat və yenilənmiş olmasının təmin edilməsi üçün siz cavabdehsiniz.Mülkiyyət Hüquqları
Visa Solution-da Məzmun üçün daxil olmaqla bütün mülkiyyət hüquqlarını Visa, onun Tərəfdaşları, eləcə də lisenziyaçıları özündə saxlayır və bunlar müvafiq müəlliflik, əmtəə nişanları və digər mülkiyyət (o cümlədən, əqli mülkiyyət) hüquqları ilə və beynəlxalq sazişlərlə qorunur. Bu Şərtlər vasitəsilə birmənalı şəkildə sizə verilməmiş bütün hüquqları Visa, onun Tərəfdaşları, eləcə də lisenziyaçıları özündə saxlayır. Bu Şərtlərdə heç bir şey sizə Visa-nın, onun Tərəfdaşlarının və ya hər hansı digər üçüncü tərəfin əmtəə nişanları, xidmət nişanları, loqo və ya digər mənşəli hər hansı nişanından istifadə hüququ vermir. "Tərəfdaş" Visa tərəfindən idarə edilmiş, idarə edilən yaxud Visa ilə birlikdə idarə edilən qurumdur.
Lisenziya verilməsi
Visa sizə Visa Solution-da qeydiyyatda olduğunuz müddət ərzində bu Şərtlərə uyğun şəkildə Visa Solution-dan istifadə etmək üçün məhdud, ləğvediləbilən, qeyri-eksklüziv, sublisenziya və ötürülmə hüququ verməyən lisenziya verir. Visa bu lisenziyanı istənilən zaman istənilən səbəbdən öz qərarına uyğun olaraq müvəqqəti və ya tamamilə dayandıra yaxud onu ləğv edə bilər. Birmənalı şəkildə sizə verilməmiş bütün hüquqlar Visa, onun Tərəfdaşları və ya onların lisenziyarlarına məxsusdur.
Rəy
Visa Solution barədə bizə rəy və ya tövsiyələrinizi təqdim etdiyiniz halda biz onlardan, sizin qarşınızda hər hansı öhdəlik götürmədən istifadə edə bilərik.
İstifadəçinin Davranışı
Visa Solution-dan istifadənizlə əlaqəli olan bütün müvafiq qanun, normativ akt və qaydalara, habelə digər hüquqi tələblərə əməl edəcəyinizi qəbul edirsiniz. Bundan əlavə, razılaşırsınız ki:
- Visa Solution-dan yalnız qanunun icazə verdiyi çərçivədə istifadə edəcəksiniz;
- Visa Solution-dan bu Şərtlərə uyğun olmayan şəkildə istifadə etməyəcəksiniz;
- Visa Solution-ın və ya Visa Solution-ın hər hansı hissəsinin təhlükəsizliyini və ya fəaliyyətini pozmayacaq və ya onlara müdaxilə etməyəcək və ya ondan digər şəkildə sui-istifadə etməyəcəksiniz;
- Visa Solution-a və ya Visa Solution-ın ümumi istifadə üçün qadağan edilmiş hissələrinə icazəsiz giriş əldə etməyə cəhd etməyəcəksiniz;
- Visa Solution-dan kiminsə şəxsi həyatı üçün yanlış və/və ya ləkələyici, təhqiramiz, vulqar, nifrət oyandıran, narahatedici, nalayiq, kobud, hədələyici, qəsbedici hesab edilə biləcək şəkildə və ya hər hansı üçüncü tərəfin hüquqlarını pozaraq istifadə etməyəcəksiniz;
- Visa Solution-ın hər hansı formada eynisini yaratmayacaq və Visa Solution-u hər hansı bir elektron, mexaniki və ya digər məlumat axtarış sistemində saxlamayacaq və ya ora daxil etməyəcəksiniz;
- Visa Solution-ın və ya onun hər hansı hissəsinin surətini çıxarmayacaq, onları imitasiya etməyəcək, klonlaşdırmayacaq, icarə və ya kirayə verməyəcək, satmayacaq, kommersiya məqsədilə istismar etməyəcək, dəyişdirməyəcək, hissələrə ayırmayacaq, sökməyəcək, paylamayacaq, texniki təhlil etməyəcək və ya ötürməyəcəksiniz;
- Visa Solution-ın düzgün fəaliyyətinə müdaxilə etmək və ya müdaxiləyə cəhd etmək məqsədilə hər hansı cihaz, proqram təminatı və ya altproqramdan istifadə etməyəcək və ya Visa Solution Sisteminə Visa tərəfindən onun öz qərarına uyğun müəyyən edilmiş şəkildə lazımsız və ya qeyri-proporsional ağır yük təşkil edəcək hər hansı fəaliyyət həyata keçirməyəcəksiniz; və
- Visa və ya Kart verən qurumunuz tərəfindən vaxtaşırı olaraq irəli sürülən istənilən digər tələb, qadağa və ya məhdudiyyətlərə əməl edəcəksiniz.
Zəmanətlərdən İmtina və Öhdəliyin Məhdudlaşdırılması
VISA SOLUTION BÜTÜN XİDMƏTLƏR DAXİL OLMAQLA, BÜTÜNLÜKLƏ VƏ YA QİSMƏN "OLDUĞU KİMİ" VƏ "MÜMKÜN OLAN KİMİ" ŞƏRTLƏRİ ƏSASINDA, HƏR HANSI BİRMƏNALI VƏ YA FƏRZ EDİLƏN ZƏMANƏTLƏR, O CÜMLƏDƏN, MÜLKİYYƏT HÜQUQUNUN QANUNAUYĞUNLUĞU ZƏMANƏTLƏRİ, TƏYİNATI ÜZRƏ İSTİFADƏSİ ÜÇÜN FƏRZ EDİLƏN SATIŞAYARARLILIQ VƏ YA ÜMUMİ YARARLILIQ ZƏMANƏTLƏRİ OLMADAN TƏQDİM EDİLİR. BİZ VISA SOLUTION SİSTEMİNİN VİRUSSUZ OLDUĞUNA YAXUD VISA SOLUTION-UN İSTİFADƏSİ ZAMANI FASİLƏLƏRİN YARANMAYACAĞINA ZƏMANƏT VERMİRİK. MÜVAFİQ QANUNLA MÜƏYYƏN EDİLMİŞ BÜTÜN HALLARDA SİZ BİRMƏNALI ŞƏKİLDƏ VISA SOLUTION-DAN İSTİFADƏNİZ VƏ ONUN NƏTİCƏLƏRİ VƏ FƏALİYYƏTİ İLƏ BAĞLI BÜTÜN MƏSULİYYƏT VƏ RİSKİ ÜZƏRİNİZƏ GÖTÜRDÜYÜNÜZÜ QƏBUL VƏ TƏSDİQ EDİRSİNİZ.
LAQEYDLİK HALI DA DAXİL OLMAQLA HEÇ BİR HALDA VƏ HEÇ BİR ŞƏRTDƏ VISA VƏ ONUN TƏRƏFDAŞLARI VƏ ONLARIN MÜVAFİQ VƏZİFƏLİ ŞƏXSLƏRİ, DİREKTORLARI, MÜŞTƏRİLƏRİ, ÜZVLƏRİ, İŞÇİLƏRİ VƏ YA SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİNİN (ÜMUMİLİKDƏ, "VISA TƏRƏFLƏRİ") BAŞ VERMƏ FORMASINDAN ASILI OLMAYARAQ VƏ HEÇ BİR ÖHDƏLİK NƏZƏRİYYƏSİ ÇƏRÇİVƏSİNDƏ VISA SOLUTION-DAN VƏ/VƏ YA BU ŞƏRTLƏRDƏN YARANMASINDAN VƏ YA ONLARLA BAĞLI MEYDANA ÇIXMASINDAN ASILI OLMAYARAQ DƏYMİŞ HƏR HANSI ZİYAN, İDDİA VƏ YA ZƏRƏRƏ (O CÜMLƏDƏN, ƏVƏZLƏYİCİ, TƏSADÜFİ, BİLAVASİTƏ, XÜSUSİ, CƏZALI VƏ YA CƏRİMƏLİ ZİYANA) GÖRƏ, HƏTTA VISA TƏRƏFİ BU KİMİ ZİYAN, İDDİA VƏ ZƏRƏRLƏRİN MÜMKÜNLÜYÜ BARƏDƏ XƏBƏRDAR EDİLDİKDƏ BELƏ MƏSULİYYƏT DAŞIMIR.
QEYD EDİLƏNLƏRİN ÜMUMİLİYİNİ MƏHDUDLAŞDIRMAMAQ ŞƏRTİLƏ VISA TƏRƏFİ SİZ VƏ YA HƏR HANSI ÜÇÜNCÜ TƏRƏF QARŞISINDA BUNLARA GÖRƏ ÖHDƏLİK DAŞIMAYACAQ: (I) SİZİN VISA SOLUTION-DAN İSTİFADƏNİZ VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏYİNİZ, O CÜMLƏDƏN EMİTENTİNİZİN TRANZAKSİYAYA İCAZƏ VERMƏKDƏN VƏ YA TİCARƏTÇİNİN ONU QƏBUL ETMƏKDƏN İMTİNA ETMƏSİ; (II) VISA SOLUTION İLƏ BAĞLI ƏLDƏ ETDİYİNİZ HƏR HANSI MƏHSULLAR, XİDMƏTLƏR VƏ YA MƏLUMATLAR, O CÜMLƏDƏN BUNLARI ƏLDƏ EDƏ VƏ YA QAYTARA BİLMƏMƏYİNİZ; (III) SİZ VƏ TİCARƏTÇİ ARASINDAKI MÜBAHİSƏLƏR; (IV) VISA SOLUTION VASİTƏSİLƏ, ELƏCƏ DƏ KART EMİTENTİNİZ VƏ YA DİGƏR ÜÇÜNCÜ TƏRƏFİN TƏQDİM ETDİYİ MƏLUMATLARDA HƏR HANSI QEYRİ-DƏQİQLİK, NATAMAMLIQ VƏ YA MİSİNFORMASİYA; (V) VISA SOLUTION İLƏ ƏLAQƏDAR TOPLANAN, SAXLANAN VƏ YA GÖNDƏRİLƏN KÖÇÜRMƏLƏR, DATA VƏ YA DİGƏR MƏLUMATLARA İCAZƏSİZ ÇIXIŞ, ONLARIN DƏYİŞDİRİLMƏSİ VƏ YA İTİRİLMƏSİ; (VI) XƏTALAR, SİSTEM DAUNTAYM, ŞƏBƏKƏ VƏ YA SİSTEMİN İŞİNDƏ FASİLƏLƏR, FAYLLARIN KORLANMASI VƏ YA XİDMƏTLƏRDƏ KƏSİLMƏLƏR; VƏ YA (VII) SİZİN TƏRƏFİNİZDƏN VISA SOLUTION-UN BAŞQA HƏR HANSI FORMADA İSTİFADƏSİ. BUNDAN ƏLAVƏ, VISA TƏRƏFLƏRİ BİRBAŞA VƏ YA DOLAYI YOLLA, HƏR HANSI AVADANLIĞIN NASAZLIĞI, ÖTÜRMƏ VƏ YA ÇATDIRILMA PROBLEMLƏRİ VƏ YA HƏR HANSI İSTEHSALAT MÜBAHİSƏSİ, MÜHARİBƏ, TƏBİİ FƏLAKƏT, TERROR AKTI, PARTLAYIŞ, FORS MAJOR VƏ YA BİZİM NƏZARƏTİMİZDƏN KƏNAR HƏR HANSI HADİSƏ SƏBƏBİNDƏN BU ŞƏRTLƏRDƏ NƏZƏRDƏ TUTULMUŞ HƏR HANSI ÖHDƏLİYİN İCRA EDİLMƏMƏSİNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIRLAR.
BURADA ƏKSİ QEYD EDİLƏN HEÇ BİR ŞEYƏ BAXMAYARAQ, VISA TƏRƏFLƏRİNİN SİZİN QARŞNIZDA HƏR HANSI BİR FƏALİYYƏT NƏTİCƏSİNDƏ YARANMIŞ ÖHDƏLİKLƏRİNİN MƏCMUSU HƏR ZAMAN (A) SİZİN FAKTİKİ İTKİNİZDƏN DAHA AZ MƏBLƏĞLƏ VƏ YA (B) 100 ABŞ DOLLARI İLƏ MƏHDUDLAŞDIRILACAQ.
BƏZİ YURİSDİKSİYALAR MÜƏYYƏN ZƏMANƏT, ÖHDƏLİK VƏ ZƏRƏRLƏRDƏN İMTİNA EDİLMƏSİNƏ, ONLARIN İSTİSNA EDİLMƏSİ VƏ YA MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERMİR, BU SƏBƏBDƏN YUXARIDAKI İMTİNA, İSTİSNA VƏ MƏHDUDLAŞDIRMALARIN BƏZİLƏRİ SİZƏ ŞAMİL EDİLMƏYƏ BİLƏR. BELƏ YURİSDİKSİYALARDA VISA-NIN ÖHDƏLİYİ MÜVAFİQ QANUNVERİCİLİYİN MÜƏYYƏN ETDİYİ HALLARLARLA MƏHDUDLAŞIR. BU ŞƏRTLƏRDƏ HEÇ NƏ VISA TƏRƏFLƏRİNİN AŞAĞIDAKILAR ÜÇÜN ÖHDƏLİYİNİ ARADAN QALDIRMIR: (A) ONLAR TƏRƏFİNDƏN LAQEYDLİK NƏTİCƏSİNDƏ BAŞ VERƏN ÖLÜM VƏ YA SAĞLAMLIĞA ZƏRƏR, (B) SAXTAKARLIQ YAXUD QƏSDƏN ÇAŞDIRMA, YAXUD (C) ÖHDƏLİYİN ARADAN QALDIRILMASI YAXUD MƏHDUDLAŞDIRILMASI VƏ YA ARADAN QALDIRMAĞA YAXUD MƏHDUDLAŞDIRMAĞA CƏHD EDİLMƏSİ İLƏ VISA TƏRƏFLƏRİ ÜÇÜN QEYRİ-QANUNİ OLACAQ İSTƏNİLƏN MƏSƏLƏ.
Dəstəyin olmaması; Ticarətçilərlə mübahisəli işlər
Visa bunları dəstəkləmir, sponsorluq etmir və məsuliyyət daşımır: (i) Ödəniş şəbəkələri və ya rəqəmsal pulqabıların emitentləri və ya idarəediciləri, yaxud hesablaşma təcrübəsi asanlaşdıran və ya Visa Solution ilə əlaqədar istifadə edə biləcəyiniz digər üçüncü tərəflər; (ii) Visa Solution ilə əlaqədar satın alınmış məhsullar və xidmətlər, yaxud edilmiş tranzaksiyalar; (iii) Visa Solution ilə əlaqədar satın alınmış məhsullar və ya xidmətlər, eləcə də edilmiş tranzaksiyaların tanınması və ya tələblərinin yerinə yetirilməsi; və (iv) Visa Solution ilə əlaqədar məhsulları və ya xidmətləri alınmış və ya tranzaksiya edilmiş ticarətçilər.
Üçüncü Tərəflərin Vebsaytları, Məzmun və Resursları
Visa Solution tranzaksiya təcrübəsini asanlaşdırmağa kömək edən üçüncü tərəflər, o cümlədən onların vebsayt, domen yaxud proqramları vasitəsilə əlçatan ola bilər və bu cür üçüncü tərəflər, üçüncü tərəflərin vebsayt, məzmun və resursları (sosial media daxil olmaqla) ilə əlaqə saxlamağa yaxud onlara birbaşa qoşulmağa icazə verə bilər. Siz Visa-nın bu cür hər hansı üçüncü tərəflərin fikirləri, mövqe yaxud məzmunlarına və ya onların (Visa tərəfindən deyil, başqa şirkət və ya şəxslər tərəfindən təqdim edilən) vebsayt, domen, proqram yaxud resurslarına nəzarət etmədiyini və onlarla hər zaman razılaşmadığını qəbul edirsiniz. Siz Visa-nın bu növ vebsayt, məzmun və ya resursların mövcudluğuna görə məsuliyyət daşımadığını təsdiq və qəbul edirsiniz. Bundan əlavə siz Visa-nın bu üçüncü tərəf vebsayt, domen, proqram, məzmun və ya resursları ilə əlaqəli olaraq məruz qaldığınız itki və zərərlərə, o cümlədən Visa Solution vasitəsilə həyata keçirilmiş satınalmalar nəticəsində sizə dəymiş hər hansı itki və ya zərərlərə görə sizin qarşınızda məsuliyyət daşımadığını qəbul edirsiniz.
Visa Solution-a və bu Şərtlərə dəyişikliklər; Ləğvetmə
Visa öz qərarına uyğun olaraq Visa Solution-ın hər hansı və ya bütün aspektlərini, o cümlədən Visa Solution-ın hər hansı hissəsinin mövcudluğunu istənilən vaxt sizi xəbərdar edərək və ya etməyərək müvəqqəti və ya daimi olaraq ləğv edə, dəyişə, düzəliş edə, dayandıra, təkmilləşdirə və ya davam etdirməyə bilər və siz Visa-nın bu fəaliyyətlərdən hər hansı birinin həyata keçirilməsi nəticəsində sizin və ya hər hansı üçüncü tərəfin qarşısında məsuliyyət daşımaması ilə razılaşırsınız. Visa Solution-ın hər hansı yaxud bütün aspektlərinə edilmiş hər hansı dəyişiklik, düzəliş yaxud təkmilləşdirmələrdən sonra Visa Solution-dan istifadəyə davam etməyiniz sizin bu cür dəyişiklik, düzəliş yaxud təkmilləşdirmələri və bu Şərtlərin bu cür dəyişiklik, düzəliş yaxud təkmilləşdirmələrlə birgə Visa Solution-a şamil edilməsinin mümkün olmasını qəbul etməyiniz kimi başa düşüləcək.
Emitentiniz və ya başqa Click to Pay tərəfdaşı tərəfindən təqdim edilən Click to Pay təcrübənizi sadələşdirmək üçün Visa sizə müvafiq xəbərdarlıq etməklə Visa Solution-dan istifadənizə xitam verə bilər.Bu Şərtlərdən hər hansı birini qəbul etmirsinizsə, Visa Solution-dan istifadə etməməlisiniz. Visa bu Şərtləri istənilən vaxt öz qərarına uyğun olaraq dəyişdirmək hüququnu özündə saxlayır. Visa Vebsaytımızda və ya Visa Solution təqdim etmək üçün saxlanılan istənilən vebsaytda bu halda müvafiq hesab etdiyimiz formada xəbərdarlıq etməklə yeni versiyasını yerləşdirərək bu Şərtləri və ya Məxfilik Bildirişini dəyişdirə bilər. Biz hər zaman bu Şərtlərin ən son versiyasını Vebsayta yerləşdirəcəyik. Ən son dəyişiklik tarixi aşağıda "Son Yeniləmə" tarixi və Məxfilik Bildirişində "Qüvvəyə Minmə Tarixi" ilə qeyd ediləcək. Müvafiq qanunvericiliyin müəyyən etdiyi bütün hallarda sizin bu cür istənilən dəyişiklikdən sonra Visa Solution-dan istifadəyə davam etməyiniz və ya onda iştirakınız bu Şərtləri dəyişdirilmiş şəkildə qəbul etdiyinizi bildirir.
Visa Solution-dan istifadənizi istənilən vaxt dayandıra bilərsiniz, Şərtlərə etdiyimiz dəyişikliklərdən məmnun olmamağınız bura daxildir. Visa Solution vebsaytının Müştərii Dəstəyi bölməsindəki təlimatlara əməl etməklə Visa Solution-dan tamamilə qeydiyyatdan çıxa və ya konkret Meyarlara Uyğun Kartları qeydiyyatdan çıxara bilərsiniz. Visa istənilən vaxt (i) bu Şərtlərdən hər hansı birini pozduğunuz halda və ya (ii) Visa-nın öz qərarına uyğun olaraq kommersiya baxımından istənilən digər müvafiq səbəbdən Visa Solution-a girişinizi və ya ondan istifadənizi dərhal və sizə öncədən xəbərdarlıq etmədən və ya qarşınızda məsuliyyət daşımadan müvəqqəti yaxud tamamilə dayandıra və ya ləğv edə bilər. Visa Visa Solution-a girişinizin müvəqqəti yaxud tamamilə dayandırılması, ləğv edilməsi, dəyişdirilməsi və ya modifikasiya edilməsinə görə qarşınızda məsuliyyət daşımır. Ləğv edildikdən sonra bu Şərtlərə əsasən sizə aid olan bütün ödəniş və digər öhdəliklərə görə məsuliyyət daşımağa davam edirsiniz.
Ümumi Şərtlər
Qeydlər.
Visa-nın sizə Visa Solution-la bağlı e-poçt vasitəsilə, Vebsaytda yerləşdirməklə yaxud digər elektron ünsiyyət vasitələrindən istifadə edərək bildiriş və digər açıqlamalar təqdim edə biləcəyini qəbul edirsiniz. Sizə göndərdiyimiz bütün elektron ismarıclar "yazılı" ismarıclar hesab edilməli və faktiki olaraq qəbul edildiyi tarixdən gec olmayaraq və ya yerləşdirilməsindən və ya yayılmasından sonrakı beş gün ərzində sizə çatdırılmış hesab edilməlidir. Biz sizə Visa Solution-dan istifadənizlə bağlı kağızda yazılı şəkildə olmaqla əlavə məlumat təqdim etmək öhdəliyi daşımırıq.
Bizdən məlumat əldə etmək üçün e-poçtunuzu müntəzəm olaraq yoxlamaq sizin məsuliyyətinizdədir. Bizdən gələn e-poçtların e-poçt hesabınızda bloklanmamasını və bizə təqdim etdiyiniz e-poçt ünvanının aktual olmasınını siz təmin etməlisiniz. Bundan əlavə, bizə elektron formada təqdim etdiyiniz qeydlərdə göstərildiyi kimi hərəkət etməyimizə icazə verirsiniz.
Elektron formada olan məlumatları əldə etmək yaxud Visa Solution hesabı ilə bağlı fəaliyyət göstərmək üçün Visa Solution hesabı istifadəçi adınız olmalıdır.Hüquqlardan imtina.
Bu Şərtlərdə yer alan hər hansı müddəa və ya hüququn təmin edilməsi və ya həyata keçirilməsində uğursuzluğumuz və ya gecikməmiz bu müddəa və ya hüquqdan imtina etməyimiz hesab edilə bilməz.Müqavilənin tamamı.
Bu Şərtlər Visa Solution-dan istifadənizlə bağlı Visa ilə sizin aranızdakı müqavilənin tamamını təşkil edir.Müqavilənin bölünməsi.
Siz və Visa bu Şərtlərin hər hansı müddəası məhkəmə və ya səlahiyyətli yurisdiksiya tərəfindən qanunazidd, etibarsız (qanuna əsasən daxil olmaqla) və hər hansı bir səbəbdən tətbiq edilə bilməyən hesab edilərsə, həmin müddəanın bu Şərtlərdən ayrıla bilən hesab ediləcəyini və yerdə qalan müddəaların etibarlılığına və hüquqi qüvvəsinə təsir etməyəcəyini qəbul edirsiniz.Şərh edilməsi.
Sərlövhə və başlıqlar yalnız rahatlıq üçündür və şərh məqsədilə daxil edildikləri düşünülməməlidir. "Bu şərtlərin", "bu şərtlərdə", və "bu şərtlərdəki" ifadələri bu Şərtlərin hər hansı bir hissəsinə deyil, Şərtlərin tamamına aiddir. "O cümlədən" ifadəsi "daxil olmaqla, ancaq bunlarla məhdudlaşmayaraq" kimi başa düşülməlidir. Bu sənədin harasında istifadə olunmasından asılı olmayaraq tək hal cəm halı, cəm hal tək halı ehtiva etməli, hər hansı cinsə aid olan qeydlər bütün cinslərə aid edilməlidir.Tərəflərin Münasibətləri.
Bu Şərtlərin heç bir hissəsi sizlə Visa arasında birgə müəssisə, tərəfdaşlıq, iş və ya agentlik əlaqələrinin təsis edilməsi kimi başa düşülməməlidir və siz Visa adından hər hansı öhdəlik yaratmaq və ya bəyanat vermək səlahiyyətinə malik deyilsiniz.Zərərin qarşılanması.
Müvafiq qanunvericiliyin müəyyən etdiyi bütün hallarda siz Visa Tərəflərini bu Şərtləri pozmağınıza görə, bunun nəticəsində və ya bununla bağlı yaranmış istənilən zərər, öhdəlik, iddia və ya tələbdən azad edəcəyiniz, müdafiə edəcəyiniz və qoruyacağınızla razılaşırsınız.Mübahisələrin Həlli və Tənzimləyici Qanun.
Qanunvericiliyin müəyyən etdiyi bütün hallarda siz və Visa razılaşırsınız ki:- aşağıda H (b.) bölməsində qeyd edilənlərdə deyil, Meyarlara uyğun digər Yurisdiksiyada yaşayırsınızsa, sizə aşağıdakı tənzimləyici qanun və arbitraj müddəası şamil edilir:
BU BÖLMƏDƏ ARBİTRAJ MÜDDƏASI GÖSTƏRİLİB. ZƏHMƏT OLMASA BU MÜDDƏANI DİQQƏTLƏ OXUYUN. BURADA VISA SOLUTION VƏ YA BU ŞƏRTLƏRLƏ BAĞLI İSTƏNİLƏN İDDİANIN MƏCBURİ ARBİTRAJ YOLU İLƏ HƏLL EDİLMƏLİ OLDUĞU GÖSTƏRİLİR. ARBİTRAJDA NƏ SİZ, NƏ DƏ VISA İDDİALARI MƏHKƏMƏ QARŞISINDA QALDIRMAQ VƏ YA İDDİALARI ANDLILAR MƏHKƏMƏSİNƏ ÇIXARMAQ HÜQUQUNA MALİK OLMAYACAQSINIZ. İDDİALARA ARBİTRAJ MƏHKƏMƏSİNDƏ YALNIZ FƏRDİ QAYDADA BAXILA BİLƏR. MƏHKƏMƏDƏN ÖNCƏ İSTİNTAQ HÜQUQLARI VƏ MƏHKƏMƏDƏN SONRA APELLYASİYA HÜQUQLARI MƏHDUDLAŞDIRILACAQ, LAKİN ARBİTR BU ŞƏRTLƏRƏ UYĞUN OLARAQ İCAZƏ VERİLMİŞ ŞƏKİLDƏ ZƏRƏR VƏ TƏZMİNATI MÜƏYYƏNLƏŞDİRƏ BİLƏR.
Visa Solution və ya bu Şərtlərlə bağlı, o cümlədən bu Şərtlərin formalaşdırılması, şərhi, pozulması, həyata keçirilməsi, ləğv edilməsi, tətbiqi və ya hüquqi qüvvəsi ilə bağlı, bu müddəanın hüquqi qüvvəsi və etibarlılığı, eləcə də arbitraj predmeti ola biləcək müqavilənin (H(a) bölməsində "Mübahisə" kimi verilmiş) arbitraja irəli sürülməsinin miqyası və mümkünlüyü ilə bağlı yaranan istənilən mübahisə, iddia səbəbi, iddia və ya ziddiyyət yalnız bu bölmədə müəyyən edilmiş prosedur və arbitraj şərtinə uyğun olaraq həll edilməlidir. Sizlə Visa arasındakı istənilən mübahisə məcburi arbitraj yolu ilə həll edilməlidir (daimi yaşayış yeri ABŞ olub, kiçik iddialar məhkəməsində (iddialar uyğundursa) iddia qaldıra bilənlər istisna olmaqla). Bu arbitraj müddəası yalnız Visa-nın Visa Solution-la bağlı mübahisələrinə şamil edilir. Meyarlara Uyğun Emitentinizlə mübahisə olduğu halda həmin mübahisəni Emitentinizlə həll etməlisiniz.
Daimi yaşayış yeriniz ABŞ olduğu halda sizlə Visa arasında olan istənilən arbitraj qərarı JAMS-ın Ümumi Arbitraj Qaydalarına və Prosedurlarına, ABŞ-dan kənarda yaşadığınız halda isə JAMS-ın Beynəlxalq Arbitraj Qaydalarına uyğun olaraq həyata keçiriləcək (həmin qaydalar bu müddəa ilə ziddiyyət təşkil etmədiyi halda). Bu qaydaların surətini JAMS-a zəng edərək (1-800-352-5267), JAMS-a yazaraq (620 Eighth Avenue, 34th Floor, New York, NY 10018) və ya www.jamsadr.com, yaxud www.jamsinternational.com/ səhifələrindən əldə edə bilərsiniz.
HƏR BİR TƏLƏB ÜZRƏ ARBİTRAJ İCRAATI AYRI-AYRILIQDA HƏYATA KEÇİRİLMƏLİDİR. BU O DEMƏKDİR Kİ, HƏM SİZƏ, HƏM DƏ VISA-YA, YAZILI ŞƏKİLDƏ RAZILAŞMAYA GƏLMƏDİYİNİZ halda ARBİTRAJ MƏHKƏMƏSİNDƏ BAŞQALARINA QARŞI VƏ YA BAŞQALARI TƏRƏFİNDƏN İDDİALARI BİRLƏŞDİRMƏK, ELƏCƏ DƏ HƏM SİZƏ, HƏM DƏ VISA-YA KOLLEKTİVİN NÜMAYƏNDƏSİ VƏ YA ÜZVÜ QİSMİNDƏ ARBİTRAJ MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETMƏK QADAĞANDIR. BU ŞƏRTLƏRİ QƏBUL ETMƏKLƏ SİZ VƏ VİSA SİNİF MƏHKƏMƏSİ ÜZRƏ İŞDƏ İŞTİRAK ETMƏK HÜQUQUNDAN İMTİNA EDİRSİNİZ. Arbitraj prosesi bir arbitr tərəfindən həyata keçirilir. Arbitraj məhkəməsi (i) telefon vasitəsilə, onlayn və/və ya yalnız yazılı materiallar əsasında həyata keçirilməli, konkret qaydanı arbitraj məhkəməsini başladan tərəf seçməlidir; və (ii) tərəflər arasında əksi razılaşdırılmadığı halda tərəflər və ya şahidlər məhkəmədə əyani şəkildə iştirak etməməlidirlər. Arbitr sizinlə Visa arasında qarşılıqlı şəkildə razılaşdırılmalıdır. Siz və Visa arbitrlə bağlı razılığa gələ bilmədikdə, arbitr JAMS prosedurları əsasında təyin edilir. Əgər hər hansı səbəbdən mübahisəyə arbitrajda deyil, məhkəmədə baxılarsa, siz və Visa andlılar məhkəməsi hüququnuzdan imtina edirsiniz.
Vəkil tutmağı seçə bilərsiniz, lakin qarşınıza belə bir tələb qoyulmur. Tətbiq edilən qanunvericilik çərçivəsində arbitr tərəfindən təyin edilmədiyi halda hər tərəf öz vəkil xidməti xərcləri üçün cavabdeh olacaq. Arbitrajı başladan tərəf qeydiyyat haqqını ödəyir (çətinliyin aşkar edilməsi səbəbindən JAMS tərəfindən başqa cür diktə edilmədiyi təqdirdə). Visa arbitrajla əlaqədar digər bütün inzibati, işin idarə edilməsi və arbitraj rüsumlarını əvvəlcədən birbaşa JAMS-a ödəyəcək. Arbitrajın sonunda Visa tərəfindən ödənmiş rüsumlar arbitrin göstərişi ilə JAMS prosedurlarına əsasən sizinlə Visa arasında bölüşdürülə bilər. Arbitraj ha
qqında bu müddəanın miqyası və məhkəmə qaydasında icrasının mümkünlüyü daxil olmaqla, bütün məsələlər üzrə arbitr tərəfindən qərar verilir. Arbitrin istənilən qərarı yekun hesab edilməlidir. Məbləğ üzrə məhkəmə qərarı yurisdiksiyası olan hər hansı məhkəmə tərəfindən verilə bilər. Bu bölmə tərəflərin arbitraja yardım üçün müvafiq yurisdiksiya məhkəməsindən ilkin məhkəmə müdafiəsi vasitəsi təmin etməyə çalışmasının qarşısını almır. Yuxarıdakı 13-cü Bölmədə təsvir edildiyi kimi, Visa-nın öhdəliyi müvafiq qanunla müəyyən edilən maksimum səviyyə ilə məhduddur.
Bu Şərtlər və tərəflərin buradakı hüquqları beynəlxalq xüsusi hüquq və qanunların seçimi istisna olmaqla, Delaver ştatının qanunlarına əsasən tənzimlənməli və şərh edilməlidir. B
u bölmədəki arbitraj müddəasının hüquqi qüvvəsi olmadığı bəlli olarsa, yaxud kollektiv iddia hüquqlarından imtinanın hər hansı səbəbdən kollektiv iddia qaldırılan zaman hüquqi qüvvəsi olmadığı bəlli olarsa, o zaman aşağıdakı H (b.) bölməsində təsvir edilən tənzimləyici qanun və məhkəməlik olub-olmama ilə bağlı müddəalar şamil edilir.
Bu Bölmənin qalan hissəsi ABŞ sakinlərinə şamil edilir:
Arbitr qanunvericilik aktının müddəaları əsasında tələb olunmadığı halda cəza və ya cərimə məqsədilə zərərin əvəzinin və ya ilkin faizlərin ödənməsi haqqında qərar verə bilməz; arbitr həmçinin itirilmiş mənfəət və ya üçüncü tərəflərin məruz qaldığı zərər daxil olmaqla, hər hansı birbaşa, dolayı və ya təsadüfi zərərin əvəzinin ödənməsi barədə qərar çıxara bilməz. Təmin edilmiş hər hansı təzminat digər Visa Solution istifadəçilərinə təsir edə bilməz. Tərəflər təsdiq edirlər ki, bu Şərtlər ştatlararası ticarətin daxil olduğu tranzaksiyaya sübutdur. Əvvəlki paraqrafda yer alan müvafiq maddi hüquq haqqında müddəaya baxmayaraq, Şərtlərə və bu bölməyə uyğun olaraq həyata keçirilmiş hər hansı arbitraj prosesi haqqında Federal Arbitraj Aktı ilə tənzimlənir (9 U.S.C. (ABŞ qanunlar toplusu) 1-16-cı Bölmələr). - əgər rezidenti olduğunuz yurisdiksiya (i) Argentina, Braziliya, Kanadadırsa və ya Avropada Meyarlara Uyğun Yurisdiksiyadırsa, (ii) yuxarıda H (a) paraqrafında göstərilən arbitraj müddəasının tətbiq edilə bilmədiyi hər hansı Meyarlara Uyğun Yurisdiksiyadırsa və ya (iii) kollektiv iddia qaldırılan məhkəmə işində kollektiv iş hüquqlarından imtinanın hər hansı səbəbdən tətbiq edilə bilmədiyi hər hansı Meyarlara Uyğun Yurisdikasiyadırsa, onda aşağıdakılar tətbiq ediləcək: (x) bu Şərtlər və ya Visa Solution ilə bağlı və ya onların nəticəsi olan hər hansı mübahisə, iddia və ya iddia qaldırma səbəbləri rezidenti olduğunuz Meyarlara Uyğun Yurisdiksiyanın qanunlarına əsasən tənzimlənir və şərh edilir; və (y) bu Şərtlər və ya Visa Solution ilə bağlı və ya onların nəticəsi olan hər hansı mübahisə, iddia və ya iddia qaldırma səbəbləri rezidenti olduğunuz Meyarlara Uyğun Yurisdiksiyada yerləşən səlahiyyətli mülki məhkəmələrdə həll ediləcək. İstənilən icbari istehlakçı hüquqlarının qorunması üzrə qanunu şamil edilməyə davam edir.
- aşağıda H (b.) bölməsində qeyd edilənlərdə deyil, Meyarlara uyğun digər Yurisdiksiyada yaşayırsınızsa, sizə aşağıdakı tənzimləyici qanun və arbitraj müddəası şamil edilir:
Hüquq və öhdəliklərin ötürülməsi.
Bu Şərtləri Visa-nın əvvəlcədən yazılı razılığı olmadan qanun əsasında və ya başqa yolla üçüncü tərəfə ötürə bilməzsiniz. Visa bu Şərtləri və buradakı hüquq və öhdəlikləri sizə bildiriş vermədən və ya razılığınızı almadan hər hansı üçüncü tərəfə ötürmək hüququnu özündə saxlayır. Yuxarıda qeyd edilənlərdən asılı olaraq, bu Şərtlər sizə və sizin müvafiq varisləriniz və hüquqi vərəsələriniz üzərində öhdəlik yaradacaq, maraqlarınıza xidmət edəcək və sizə qarşı iddia qüvvəsinə malik olacaq. Visa Solution-dan istifadənizi istənilən vaxt dayandıra bilərsiniz (o cümlədən, Şərtləri ötürdüyümüzə görə məmnun olmadığınız üçün).Ayrı-ayrı ölkələrə xas olan müddəalar.
-
İstehlakçı hüquqlarının qorunması qaydaları Buenos-Ayres şəhərində istehlakçı və istifadəçilərə xidmətlər təklif edən, satan yaxud göstərən və internet səhifəsi olan hüquqi şəxslərin səhifələrinə "Dirección General de Defensa y Protección al Consumidor"-a yönləndirən link əlavə etməli olduqlarını nəzərdə tutur. Sual və şikayətlərinizlə bağlı «Dirección General de Defensa y Protección al Consumidor» ilə əlaqə saxlamaq üçün aşağıdakı sayta baş çəkin: www.argentina.gob.ar/defensadelconsumidor.
-
Avstriya sakininizsə, sizə yuxarıdakı müvafiq nömrəli bölmələrin yerinə bu 17.J.ii bölməsinin aşağıdakı müddəaları şamil edilir və onlar 1-17.I bölməsindəki ümumi müddəalara nisbətən daha yüksək hüquqi qüvvəyə malik olacaqlar.
Bölmə 3 (Xidmət Şərtləri)
Visa Solution Meyarlara uyğun bütün Kartlar üçün əlçatan olmaya bilər. Bundan əlavə, Visa Meyarlara uyğun Kartların Visa Solution üçün aktivləşməsinə yol verməyə bilər.
Bölmə 5 (Qeydiyyat və Təhlükəsizlik)
Visa Solution-da qeydiyyatdan keçməyi, yaxud onun üçün Meyarlara uyğun Kart aktivləşdirməyi seçdiyiniz halda bizə özünüz haqqında düzgün, dəqiq, cari və tam məlumat təqdim edəcəyinizə və bu məlumatlarda dəyişiklik olarsa, onları yeniləcəyinizə razılaşmış olursunuz. Visa-nın Visa Solution barədə vacib məlumat və yenilikləri əldə etməklə bağlı uğursuzluğunuz daxil olmaqla, Visa ilə dəqiq məlumat saxlaya bilməməyinizlə əlaqədar hər hansı şəkildə məsuliyyət daşımayacağını qəbul edir və təsdiqləyirsiniz. Visa-nın, bizə təqdim etdiyiniz hər hansı məlumatın yanlış, qeyri-dəqiq və ya natamam olmasından şübhə etmək üçün əsaslı səbəbləri olarsa, Visa Visa Solution-a qeydiyyatınızı yaxud ondan istifadənizi müvəqqəti olaraq və ya tamamilə dayandıra bilər və Visa Solution-dan (və ya onun hər hansı hissəsindən) hal-hazırda və ya gələcəkdə istifadənizə icazə verməyə bilər.
Qeydiyyat prosesinin bir hissəsi olaraq sizdən istifadəçi adı təyin etmək tələb olunur (bəzi bazarlarda isə şifrə təyin etməyiniz tələb oluna bilər). Bu məlumatlar Visa Solution-dan istifadə etdiyiniz zaman təsdiqləmə məqsədilə istifadə edilir. Mühafizəniz üçün şifrə təyin etməyiniz tələb olunarsa, Visa Solution üçün təkrarolunmaz olan şifrə seçməli, həmçinin istifadəçi adı və şifrənizi yadda saxlamalısınız və şifrənizi Visa Solution-a daxil olmaq üçün istifadə etdiyiniz şəxsi kompüter, tablet, mobil cihaz yaxud digər cihazınızda saxlamamalısınız. İstifadəçi adı və şifrə(ləri)niz olduğu halda onların məxfiliyinin qorunması üçün siz məsuliyyət daşıyırsınız. Bundan əlavə, Visa Solution-u rəqəmsal pulqabı ilə istifadə etməyiniz üçün cihazınız, brauzeriniz və ya linkinizdə (bir və ya bir çox cihazda) yadda saxlanmasını seçdiyiniz halda həmin cihaz(lar)ın, yaxud ona daxilolmanın təhlükəsizliyi üçün siz məsuliyyət daşıyırsınız. Bunları etməyiniz vacibdir, çünki, bu cür cihaz(lar)ın təhlükəsizliyini və ya on(lar)a girişi qeyri-qanuni yolla qorumamısınızsa, Meyarlara uyğun Kartınızdan icazəsiz istifadə nəticəsində sizə dəyən hər hansı itki üçün biz məsuliyyət daşımırıq və şəraitdən asılı olaraq, Kartı verən qurumunuz Meyarlara uyğun Kart hesabınızdan icazəsiz istifadə üçün sizi cavabdeh hesab edə bilər. Visa Solution-da olan istifadəçi adı, şifrə yaxud Meyarlara uyğun Kartınızdan (əgər varsa) icazəsiz istifadə barədə öyrəndiyinizdə, yaxud Visa Solution-ın rəqəmsal pulqabı ilə istifadəsinin yadda saxlanmasını seçdiyiniz və ya onların istifadəsi üçün linki olan cihaz(lar)ınız itirilmiş, oğurlanmış, yaxud icazəsiz daxilolmaya və ya Visa Solution-dan istifadənizlə bağlı hər hansı digər mövcud, yaxud potensial təhlükəsizlik pozulmasına məruz qalmış olduğu halda bu barədə Visa-nı dərhal məlumatlandıracağınızla razılaşırsınız. Visa Visa Solution-dakı Meyarlara uyğun Kartlarınızın ləğv edilməsi yaxud onlardan istifadənizin müvəqqəti və ya tamamilə dayandırılması və/yaxud şifrəniz olduğu halda Visa şifrənizin artıq etibarlı olmadığını hesab edərsə, sizdən onu dəyişdirməyi tələb edilməsi haqqını özündə saxlayır.
Siz Visa Solution-da Meyarlara uyğun Kartlarınızdan istifadə edilməsi və Visa Solution-dan istifadənin yaxud ona daxil olmağın bu Şərtlərə tamamilə uyğun olmasının təmin edilməsi üçün məsuliyyət daşıyırsınız.
Visa Solution-dan istifadə etdiyinizdə Visa-nın, kimliyinizi yoxlamaq üçün e-poçtunuza və/və ya mobil telefonunuza birdəfəlik giriş kodu göndərə biləcəyini qəbul edirsiniz.
Şəxsi cihazınızda Visa tərəfindən əlçatan edildiyi halda Visa Solution ilə əlaqəli olaraq barmaq izləri, üz tanıma və/və ya cihazınızın giriş kodu ("Giriş açarları") kimi imkanlardan istifadə etməyi seçə bilərsiniz. Giriş açarlarından istifadəniz sizlə cihazınızın istehsalçısı arasında olan müqavilə ilə tənzimlənir. Barmaq izləri, üz tanıma ilə bağlı məlumatlarınız və/və ya cihazın giriş kodu cihazınızı tərk etmirlər və onlar Visa üçün əlçatan deyillər. Hər hansı ödəniş tranzaksiyası ilə əlaqədar Giriş açarlarından istifadə edib-etməməyi seçə bilməklə yanaşı, burada kartınızın əlaqəsini kəsməklə və ya cihazınızı silməklə Visa Solution-la əlaqəli olaraq Giriş açarlarınızdan istifadənizi qeyri-aktiv də edə bilərsiniz.
Siz Visa Solution-dan elektron ticarət tranzaksiyasını həyata keçirmək üçün istifadə edilə biləcək olan və qarşılıqlı əlaqədə olduğunuz ticarətçinin Visa Solution-u dəstəklədiyi hər hansı cihazda istifadə etməyi seçə bilərsiniz. Bundan başqa, cihaz, platforma və/və ya veb brauzer Giriş açarlarını dəstəklədiyi, cihazınızda Giriş açarlarını aktiv etmiş olduğunuz və Giriş açarlarının istifadəsi Visa tərəfindən əlçatan edilmiş olduğu hallarda, Giriş açarlarından istifadə edərək şəxsi cihazınızda Visa Solution tranzaksiyalarınızın əslliyini yoxlamağı seçə bilərsiniz.
Bölmə 7 (Xərclər, Haqlar və Vergilər)
Visa Solution-dan istifadə etmək və ya ona giriş üçün tələb olunan istənilən avadanlıq, cihaz, proqram təminatı, modem və İnternet çıxışı və ya digər malların əldə edilməsi, eləcə də müvafiq haqlar, xərclər və digər məsrəflər üçün müstəsna olaraq siz məsuliyyət daşıyırsınız. Mesaj və məlumat haqqı tutula bilər. Siz həmçinin Visa Solution-la bağlı istifadə etdiyiniz hər hansı Meyarlara uyğun Kartla əlaqəli Kart verən qurumun tətbiq etdiyi istənilən faiz, haqq, xərc və ya məsrəflər və Visa Solution-dan istifadənizlə bağlı istənilən vergi yaxud vergi hesabatı öhdəliliyi üçün müstəsna olaraq məsuliyyət daşıyırsınız.
Yuxarıda qeyd edilənlərə əsasən Visa Solution pulsuz olaraq təmin edilir.
Bölmə 8 (Məxifilik)
Visa şəxsi məlumatlarınızı, sizi Visa Solution-la təmin etmək və ortaq məqsədlər üçün emal edir (bu Şərtlərdə qəbul edildiyi kimi). Hesabınızla əlaqəli olan şəxsi məlumatlarınızın adekvat və yenilənmiş olmasının təmin edilməsi üçün siz cavabdehsiniz. Kart emitentiniz, ticarətçi və ya hər hansı üçüncü tərəfin idarə etdiyi digər xidmətlərdən (bu xidmətlərin Visa Solution vasitəsilə əlçatan olması daxil olmaqla) istifadə edirsinizsə, ayrıca məxfilik bildirişləri tətbiq edilə bilər.
Bölmə 10 (Lisenziya verilməsi)
Visa sizə Visa Solution-da qeydiyyatda olduğunuz müddət ərzində bu Şərtlərə uyğun şəkildə Visa Solution-dan istifadə etmək üçün məhdud, ləğvediləbilən, qeyri-eksklüziv, sublisenziya və ötürülmə hüququ verməyən lisenziya verir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, lisenziya istənilən halda bu Şərtlərdən təşkil olunmuş müqavilə başa çatdıqda qüvvədən düşür. Birmənalı şəkildə sizə verilməmiş bütün hüquqlar Visa, onun Tərəfdaşları və ya onların lisenziyarlarına məxsusdur.
Bölmə 13 (Zəmanətlərdən İmtina və Öhdəliyin Məhdudlaşdırılması)
KİÇİK SƏHLƏNKARLIQ (LEICHTE FAHRLÄSSIGKEIT) SƏBƏBİLƏ ORTAYA ÇIXAN ZƏRƏRLƏR (SCHÄDEN) ÜÇÜN VISA-NIN MƏSULİYYƏTİ İSTİSNA EDİLİR.
SÖZÜGEDƏN ÖHDƏLİYİN MƏHDUDLAŞDIRILMASI HƏR HANSI MƏCBURİ HÜQUQİ ÖHDƏLİYƏ (MƏSƏLƏN, ZƏMANƏT İDDİALARI (GEWÄHRLEISTUNGSANSPRÜCHE), AVSTRİYANIN MƏHSUL ÜÇÜN ÖHDƏLİK QANUNUNA UYĞUN İDDİALAR (PRODUKTHAFTUNGSGESETZ) VƏ ŞƏXSİ ZƏRƏRLƏR ÜÇÜN ÖHDƏLİK (PERSONENSCHÄDEN)) TƏTBİQ EDİLMİR. ƏLAVƏ OLARAQ, ÖHDƏLİYİN MƏHDUDLAŞDIRILMASI VISA-NIN BU CÜR ÖHDƏLİYİN ORTAYA ÇIXMASINA SƏBƏB OLAN MƏSƏLƏ İLƏ BAĞLI XÜSUSİ QARANTİYA VERMƏSİ VƏ YA XÜSUSİ TƏƏHHÜD GÖTÜRMƏSİ HALINDA TƏTBİQ EDİLMİR.
Bölmə 16 (Visa Solution-a və bu Şərtlərə düzəlişlər; Dayandırılma)
Visa Solution tərəfinizdən və ya Visa tərəfindən istənilən vaxt aşağıdakılara (bura müvafiq qanunlara uyğun olaraq məhsulu qaytarma hüquqlarınız daxildir) əsasən dayandırılana qədər qeyri-müəyyən müddət ərzində əlçatandır.
Visa ən azı on dörd (14) gün əvvəl sizə e-poçt vasitəsilə yazılı bildiriş göndərərək Visa Solution-ın hər hansı və ya bütün aspektləri ilə bağlı bu Şərtlərin təşkil etdiyi müqaviləni istənilən vaxt dayandıra bilər.
Visa Visa Solution-ın hər hansı və ya bütün aspektlərini müstəqil şəkildə təkmilləşdirə bilər.
Siz Visa Solution-dan istifadənizi istənlən vaxt dayandıra bilərsiniz. Visa Solution-ın vebsaytının Müştəriyə Dəstək bölməsindəki göstərişlərə əməl edərək Visa Solution-ın qeydiyyatını ləğv edə bilərsiniz. Bu Şərtlərdən hər hansı birini pozduğunuz halda Visa Visa Solution-a girişinizi və ya ondan istifadənizi dərhal və öncədən xəbərdarlıq etmədən və ya qarşınızda məsuliyyət daşımadan müvəqqəti olaraq, yaxud tamamilə dayandıra bilər. Ləğv edildikdən sonra bu Şərtlərə əsasən sizə aid olan bütün ödəniş və digər öhdəliklərə görə məsuliyyət daşımağa davam edirsiniz.
Bölmə 17.A. (Bildirişlər)
Visa-nın sizə Visa Solution-la bağlı bildiriş və digər açıqlamaları e-poçt vasitəsilə təqdim edə biləcəyini qəbul edirsiniz. Sizə göndərdiyimiz bütün elektron məlumatlar "yazılı" məlumatlar hesab edilməli və faktiki olaraq qəbul edildiyi tarixdə çatdırılmış hesab edilməlidir. Biz sizi Visa Solution-dan istifadənizlə bağlı kağızda yazılı şəkildə olmaqla əlavə məlumatla təmin etməyə borclu deyilik.
Bizdən gələn e-poçtların e-poçt hesabınızda bloklanmamasını və bizə təqdim etdiyiniz e-poçt ünvanının aktual olmasınını siz təmin etməlisiniz. Bundan əlavə, bizə elektron formada təqdim etdiyiniz qeydlərdə göstərildiyi kimi hərəkət etməyimizə icazə verirsiniz.
Elektron formada olan məlumatları əldə etmək yaxud Visa Solution hesabı ilə bağlı fəaliyyət göstərmək üçün Visa Solution hesabında istifadəçi adınız olmalıdır.
Bölmə 17.G. (Azadetmə)
Siz Visa və tərəfdaşlarını bu Şərtləri pozmağınıza görə, bunun nəticəsində və ya bununla bağlı yaranmış istənilən itki, öhdəlik, iddia və ya tələblər, cərimə və xərclərdən azad edəcəyiniz, müdafiə edəcəyiniz və qoruyacağınızla razılaşırsınız.
Bölmə 17.H. (Mübahisələrin Həlli və Tənzimləyici Qanun)
Sizin aşağıdakı əlaqə məlumatlarından istifadə edərək Visa-ya Visa Solution-la bağlı şikayətlə müraciət etmək hüququnuz var. Visa şikayəti məxfi şəkildə nəzərdən keçirəcək. Visa şikayətinizin alındığını dərhal təsdiqləyəcək və şikayət alındığından sonrakı otuz (30) gün ərzində şikayətlə bağlı problemi həll etmək üçün hansı tədbirlərin görüldüyünü aydın şəkildə bildirəcək. Visa şikayətlə bağlı probleminizi həll edə bilməzsə, şikayətinizi Avropa Birliyinin istənilən rəsmi dilində Avropa Komissiyasının təmin etdiyi ODR-platforma vasitəsilə təqdim edə bilərsiniz. Şikayət bundan sonra mübahisəli işlərin həlli üzrə yerli qurumlarınıza göndəriləcək.
Bu Şərtlər və ya Visa Solution-la bağlı istənilən mübahisəli iş, tələblər və ya iddia qaldırıma səbəbləri Avstriya qanunlarına əsasən tənzimlənir və şərh edilir (onun hüquqi normalarındakı ziddiyətlər nəzərə alınmadan).
Bu Şərtlər və ya Visa Solution-la bağlı istənilən mübahisəli iş, tələblər və ya iddia qaldırıma səbəbləri ilə əlaqəli problemlər yurisdiksiyası olan səlahiyyətli məhkəmələrdə həll edilir.
Bölmə 17.I. (Təyinetmə) silinib və tətbiq edilməyəcək.
-
Yuxarıdakı Bölmə 7-yə əsasən, Visa Solution ödənişsiz şəkildə təmin edilir.
Visa aşağıdakı hallarda sizi xəbərdar edərək və ya etməyərək, müstəqil şəkildə bu Şərtlər və ya Visa Solution-a dəyişikliklər və ya düzəlişlər edə bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- dövlət orqanı, məhkəmə, Avropa Birliyi məhkəməsi və ya qurumu Visa-nın üzərinə bu Şərtlərin və/və ya Visa Solution-ın məzmunlarına birbaşa təsir edən öhdəliklər qoyduqları halda;
- əlavə funksionallığın təmin edilməsi, təhlükəsizliklə bağlı və texniki təkmilləşdirmələr, xətaların düzəldilməsi, dayanıqlılığın artırılması, Visa Solution-ın işinin yaxşılaşdırılması, istifadəçi fəaliyyətinin yaxşılaşdırılması və istehlakçılar üçün artıq faydasız olan bəzi xüsusiyyətlərin silinməsi daxil olmaqla, dəyişikliklər sizin üçün faydalı olduğu halda;
- Visa-ya Visa Solution-u və ya onun bəzi texniki imkanlarını təklif etmək artıq iqtisadi cəhətdən səmərəli olmadığı halda; və/və ya
- dəyişiklik böyük olmadığı halda.
Şərtlərə və/və ya Visa Solution-a edilən hər hansı dəyişiklik üçün Visa sizə bu dəyişiklik barədə dəyişikliyin qüvvəyə minməsindən minimum bir (1) ay əvvəl bildiriş göndərəcək. Dəyişiklikləri qəbul etmək istəmədiyiniz halda Visa Solution-dan istifadənizi dayandıra bilərsiniz. Dəyişikliklər qüvvəyə minməzdən öncə Visa Solution-dan istifadənizi dayandırmasanız, bildirilmiş dəyişikləri qəbul etmiş hesab ediləcəksiniz.
Yuxarıda 16-cı bölmədəki xitamvermə barədə paraqraflara (Visa Solution və bu Şərtlərə edilən dəyişikliklər; Dayandırılma) baxmayaraq, aşağıdakılar Belçika rezidentlərinə şamil edilir:
Visa aşağıdakı hallarda xəbərdarlıq edərək və ya etməyərək müstəqil şəkildə Visa Solution-ın hər hansı və ya bütün aspektlərini və/və ya bu Şərtləri müvəqqəti olaraq və/və ya tamamilə dayandıra bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- dövlət orqanı, məhkəmə, Avropa Birliyi məhkəməsi və ya qurumu Visa-nın üzərinə bu Şərtlərin və/və ya Visa Solution-ın məzmunlarına birbaşa təsir edən öhdəliklər qoyduqları halda;
- Visa-ya Visa Solution-u və ya onun bəzi texniki imkanlarını təklif etmək artıq iqtisadi cəhətdən səmərəli olmadığı halda;
- Visa Belçikada Visa Solution-la bağlı fəaliyyətini dayandırmağa qərar verdiyi halda;
- Emitentiniz və ya bu cür digər Visa tərəfdaşı eyni və ya oxşar həlli təklif etdikdə;
- Şərtlərə əməl etmədiyiniz halda;
- Emitentiniz və ya digər Click to Pay tərəfdaşı (müvafiq olduqda) tərəfindən təmin edilən Click to Pay təcrübəsini sadələşdirmək məqsədilə;
- Visa-ya natamam, qeyri-dəqiq və ya yanlış məlumat təqdim etdiyiniz və/və ya Visa-nın saxtakarlığa nəzarət vasitələri bunu göstərdiyi hallar daxil olmaqla, Visa-nın saxtakarlıq və ya qeyri-qanuni, səlahiyyətsiz və ya düzgün olmayan fəaliyyətlə bağlı şübhələri olduğu halda;
- Visa-nın təhlükəsizlik sistemləri Visa Solution hesabınızda şübhəli davranış müşahidə etdikləri halda; və/və ya
- sanksiyalarla bağlı yoxlamanın nəticəsinə görə.
Digər bütün hallarda Visa sizə e-poçt vasitəsilə xitamvermə, dayandırılma və ya dondurulma barədə müvafiq bildiriş təmin edəcək.
Sizin aşağıdakı əlaqə məlumatlarından istifadə edərək Visa-ya Visa Solution-la bağlı şikayətlə müraciət etmək hüququnuz var. Visa şikayəti məxfi şəkildə nəzərdən keçirəcək. Visa şikayətinizin alındığını dərhal təsdiqləyəcək və şikayət alındıqdan sonrakı otuz (30) gün ərzində şikayətlə bağlı problemi həll etmək üçün hansı tədbirlərin görüldüyünü aydın şəkildə bildirəcək.
Mübahisənin məhkəmədən kənar həlli zamanı Federal Hökümətin Consumentenombudsdienst qurumu istehlakçı mübahisələrinin məhkəmədən kənar həlli ilə bağlı istənilən müraciəti qəbul etmək hüququna malikdir. Bu qurum öz növbəsində müraciətə özü emal edəcək və ya onu səlahiyyətli quruma göndərəcək. Consumentenombudsdienst ilə bu link vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Transsərhəd xarakterli mübahisələr üçün siz həmçinin Avropa Komissiyasının təmin etdiyi ODR platformasından da istifadə edə bilərsiniz.
-
Bu 17.J.iii bölməsinin aşağıdakı yarımmaddələrindəki müddəalar Bolqarıstanda yaşayan istehlakçılara şamil edilir və 1-17.I bölmələrindəki ümumi müddəalara nisbətən daha yüksək hüquqi qüvvəyə malikdirlər.
Biz sizi bu Şərtlərə edilən dəyişikliklər barədə həmin dəyişikliklər qüvvəyə minməzdən ən azı bir (1) ay əvvəl e-poçt vasitəsilə xəbərdar edəcəyik. Dəyişiklikləri qəbul etmək istəmədiyiniz halda Visa Solution-dan istifadənizi dayandıra bilərsiniz. Dəyişikliklər qüvvəyə minməzdən öncə Visa Solution-dan istifadənizi dayandırmasanız, bildirilmiş dəyişikləri qəbul etmiş hesab ediləcəksiniz.
Sizə göndərdiyimiz bütün elektron məlumatlar Bolqarıstanın Elektron Sənəd və Etibarlı Elektron Xidmətlər Qanununun müddəalarına, eləcə də digər müvafiq qanunlara əsasən tərəfinizdən alınmış hesab ediləcək.
Siz Visa Solution-dan elektron ticarət tranzaksiyasını həyata keçirmək üçün istifadə edilə biləcək olan və qarşılıqlı əlaqədə olduğunuz ticarətçinin Visa Solution-u dəstəklədiyi hər hansı cihazda istifadə etməyi seçə bilərsiniz. Bundan başqa, cihaz, platforma və/və ya veb brauzer Giriş açarlarını dəstəklədiyi, cihazınızda Giriş açarlarını aktiv etmiş olduğunuz və Giriş açarlarının istifadəsi Visa tərəfindən əlçatan edilmiş olduğu hallarda, Giriş açarlarından istifadə edərək şəxsi cihazınızda Visa Solution tranzaksiyaınızın əslliyini yoxlamağı seçə bilərsiniz.
Visa sizin qaldırdığınız şikayəti həll edə bilmədikdə mübahisələrin alternativ həlli üçün şikayətinizi Bolqarıstan İstehlakçı Hüquqlarının Müdafiəsi Komissiyasının Ümumi Razılaşma Komissiyasına yönləndirə bilərsiniz (ətraflı məlumat üçün İstehlakçı Hüquqlarının Qorunması Komissiyasının vebsaytına nəzər salın). Siz həmçinin Avropa Komissiyasının təmin etdiyi ODR platforması vasitəsilə də şikayət göndərə bilərsiniz.
-
Dil/Langue. Tərəflər bütün bildiriş və məlumatlar daxil olmaqla, bu Müqavilənin və bütün əlaqədar sənədlərin yalnız İngilis dilində tərtib olunacağını tələb etiklərini və bununla razılaşdıqlarını təsdiqləyirlər. Les parties confirment avoir requis et consenti à ce que cette convention et tous les documents qui s’y rattachent, incluant tous les avis et communications, soient rédigés en langue anglaise seulement.
-
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur.
Visa Solution tərəfinizdən və ya Visa tərəfindən istənilən vaxt özündə müvafiq qanunlara əsasən məhsul qaytarma hüquqlarınızı ehtiva edən 16-cı bölməyə (Visa Solution-a və bu Şərtlərə dəyişikliklərin edilməsi; Dayandırılma) uyğun olaraq dayandırılana qədər qeyri-müəyyən müddət ərzində əlçatandır. 16-cı bölməyə baxmayaraq, siz və ya Visa digərinə dayandırma barədə bildiriş ("obavijest o otkazu") təqdim edərək bu Şərtləri dayandıra bilərsiniz. Şərtlər bildiriş çatdırıldıqdan etibarən bir (1) ay sonra dayandırılacaq.
Siz Visa Solution-dan elektron ticarət tranzaksiyasını həyata keçirmək üçün istifadə edilə biləcək olan və qarşılıqlı əlaqədə olduğunuz ticarətçinin Visa Solution-u dəstəklədiyi hər hansı cihazda istifadə etməyi seçə bilərsiniz. Bundan başqa, cihaz, platforma və/və ya veb brauzer Giriş açarlarını dəstəklədiyi, cihazınızda Giriş açarlarını aktiv etmiş olduğunuz və Giriş açarlarının istifadəsi Visa tərəfindən əlçatan edilmiş olduğu hallarda, Giriş açarlarından istifadə edərək şəxsi cihazınızda Visa Solution tranzaksiyaınızın əslliyini yoxlamağı seçə bilərsiniz.
Visa-nın elektron ticarət satınalmaları üçün istifadə edilən və bir nəfərə aid olan hər hansı kredit, debet və yenidən yüklənmə qabiliyyəti olan ödəniş kart(lar)ı Visa Solution-la istifadə edilə bilər. Visa digər sxemlər (Mastercard və ya American Express kimi) üçün SRC Təşəbbüsçüsü (yəni Visa elektron ticarət saytında ticarətçinin adından hesablaşma və ya ödəniş fəaliyyətini həyata keçirir) olduğu halda bu sxemlərin kartları da Visa Solution üzrə istifadə üçün meyarlara uyğundur.
Siz bununla Visa-nın bu Şərtləri, hüquqları və müvafiq öhdəlikləri hər hansı üçüncü tərəfə ötürə biləcəyinə birmənalı olaraq razılıq verirsiniz. Bu cür ötürülmə siz bu barədə xəbərdar edildikdən sonra baş tutacaq.
Sizin aşağıdakı əlaqə məlumatlarından istifadə edərək Visa-ya Visa Solution-la bağlı şikayətlə müraciət etmək hüququnuz var. Visa şikayətinizin alındığını dərhal təsdiqləyəcək və şikayət alındıqdan sonrakı on beş (15) gün ərzində şikayətlə bağlı problemi həll etmək üçün hansı tədbirlərin görüldüyünü aydın şəkildə bildirəcək. Visa şikayətlə bağlı probleminizi həll edə bilməzsə, şikayətinizi Avropa Birliyinin istənilən rəsmi dilində Avropa Komissiyasının təmin etdiyi ODR-platforma vasitəsilə təqdim edə bilərsiniz. Şikayət bundan sonra mübahisəli işlərin həlli üzrə yerli qurumlarınıza göndəriləcək.
-
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur. Visa Solution tərəfinizdən və ya Visa tərəfindən dayandırılana qədər qeyri-müəyyən müddət ərzində əlçatandır və istənilən vaxt dayandırıla bilər.
Sizin aşağıdakı əlaqə məlumatlarından istifadə edərək Visa-ya Visa Solution-la bağlı şikayətlə müraciət etmək hüququnuz var. Visa şikayəti məxfi şəkildə nəzərdən keçirəcək. Visa şikayətinizin alındığını dərhal təsdiqləyəcək və şikayət alındığından sonrakı otuz (30) gün ərzində şikayətlə bağlı problemi həll etmək üçün hansı tədbirlərin görüldüyünü aydın şəkildə bildirəcək. Visa şikayətlə bağlı probleminizi həll edə bilməzsə, şikayətinizlə Česká obchodní inspekce ("ČOI") qurumuna müraciət edə bilərsiniz. Şikayətinizi Avropa Birliyinin istənilən rəsmi dilində Avropa Komissiyasının təmin etdiyi ODR-platforma vasitəsilə təqdim edə bilərsiniz. Şikayət bundan sonra ČOI qurumuna göndəriləcək. Çexiya Respublikasında ČOI ilə həmçinin poçt ünvanı və ya şəxsən də əlaqə saxlaya bilərsiniz: Česká obchodní inspekce, Ústřední inspektorát – oddělení ADR, Štěpánská 44, 110 00 Praha 1, E-Poçt: [email protected]. Ətraflı məlumatı ČOI vebsaytından əldə edilə bilərsiniz.
-
Siz Visa Solution-ın yalnız Çin Xalq Respublikasının Materik hissəsinin xaricində olan ticarətçilərlə dövlətlərarası tranzaksiyalarda xarici valyutadan istifadəniz üçün mövcud olduğunu qəbul edirsiniz. Cin Xalq Respublikasının Materik hissəsində Visa Solution təklif edən istənilən ticarətçi bunu yalnız daimi yaşayış yeri Cin Xalq Respublikasının Materik hissəsi olmayanlar üçün etməyə səlahiyyətlidir.
-
Bu bölmədəki aşağıda göstərilən müddəalar Estoniyada yaşayan istehlakçılara şamil edilir və 1-17.i bölmələrindəki ümumi müddəalara nisbətən daha yüksək hüquqi qüvvəyə malikdirlər.
Siz Visa Solution-dan elektron ticarət tranzaksiyasını həyata keçirmək üçün istifadə edilə biləcək olan və qarşılıqlı əlaqədə olduğunuz ticarətçinin Visa Solution-u dəstəklədiyi hər hansı cihazda istifadə etməyi seçə bilərsiniz. Bundan başqa, cihaz, platforma və/və ya veb brauzer Giriş açarlarını dəstəklədiyi, cihazınızda Giriş açarlarını aktiv etmiş olduğunuz və Giriş açarlarının istifadəsi Visa tərəfindən əlçatan edilmiş olduğu hallarda, Giriş açarlarından istifadə edərək şəxsi cihazınızda Visa Solution tranzaksiyanızın əsilliyini yoxlamağı seçə bilərsiniz.
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur. Visa Solution tərəfinizdən və ya Visa tərəfindən dayandırılana qədər qeyri-müəyyən müddət ərzində əlçatandır və istənilən vaxt dayandırıla bilər.
Yuxarıda bölmə 16-da göstərilən dəyişiklik barədə paraqraflara (Visa Solution və bu Şərtlərə Dəyişiklik; Dayandırma) baxmayaraq, aşağıdakı hallarda Visa əvvəlcədən sizə xəbərdarlıq etmədən öz qərarına əsasən Visa Solution və/və ya bu Şərtlərin hər hansı və istənilən aspektini dəyişdirə, redaktə edə və/və ya təkmilləşdirmələr edə bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- müqavilə tərəfdaşı, dövlət orqanı, məhkəmə, Avropa İttifaqı məhkəməsi və ya qurumunun bu Şərtlər və/və ya Visa Solution-ın məzmununa təsir edən öhdəliklər qoyması daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Visa-ya tətbiq olunan müqavilə əsaslı və ya qanuni öhdəliklərin tələblərinə əməl etmək lazım gəldikdə;
- Visa standart biznes məqsədlərinə uyğun olaraq əlavə funksionallıq təqdim etmək, təhlükəsizlik və texniki təkmilləşdirmələri, baq həlləri, dözümlülüyü gücləndirmək, Visa Solution-ın performansı yaxşılaşdırmaq, istifadəçi axınını yaxşılaşdırmaq və istehlakçılara dəyər təklif etməyən müəyyən xüsusiyyətlərin silinməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, Visa Solution-ın funksionallığını və ya texniki performansını dəyişmək qərarı verdikdə; və/və ya
- Visa-ya Visa Solution-u və ya onun bəzi texniki imkanlarını təklif etmək artıq iqtisadi cəhətdən səmərəli olmadığı halda;
Dəyişikliyin səbəbi yuxarıda göstərilənlərin arasında yoxdursa, Visa konkret dəyişikliyin qüvvəyə minməsindən əvvəl müvafiq əvvəlcədən bildiriş təmin edəcək. Visa Solution və ya bu Şərtlərin dəyişikliyi ilə razılaşmırsınızsa, bu müqaviləyə istənilən vaxt xitam vermək hüququna maliksiniz.
Yuxarıda 16-cı bölmədəki xitamvermə barədə paraqraflara (Visa Solution və bu Şərtlərə edilən dəyişikliklər; Dayandırılma) baxmayaraq, aşağıdakılar Estoniya rezidentlərinə şamil edilir:
Visa aşağıdakı hallarda sizə bildiriş təmin etmədən öz qərarı ilə Visa Solution və/və ya bu Şərtlərin hər hansı və ya istənilən aspektinə xitam verə, dondura və/və ya dayandıra bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- müqavilə tərəfdaşı, dövlət orqanı, məhkəmə, Avropa İttifaqı məhkəməsi və ya qurumunun bu Şərtlər və/və ya Visa Solution-ın məzmununa təsir edən öhdəliklər qoyması daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Visa-ya tətbiq olunan müqavilə əsaslı və ya qanuni öhdəliklərin tələblərinə əməl etmək lazım gəldikdə;
- Şərtlərə əməl etmədiyiniz halda;
- Emitentiniz və ya digər Click to Pay tərəfdaşı (müvafiq olduqda) tərəfindən təmin edilən Click to Pay təcrübəsini sadələşdirmək məqsədilə;
- Visa-ya natamam, qeyri-dəqiq və ya yanlış məlumat təqdim etdiyiniz və/və ya Visa-nın saxtakarlığa nəzarət vasitələri bunu göstərdiyi hallar daxil olmaqla, Visa-nın saxtakarlıq və ya qeyri-qanuni, səlahiyyətsiz və ya düzgün olmayan fəaliyyətlə bağlı şübhələri olduğu halda;
- Visa-nın təhlükəsizlik sistemləri Visa Solution hesabınızda şübhəli davranış müşahidə etdikləri halda; və/və ya
- sanksiyalarla bağlı yoxlamanın nəticəsinə görə.
Visa Visa Solution və/və ya bu Şərtlərə hər hansı başqa səbəbdən xitam verdikdə, dondurduqda və ya dayandırdıqda bu barədə sizə qüvvəyə minmə tarixindən əvvəl müvafiq əvvəlcədən bildiriş təmin edəcək.
Visa Solution bu Şərtlərə əməl etməzsə, qanunun təmin etdiyi hüquqi vasitələrdən bu Şərtləri qəbul etməklə belə vasitələrə qanuni məhdudiyyətlərin qoyulmasına razılıq vermədiyiniz dərəcədə istifadə edə bilərsiniz. Estoniya İstehlakçıların Hüquqlarının Qorunması və Texniki Tənzimləyici Qurumuna şikayət ünvanlaya bilərsiniz. Siz həmçinin Avropa Komissiyasının təmin etdiyi ODR platforması vasitəsilə də iddia göndərə bilərsiniz.
-
Aşağıdakılar bölmə 17.H.-nin sonuna əlavə ediləcək. Almaniyanın rezidentləri üçün (Mübahisələrin Həlli və Tənzimləyici Hüquqlar)
Avropa Komissiyası mübahisələrin həllinin həyata keçirilməsini Mübahisələrin onlayn həlli ("ODR") platforması vasitəsilə təmin edir. Avropa Komissiyasının təmin etdiyi ODR platforması bu link vasitəsilə əlçatandır. Visa bu cür mübahisəli işlərin həlli prosedurlarında iştirak etmək məcburiyyətində deyil və ya buna can atmır.
Yuxarıda 13-cü bölmədəki öhdəliyin məhdudlaşdırılması üzrə paraqraflara (Zəmanətlərdən İmtina və Öhdəliyin Məhdudlaşdırılması) və ya Visa öhdəliyinin məhdudlaşdırılması ilə bağlı digər deyilənlərə baxmayaraq, aşağıdakılar Almaniya sakinlərinə şamil edilir:
VISA-NIN KİÇİK SƏHLƏNKARLIQ SƏBƏBLİ ZƏRƏRLƏR ÜÇÜN MÜQAVİLƏ ƏSASLI VƏ HÜQUQİ ÖHDƏLİYİ HÜQUQİ ƏSASINDAN ASILI OLMAYARAQ AŞAĞIDAKILARLA MƏHDUDLAŞIR:
- VISA MÜQAVİLƏ ƏSASLI ÖNƏMLİ ÖHDƏLİKLƏRƏ ƏMƏL EDİLMƏMƏSİ SƏBƏBİLƏ ORTAYA ÇIXAN, BU TİP MÜQAVİLƏ ÜÇÜN SƏCİYYƏVİ OLAN, EHTİMAL EDİLƏ BİLƏN ZƏRƏRLƏRİN MƏBLƏĞİ QƏDƏR ÖHDƏLİK DAŞIYIR;
- VISA NƏ MÜQAVİLƏ ƏSASLI HƏR HANSI ƏHƏMİYYƏTSİZ ÖHDƏLİKLƏRƏ, NƏ DƏ HƏR HANSI DİGƏR MÜVAFİQ MARAQLARIN GÖZLƏNMƏSİNƏ ƏMƏL EDİLMƏMƏSİNƏ GÖRƏ ÖHDƏLİK DAŞIMIR.
SÖZÜGEDƏN ÖHDƏLİKLƏRİN MƏHDUDLAŞDIRILMASI HƏR HANSI MƏCBURİ HÜQUQİ ÖHDƏLİYƏ, KONKRET OLARAQ, ALMANİYANIN MƏHSUL ÜÇÜN ÖHDƏLİK QANUNUNA UYĞUN ÖHDƏLİYƏ (PRODUKTHAFTUNGSGESETZ) VƏ ŞƏXSİ ZƏRƏRLƏR ÜÇÜN ÖHDƏLİYƏ TƏTBİQ EDİLMİR. BUNDAN ƏLAVƏ, BU CÜR ÖHDƏLİK MƏHDUDLAŞDIRILMASI VISA-NIN NƏZƏRDƏ TUTDUĞU XÜSUSİ ZƏMANƏT HALINDA TƏTBİQ EDİMİR.
(a) VƏ (b) ALT BÖLMƏLƏRİ VISA-NIN ƏHƏMİYYƏTSİZ XƏRCLƏR ÜÇÜN ÖHDƏLİYİNƏ UYĞUN OLARAQ TƏTBİQ EDİLİR.
SİZ ZƏRƏRLƏRİN QARŞISINI ALMAQ VƏ ONLARI AZALTMAQ ÜÇÜN ADEKVAT TƏDBİRLƏR GÖRMƏK MƏSULİYYƏTİ DAŞIYIRSINIZ.
-
Yuxarıda 16-cı bölmədəki dəyişikliklər barədə paraqraflara (Visa Solution və bu Şərtlərə edilən dəyişikliklər; Dayandırılma) baxmayaraq, aşağıdakılar Macarıstan sakinlərinə şamil edilir:
Visa aşağıdakı hallarda sizi xəbərdar edərək və ya etməyərək, müstəqil şəkildə bu Şərtlərə dəyişikliklər və ya düzəlişlər edə bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- dövlət orqanı, məhkəmə, Avropa Birliyi məhkəməsi və ya qurumu Visa-nın üzərinə bu Şərtlərin və/və ya Visa Solution-ın məzmunlarına birbaşa təsir edən öhdəliklər qoyduqları halda;
- əlavə funksionallığın təmin edilməsi, təhlükəsizliklə bağlı və texniki təkmilləşdirmələr, xətaların düzəldilməsi, dayanıqlılığın artırılması, Visa Solution-ın işinin yaxşılaşdırılması, istifadəçi fəaliyyətinin yaxşılaşdırılması və istehlakçılar üçün artıq faydasız olan bəzi xüsusiyyətlərin silinməsi daxil olmaqla, dəyişikliklər sizin üçün faydalı olduğu halda; və/və ya
- Visa-ya Visa Solution-u və ya onun bəzi texniki imkanlarını təklif etmək artıq iqtisadi cəhətdən səmərəli olmadığı halda;
Yuxarıdakı dəyişikliklər sizin üçün cəlbedici olmazsa, Visa sözügedən dəyişikliyin qüvvəyə minməsindən ən azı səkkiz (8) gün əvvəl sizi məlumatlandırmalıdır. Bu Şərtlərə edilən dəyişiklərlə razı olmasanız, sizin istənilən vaxt müqaviləni dayandırmaq hüququnuz var.
Yuxarıda 16-cı bölmədəki xitamvermə barədə paraqraflara (Visa Solution və bu Şərtlərə edilən dəyişikliklər; Dayandırılma) baxmayaraq, aşağıdakılar Macarıstan rezidentlərinə şamil edilir:
Visa aşağıdakı hallarda xəbərdarlıq edərək və ya etməyərək müstəqil şəkildə Visa Solution-ın hər hansı və ya bütün aspektlərini və/və ya bu Şərtləri müvəqqəti olaraq və/və ya tamamilə dayandıra bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- dövlət orqanı, məhkəmə, Avropa Birliyi məhkəməsi və ya qurumu Visa-nın üzərinə bu Şərtlərin və/və ya Visa Solution-ın məzmunlarına birbaşa təsir edən öhdəliklər qoyduqları halda;
- Visa-ya Visa Solution-u və ya onun bəzi texniki imkanlarını təklif etmək artıq iqtisadi cəhətdən səmərəli olmadığı halda;
- Visa Macarıstanda Visa Solution-la bağlı fəaliyyətini dayandırmağa qərar verdiyi halda;
- Emitentiniz və ya bu cür digər Visa tərəfdaşı eyni və ya oxşar həlli təklif etdikdə;
- Şərtlərə əməl etmədiyiniz halda;
- Emitentiniz və ya digər Click to Pay tərəfdaşı (müvafiq olduqda) tərəfindən təmin edilən Click to Pay təcrübəsini sadələşdirmək məqsədilə;
- Visa-ya natamam, qeyri-dəqiq və ya yanlış məlumat təqdim etdiyiniz və/və ya Visa-nın saxtakarlığa nəzarət vasitələri bunu göstərdiyi hallar daxil olmaqla, Visa-nın saxtakarlıq və ya qeyri-qanuni, səlahiyyətsiz və ya düzgün olmayan fəaliyyətlə bağlı şübhələri olduğu halda;
- Visa-nın təhlükəsizlik sistemləri Visa Solution hesabınızda şübhəli davranış müşahidə etdikləri halda; və/və ya
- sanksiyalarla bağlı yoxlamanın nəticəsinə görə.
Visa Solution barədə şikayətiniz varsa, Budapeşt Razılaşma Orqanına göndərə bilərsiniz (poçt ünvanı: H-1253 Budapest, POB 10; e-poçt: [email protected]; onlayn təqdimetmə: https://uj.bekeltetes.hu/publikus/online-ugy-inditas; seat: H- 1016 Budapest, Krisztina krt. 99. I. em. 111; phone: +36 (1) 488 21 31; ətraflı məlumat üçün vebysat: https://bekeltet.bkik.hu).
Şikayətinizi Avropa Birliyinin istənilən rəsmi dilində Avropa Komissiyasının təmin etdiyi ODR-platforma vasitəsilə təqdim edə bilərsiniz.
Şikayətinizi Macarıstandakı ev ünvanınız əsasında səlahiyyətli istehlakçıları qoruma qurumuna da təqdim edə bilərsiniz. Macarıstanda ev ünvanınız yoxdursa, səlahiyyətli qurum Budapeşt istehlakçıları qoruma qurumudur (yerləşdiyi yer və poçt ünvanı: H-1117 Budapest, Prielle Kornélia u. 4/b; e-poçt:[email protected]; telefon: 06 (1) 450 25 98).
Müqavilənin dili bu Şərtlərə əsasən Macar dilidir.
Bu Şərtlərə əsaslanan müqavilə yazılı müqavilə hesab edilə bilməz.
Bu Şərtlərin böyük və/və ya qalın hərflərlə yazılmış mətni hüquqi müddəalar və standart müqavilə prosedurlarından fərqlidir. Xidmətlərdən istifadə etməklə bu Şərtləri də qəbul edirsiniz.
-
Siz Visa-ya aşağıdakı Bizimlə Əlaqə bölməsində göstərilən məlumatlardan istifadə etməklə Visa Solution ilə bağlı şikayət göndərə bilərsiniz. Visa şikayəti məxfi şəkildə nəzərdən keçirəcək. Visa şikayətinizin alındığını dərhal təsdiqləyəcək və şikayət alındığından sonrakı otuz (30) gün ərzində şikayətlə bağlı problemi həll etmək üçün hansı tədbirlərin görüldüyünü aydın şəkildə bildirəcək.
Siz Visa Solution-dan elektron ticarət tranzaksiyasını həyata keçirmək üçün istifadə edilə biləcək olan və qarşılıqlı əlaqədə olduğunuz ticarətçinin Visa Solution-u dəstəklədiyi hər hansı cihazda istifadə etməyi seçə bilərsiniz. Əlavə olaraq, siz Giriş Açarlarından Giriş Açarlarını dəstəkləyən cihaz, platforma və/və ya veb brauzerdə, cihazınızda Giriş Açarlarını aktivləşdirdikdə və Giriş Açarlarının istifadəsi Visa üçün əlçatan edildikdə istifadə edə bilərsiniz.
Visa aşağıdakı hallarda sizi xəbərdar edərək və ya etməyərək, müstəqil şəkildə bu Şərtlər və ya Visa Solution-a dəyişikliklər və ya düzəlişlər edə bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- dövlət orqanı, məhkəmə, Avropa Birliyi məhkəməsi və ya qurumu Visa-nın üzərinə bu Şərtlərin və/və ya Visa Solution-a birbaşa təsir edən öhdəliklər qoyduqları halda;
- əlavə funksionallığın təmin edilməsi, təhlükəsizliklə bağlı və texniki təkmilləşdirmələr, xətaların düzəldilməsi, dayanıqlılığın artırılması, Visa Solution-ın işinin yaxşılaşdırılması, istifadəçi fəaliyyətinin yaxşılaşdırılması və istehlakçılar üçün artıq faydasız olan bəzi xüsusiyyətlərin silinməsi daxil olmaqla, dəyişikliklər sizin üçün faydalı olduğu halda;
- Visa-ya Visa Solution-u və ya onun bəzi texniki imkanlarını təklif etmək artıq iqtisadi cəhətdən səmərəli olmadığı halda; və/və ya
- dəyişiklik böyük olmadığı halda.
Şərtlərə və/və ya Visa Solution-a edilən hər hansı dəyişiklik üçün Visa sizə bu dəyişiklik barədə dəyişikliyin qüvvəyə minməsindən minimum bir (1) ay əvvəl bildiriş göndərəcək. Dəyişiklikləri qəbul etmək istəmədiyiniz halda Visa Solution-dan istifadənizi dayandıra bilərsiniz. Dəyişikliklər qüvvəyə minməzdən öncə Visa Solution-dan istifadənizi dayandırmasanız, bildirilmiş dəyişikləri qəbul etmiş hesab ediləcəksiniz.
-
Visa Solution Hindistanda Visa Worldwide Pte. Limited tərəfindən təklif edilir.
-
Bu bölmədəki aşağıda göstərilən müddəalar Latviyada yaşayan istehlakçılara şamil edilir və 1-17.i bölmələrindəki ümumi müddəalara nisbətən daha yüksək hüquqi qüvvəyə malikdirlər.
Siz Visa Solution-dan elektron ticarət tranzaksiyasını həyata keçirmək üçün istifadə edilə biləcək olan və qarşılıqlı əlaqədə olduğunuz ticarətçinin Visa Solution-u dəstəklədiyi hər hansı cihazda istifadə etməyi seçə bilərsiniz. Bundan başqa, cihaz, platforma və/və ya veb brauzer Giriş açarlarını dəstəklədiyi, cihazınızda Giriş açarlarını aktiv etmiş olduğunuz və Giriş açarlarının istifadəsi Visa tərəfindən əlçatan edilmiş olduğu hallarda, Giriş açarlarından istifadə edərək şəxsi cihazınızda Visa Solution tranzaksiyanızın əsilliyini yoxlamağı seçə bilərsiniz.
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur. Visa Solution tərəfinizdən və ya Visa tərəfindən dayandırılana qədər qeyri-müəyyən müddət ərzində əlçatandır və istənilən vaxt dayandırıla bilər.
Visa Solution bu Şərtlərə əməl etməzsə, siz qanunla təmin edilən hüquqi vasitələrdən istifadə edə bilərsiniz.
Əgər siz Latviyada istehlakçısınızsa, iddianı məhkəmədən kənar baxılması üçün Mübahisələrin Həlli Komitəsinə (Patērētāju ārpustiesas strīdu risināšanas komisija) və ya sorğu formasını doldurmaqla Avropa Məhkəməsinin təmin etdiri ODR platformasına təqdim edə bilərsiniz.
-
Bu bölmədəki növbəti müddəalar Litvada rezident olan istehlakçılara tətbiq edilir və 1-17.i. saylı bölmələrdəki ümumi müddəalar qarşısında üstünlüyə malikdirlər.
Siz Visa Solution-dan elektron ticarət tranzaksiyasını həyata keçirmək üçün istifadə edilə biləcək olan və qarşılıqlı əlaqədə olduğunuz ticarətçinin Visa Solution-u dəstəklədiyi hər hansı cihazda istifadə etməyi seçə bilərsiniz. Bundan başqa, cihaz, platforma və/və ya veb brauzer Giriş açarlarını dəstəklədiyi, cihazınızda Giriş açarlarını aktiv etmiş olduğunuz və Giriş açarlarının istifadəsi Visa tərəfindən əlçatan edilmiş olduğu hallarda, Giriş açarlarından istifadə edərək şəxsi cihazınızda Visa Solution tranzaksiyanızın əsilliyini yoxlamağı seçə bilərsiniz.
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur. Visa Solution tərəfinizdən və ya Visa tərəfindən istənilən vaxt özündə müvafiq qanuna əsasən məhsul qaytarma hüquqlarınızı ehtiva edən 16-cı bölməyə (Visa Solution-a və bu Şərtlərə dəyişikliklərin edilməsi; Dayandırılma) uyğun olaraq dayandırılana qədər qeyri-müəyyən müddət ərzində əlçatandır.
Yuxarıda bölmə 16-da göstərilən dəyişiklik barədə paraqraflara (Visa Solution və bu Şərtlərə Dəyişiklik; Dayandırma) baxmayaraq, aşağıdakı hallarda Visa əvvəlcədən sizə xəbərdarlıq etmədən öz qərarına əsasən Visa Solution və/və ya bu Şərtlərin hər hansı və istənilən aspektini dəyişdirə, redaktə edə və/və ya təkmilləşdirmələr edə bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- müqavilə tərəfdaşı, dövlət orqanı, məhkəmə, Avropa İttifaqı məhkəməsi və ya qurumunun bu Şərtlər və/və ya Visa Solution-ın məzmununa təsir edən öhdəliklər qoyması daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Visa-ya tətbiq olunan müqavilə əsaslı və ya qanuni öhdəliklərin tələblərinə əməl etmək lazım gəldikdə;
- Visa standart biznes məqsədlərinə uyğun olaraq əlavə funksionallıq təqdim etmək, təhlükəsizlik və texniki təkmilləşdirmələri, baq həlləri, dözümlülüyü gücləndirmək, Visa Solution-ın performansı yaxşılaşdırmaq, istifadəçi axınını yaxşılaşdırmaq və istehlakçılara dəyər təklif etməyən müəyyən xüsusiyyətlərin silinməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, Visa Solution-ın funksionallığını və ya texniki performansını dəyişmək qərarı verdikdə; və/və ya
- Visa-ya Visa Solution-u və ya onun bəzi texniki imkanlarını təklif etmək artıq iqtisadi cəhətdən səmərəli olmadığı halda;
Dəyişikliyin səbəbi yuxarıda göstərilənlərin arasında yoxdursa, Visa konkret dəyişikliyin qüvvəyə minməsindən əvvəl müvafiq əvvəlcədən bildiriş təmin edəcək. Visa Solution və ya bu Şərtlərin dəyişikliyi ilə razılaşmırsınızsa, bu müqaviləyə istənilən vaxt xitam vermək hüququna maliksiniz.
Yuxarıda 16-cı bölmədəki xitamvermə barədə paraqraflara (Visa Solution və bu Şərtlərə edilən dəyişikliklər; Dayandırılma) baxmayaraq, aşağıdakılar Litva rezidentlərinə şamil edilir:
Visa aşağıdakı hallarda sizə bildiriş təmin etmədən öz qərarı ilə Visa Solution və/və ya bu Şərtlərin hər hansı və ya istənilən aspektinə xitam verə, dondura və/və ya dayandıra bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- dövlət orqanı, məhkəmə, Avropa Birliyi məhkəməsi və ya qurumu Visa-nın üzərinə bu Şərtlərə və/və ya Visa Solution-a birbaşa təsir edən öhdəliklər qoyduqları hallar da daxil olmaqla, yalnız bunlarla məhdudlaşmaraq, Visa üzərinə qoyulan öhdəliklərə əməl etmək lazım gəldikdə;
- Visa-ya Visa Solution-u və ya onun bəzi texniki imkanlarını təklif etmək artıq iqtisadi cəhətdən səmərəli olmadığı halda;
- Visa Litvada Visa Solution-ı təklif etməyi darandırdıqda;
- Emitentiniz və ya bu cür digər Visa tərəfdaşı eyni və ya oxşar həlli təklif etdikdə;
- Şərtlərə əməl etmədiyiniz halda;
- Emitentiniz və ya digər Click to Pay tərəfdaşı (müvafiq olduqda) tərəfindən təmin edilən Click to Pay təcrübəsini sadələşdirmək məqsədilə;
- Visa-ya natamam, qeyri-dəqiq və ya yanlış məlumat təqdim etdiyiniz və/və ya Visa-nın saxtakarlığa nəzarət vasitələri bunu göstərdiyi hallar daxil olmaqla, Visa-nın saxtakarlıq və ya qeyri-qanuni, səlahiyyətsiz və ya düzgün olmayan fəaliyyətlə bağlı şübhələri olduğu halda;
- Visa-nın təhlükəsizlik sistemləri Visa Solution hesabınızda şübhəli davranış müşahidə etdikləri halda; və/və ya
- sanksiyalarla bağlı yoxlamanın nəticəsinə görə.
Visa Visa Solution və/və ya bu Şərtlərə hər hansı başqa səbəbdən xitam verdikdə, dondurduqda və ya dayandırdıqda bu barədə sizə qüvvəyə minmə tarixindən əvvəl müvafiq əvvəlcədən bildiriş təmin edəcək.
Visa Solution bu Şərtlərə əməl etməzsə, qanunun təmin etdiyi hüquqi vasitələrdən bu Şərtləri qəbul etməklə belə vasitələrə qanuni məhdudiyyətlərin qoyulmasına razılıq vermədiyiniz dərəcədə istifadə edə bilərsiniz. Əgər siz Litvada istehlakçısınızsa, iddianı baxılması üçün İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Orqanına (Vilniaus g. 25, LT-01402 Vilnius, Lithuania); və ya sorğu formasını doldurmaqla Avropa Məhkəməsinin təmin etdiri ODR platformasına təqdim edə bilərsiniz.
-
Visa Solution sizə ödənişsiz formada təklif edilir.
-
Visa Solution 2019/770 saylı Direktivdə (AB) müəyyən edildiyi, habelə Rəqəmsal Məzmun və Rəqəmsal Xidmətlər üzrə Müqavilələrin Normativləri (Köməkçi Qanun 378.20) vasitəsilə Malta qanunlarına çevrildiyi kimi Visa Solution-ın sizə təklif olunduğu bütün müddət ərzində uyğunluq tələblərini əsas götürməli və onlara uyğun olmalıdır.
Yuxarıda 16-cı bölmədəki dəyişikliklərlə bağlı paraqraflara (Visa Solution və bu Şərtlərə edilən dəyişikliklər; Dayandırılma) baxmayaraq, aşağıdakılar Malta sakinlərinə şamil edilir:
Visa aşağıdakı hallarda xəbərdarlıq edərək və ya etməyərək müstəqil şəkildə Visa Solution-ın hər hansı və ya bütün aspektlərini və/və ya bu Şərtləri dəyişdirə, təkmilləşdirə və/və ya onlara düzəlişlər edə bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- dövlət orqanı, məhkəmə, Avropa Birliyi məhkəməsi və ya qurumu Visa-nın üzərinə bu Şərtlərin və/və ya Visa Solution-ın məzmunlarına birbaşa təsir edən öhdəliklər qoyduqları halda;
- əlavə funksionallığın təmin edilməsi, təhlükəsizliklə bağlı və texniki təkmilləşdirmələr, xətaların düzəldilməsi, dayanıqlılığın artırılması, Visa Solution-ın işinin yaxşılaşdırılması, istifadəçi fəaliyyətinin yaxşılaşdırılması və istehlakçılar üçün artıq faydasız olan bəzi xüsusiyyətlərin silinməsi daxil olmaqla, dəyişikliklər sizin üçün faydalı olduğu halda;
- Visa-ya Visa Solution-u və ya onun bəzi texniki imkanlarını təklif etmək artıq iqtisadi cəhətdən səmərəli olmadığı halda; və/və ya
- Visa Maltada Visa Solution-ı və ya onun hər hansı bir tərkib hissəsini təmin etməyi dayandırdıqda.
Yuxarıda 16-cı bölmədəki dayandırılma barədə paraqraflara baxmayaraq, Visa ən azı bir (1) ay əvvəldən xəbərdarlıq edərək müstəqil şəkildə Visa Solution-ın hər hansı və ya bütün aspektlərini və/və ya bu Şərtləri müvəqqəti olaraq və/və ya tamamilə dayandıra bilər. Dərhal dayandırma üçün aşağıdakı siyahıda sadalanan ciddi əsaslar olduqda isə, Visa dayandırmanı xəbərdarlıq etmədən edə bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- dövlət orqanı, məhkəmə, Avropa Birliyi məhkəməsi və ya qurumu Visa-nın üzərinə bu Şərtlərin və/və ya Visa Solution-ın məzmunlarına birbaşa təsir edən öhdəliklər qoyduqları halda;
- Visa Solution-ı təklif etmək Visa üçün artıq iqtisadi cəhətdən mümkün olmadıqda;
- Visa Maltada Visa Solution-ı təmin etməyi dayandırdıqda;
- Emitentiniz və ya bu cür digər Visa tərəfdaşı eyni və ya oxşar həlli təklif etdikdə;
- Şərtlərə əməl etmədiyiniz halda;
- Emitentiniz və ya digər Click to Pay tərəfdaşı (müvafiq olduqda) tərəfindən təmin edilən Click to Pay təcrübəsini sadələşdirmək məqsədilə;
- Visa-ya natamam, qeyri-dəqiq və ya yanlış məlumat təqdim etdiyiniz hal daxil olmaqla, Visa-nın saxtakarlıq və ya qeyri-qanuni, səlahiyyətsiz və ya düzgün olmayan fəaliyyətlə bağlı şübhələri olduğu halda;
- Visa-nın təhlükəsizlik alətləri Visa Solution hesabınızda şübhəli davranış müşahidə etdikləri halda; və/və ya
- sanksiyalarla bağlı yoxlamanın nəticəsinə görə.
-
Polşada rezidentsinizsə və 1 iyul 2024-cü il tarixindən sonra qeydiyyatdan keçmisinizsə, sizə yuxarıda müvafiq şəkildə nömrələnmiş bölmələrin yerinə aşağıdakı müddəalar tətbiq edilə bilər:
GIRIŞ:
VACİB: VISA SOLUTION-UN AŞAĞIDAKI XİDMƏT ŞƏRTLƏRİNİ (“ŞƏRTLƏR”) DİQQƏTLƏ OXUYUN. BU ŞƏRTLƏRİ QƏBUL ETMƏKLƏ, BU ŞƏRTLƏRİN HAMISINI ANLADIĞINIZI VƏ ONLARLA RAZILAŞDIĞINIZI TƏSDİQLƏYİRSİNİZ.
Visa Solution kart sahibinin meyarlara uyğunluğundan asılıdır. Kart emitentiniz Meyarlara uyğun hər hansı Kart(lar)la əlaqədar sizi Click to Pay ilə təmin edərsə, bu o deməkdir ki, Visa bu Kart(lar) üçün Visa Solution-ı təmin etməyəcək. Nəticə etibarilə siz anlayırsınız ki, Kart emitentiniz Meyarlara uyğun hər hansı Kart(lar)la əlaqədar sizi Click to Pay ilə təmin etdiyi halda siz bu Meyarlara uyğun Kart(lar)la Visa Solution üçün meyarlara uyğun deyilsiniz.
Kart emitentiniz bu müqavilə qüvvədə olduğu müddətdə sizi Meyarlara uyğun hər hansı Kart(lar)la əlaqədar Click to Pay ilə təmin edərsə və:
- siz Kart emitentiniz tərəfindən Meyarlara uyğun Kart(lar)ınızla əlaqədar təklif edilən Click to Pay xidməti üçün qeydiyyatdan keçirsiniz, bu isə Visa-nın artıq bu cür Meyarlara uyğun Kart(lar) üçün Visa Solution-ı təmin etməməsi deməkdir; bu halda Visa bu barədə sizi xəbərdar edəcək və (i) ya aşağıdakı 17i saylı bölməyə əsasən bu Şərtlərin təyin edilməsi üçün razılığınızı istəyəcək və ya (ii) ən azı otuz (30) gün əvvəldən sizi xəbərdar edərək bu Şərtlərə xitam verəcək;
- siz Kart emitentiniz tərəfindən Meyarlara uyğun Kart(lar)ınızla əlaqədar təklif edilən Click to Pay xidməti üçün qeydiyyatdan keçmirsiniz. Bu halda Visa bu cür Meyarlara uyğun Kart(lar) üçün sizi Visa Solution-la təmin etməyə davam edəcək.
Visa sizin müvafiq və sadələşdirilmiş xidmətlər əldə etməyinizi təmin etmək üçün Emitentiniz və ya digər Click to Pay tərəfdaşınızla koordinasiya edə bilər (bura həmin kart üzrə Visa Solution üçün qeydiyyatdan keçərkən təqdim etdiyiniz məlumatların paylaşılması daxildir). Kartınız Visa Solution üçün uyğun deyilsə, bu Şərtlərin qəbul edilməsi və təsdiqlənməsi nəticəsində Visa ilə müqavilə bağlanmadığını, eləcə də qalan Şərtlərin tətbiq olunmadığını başa düşürsünüz. Böyük hərflərlə yazılmış şərtlərin tərifi bu Şərtlərdə verilib.
1. Visa Solution
Bu müddəa aşağıdakı paraqrafın yuxarıdakı müvafiq bölmədəki müvafiq paraqrafı əvəzləməsilə sizə bütünlüklə şamil edilir: Siz Visa Soluti
on-dan istifadə etdikdə biz tranzaksiyanı emal etmələrinə imkan vermək üçün Kart məlumatlarınızı ticarətçi, yaxud digər müvafiq üçüncü tərəfə ötürəcəyik. Visa Meyarlara uyğun Kartlarınızı qorumağa kömək etmək üçün istifadə etmək məqsədilə Visa Meyarlara uyğun Kartınızın ödəniş hesabı nömrəsinin rəqəmsal əvəzedicisini (token) yarada bilər. Siz ticarətçi yaxud digər müvafiq üçüncü tərəfin tranzaksiya barədə məlumatı Meyarlara Uyğun Kartınız üçün müvafiq şəbəkəyə ötürməsi və tranzaksiyanızın seçdiyiniz Meyarlara Uyğun Kartdan istifadə edilməklə ödənilməsi ilə razılaşırsınız. Visa Solution-da saxlanılan yaxud onun istifadəsilə bağlı ortaya çıxan Kart Məlumatlarının tərəfinizdən, yaxud bəzi bölgələrdə sizin adınızdan kart verən qurumunuz, yaxud ticarətçi və ya üçüncü tərəf tərəfindən təqdim edildiyini və onların şəxsi maliyyə məlumatı ehtiva etdiyini qəbul edirsiniz. Visa Solution-la əlaqəli olaraq Meyarlara uyğun Kartlardan yalnız Kart verən qurum sizi kart sahibi yaxud səlahiyyətli istifadəçi hesab etdiyi və adınız Meyarlara uyğun Kart üzərində göstərildiyi halda istifadə edə bilərsiniz. Siz Visa Solution-la birlikdə saxladığınız və ya Visa Solution vasitəsilə təqdim etdiyiniz Kart məlumatlarını və digər məlumatı tam və dəqiq olaraq təqdim etməyə və saxlamağa borclusunuz. Yalnız sahibi olduğunuz və ya idarə etdiyiniz düzgün e-poçt ünvanları və telefon nömrələrindən istifadə etməlisiniz. Visa-nın Visa kartlarının Kart Məlumatları üçün müəyyən düzgünlük yoxlamaları həyata keçirə bilməsinə baxmayaraq, Visa Kart Məlumatlarının cari və ya yenilənmiş olub-olmaması daxil olmaqla, təqdim etdiyiniz Kart Məlumatları və ya digər məlumatın dəqiqliyi üçün məsuliyyət daşımır.2. Tranzaksiyalarınız barədə vacib məlumat
Bu müddəa aşağıdakı paraqrafın bu bölmənin sonuna əlavə edilməsi ilə sizə bütünlüklə şamil edilir:
VISA VISA SOLUTION-IN İSTİFADƏSİ VƏ YA VISA SOLUTION-IN İŞLƏMƏSİ İLƏ ƏLAQƏLİ MƏSƏLƏLƏRİ HƏLL EDƏ BİLƏR, TİCARƏTÇİ İLƏ HƏYATA KEÇİRİLMİŞ TRANZAKSİYA İLƏ BAĞLI MƏSƏLƏLƏRİ DEYİL.3. Xidmət Şərtləri
Bu müddəa sizə şamil edilmir.
4. Meyarlara Uyğunluq
Bu müddəa aşağıdakı bəndin yuxarıdakı müvafiq bölmədəki (iv) bəndi əvəzləməsilə sizə bütünlüklə şamil edilir: (iv) Meyarla
ra uyğun kartla əlaqəli hesabı bankı tərəfindən bağlanmamış və ya müvəqqəti olaraq dayandırılmamış olan, bir və ya daha çox Meyarlara uyğun kartın sahibi və ya səlahiyyətli istifadəçisi.5. Qeydiyyat və Təhlükəsizlik
Bu müddəa, yuxarıda müvafiq bölmədəki ikinci paraqrafdan sonuncu paraqrafa qədər olanlar istisna olmaqla (bunlar sizə şamil edilmir) və aşağıdakı paraqrafın yuxarıdakı müvafiq bölmənin dördüncü paraqrafını əvəzləməsilə bütünlüklə sizə şamil edilir:
Qeydiyyat prosesinin bir hissəsi olaraq sizdən istifadəçi adı təyin etmək tələb olunur (bəzi bazarlarda isə şifrə təyin etməyiniz tələb oluna bilər). Bu məlumatlar Visa Solution-dan istifadə etdiyiniz zaman təsdiqləmə məqsədilə istifadə edilir. Mühafizəniz üçün şifrə təyin etməyiniz tələb olunarsa, Visa Solution üçün təkrarolunmaz olan şifrə seçməli, həmçinin istifadəçi adı və şifrənizi yadda saxlamalısınız və şifrənizi Visa Solution-a daxil olmaq üçün istifadə etdiyiniz şəxsi kompüter, tablet, mobil cihaz yaxud digər cihazınızda saxlamamalısınız. İstifadəçi adı və şifrə(ləri)niz olduğu halda onların məxfiliyinin qorunması üçün siz məsuliyyət daşıyırsınız. Bundan əlavə, Visa Solution-u rəqəmsal pulqabı ilə istifadə etməyiniz üçün cihazınız, brauzeriniz və ya linkinizdə (bir və ya bir çox cihazda) yadda saxlanmasını seçdiyiniz halda həmin cihaz(lar)ın, yaxud ona daxilolmanın təhlükəsizliyi üçün siz məsuliyyət daşıyırsınız. Belə etməyiniz vacibdir, çünki Visa meyarlara uyğun Kartınızdan icazəsiz istifadə nəticəsində məruz qaldığınız itkiyə görə məsuliyyət daşımır (bu itkinin Visa-nın Mülki Məcəlləyə görə məsuliyyət daşıdığı hallarda ortaya çıxması istisna olmaqla). Siz Visa Solution-da olan istifadəçi adı, şifrə və ya (əgər varsa) Meyarlara uyğun Kartınızdan icazəsiz istifadə barədə, yaxud Visa Solution-ın rəqəmsal pulqabı ilə istifadəsinin yadda saxlanmasını seçdiyiniz halda və ya onların istifadəsi üçün linki olan cihaz(lar)ınız itirilməsi, oğurlanması, yaxud icazəsiz daxilolmaya məruz qalması və ya Visa Solution-dan istifadənizlə bağlı hər hansı digər mövcud yaxud potensial təhlükəsizlik pozulması barədə Visa-nı dərhal məlumatlandıracağınızla razılaşırsınız. Visa Solution-da əsllik yoxlama məlumatlarınızın və/və ya Meyarlara uyğun Kartınızın icazəsiz istifadəsi və ya açıqlanması halında, Visa meyarlara uyğun Kartınızı Visa Solution-dan silə, yaxud istifadəsini müvəqqəti olaraq və ya tamamilə dayandıra bilər. Visa Visa Solution-dan istifadənizin müvəqqəti olaraq və ya tamamilə dayandırılması barədə xəbərdar edəcək və bu cür bildirişdə Visa bunun səbəblərini bildirəcək. Şifrəniz varsa, Visa onu dəyişdirməyinizi xatırlada bilər.
10. Lisenziya Verilməsi
Visa sizə Visa Solution-da qeydiyyatda olduğunuz müddət ərzində bu Şərtlərə uyğun şəkildə Visa Solution-dan istifadə etmək üçün məhdud, ləğvediləbilən, qeyri-eksklüziv, sublisenziya və ötürülmə hüququ verməyən lisenziya verir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, lisenziya istənilən halda bu Şərtlərdən təşkil olunmuş müqavilə başa çatdıqda qüvvədən düşür. Birmənalı şəkildə sizə verilməmiş bütün hüquqlar Visa, onun Tərəfdaşları və ya onların lisenziyarlarına məxsusdur.
11. Rəy və Şikayətlər
Visa Solution-ın təkmilləşdirilməsi barədə bizə rəy yaxud tövsiyələrinizi təqdim etdiyiniz halda biz onlardan sizin qarşınızda hər hansı öhdəlik götürmədən istifadə edə bilərik. Çaşqınlıq yaratmamaq üçün bildiririk ki, bu paraqraf bilavasitə bundan sonra yer alan istehlakçı şikayətlərinə aid deyil.
Sizin aşağıdakı əlaqə məlumatlarından istifadə edərək Visa-ya Visa Solution-la bağlı şikayətlə müraciət etmək hüququnuz var. Visa şikayətinizin alındığını dərhal (ən geci iki (2) gün ərzində) təsdiqləyəcək və şikayət alındığından sonrakı on dörd (14) gün ərzində şikayətinizə məktubla və ya e-poçt vasitəsilə cavab verərək şikayətlə bağlı problemi həll etmək üçün hansı tədbirlərin görüldüyünü aydın şəkildə bildirəcək. Visa şikayətlə bağlı probleminizi həll edə bilməzsə, şikayətinizi Avropa Birliyinin istənilən rəsmi dilində Avropa Komissiyasının təmin etdiyi ODR-platforma vasitəsilə təqdim edə bilərsiniz. Şikayət bundan sonra mübahisəli işlərin həlli üzrə yerli qurumlarınıza göndəriləcək.
13. Zəmanətlərdən İmtina və Öhdəliyin Məhdudlaşdırılması
VISA BU MÜQAVİLƏNİN YERİNƏ YETİRİLMƏMƏSİ VƏ YA YANLIŞ ŞƏKİLDƏ YERİNƏ YETİRİLMƏSİ VISA-NIN CAVABDEH OLMADIĞI ŞƏRTLƏR ALTINDA ORTAYA ÇIXMIŞ OLMADIĞI HALDA ONLARA GÖRƏ MƏSULİYYƏT DAŞIYIR (MÜLKİ MƏCƏLLƏNİN 471-Cİ MADDƏSİNƏ UYĞUN OLARAQ). BU HƏMÇİNİN BU HALLARA AİDDİR: (I) SİZİN VISA SOLUTION-DAN İSTİFADƏNİZ VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏYİNİZ, O CÜMLƏDƏN EMİTENTİNİZİN TRANZAKSİYAYA İCAZƏ VERMƏKDƏN VƏ YA TİCARƏTÇİNİN ONU QƏBUL ETMƏKDƏN İMTİNA ETMƏSİ; (II) VISA SOLUTION İLƏ BAĞLI ƏLDƏ ETDİYİNİZ HƏR HANSI MƏHSULLAR, XİDMƏTLƏR VƏ YA MƏLUMATLAR, O CÜMLƏDƏN BUNLARI ƏLDƏ EDƏ VƏ YA QAYTARA BİLMƏMƏYİNİZ; (III) SİZ VƏ TİCARƏTÇİ ARASINDAKI MÜBAHİSƏLƏR; (IV) VISA SOLUTION VASİTƏSİLƏ, ELƏCƏ DƏ KART EMİTENTİNİZ VƏ YA DİGƏR ÜÇÜNCÜ TƏRƏFİN TƏQDİM ETDİYİ MƏLUMATLARDA HƏR HANSI QEYRİ-DƏQİQLİK, NATAMAMLIQ VƏ YA MİSİNFORMASİYA; (V) VISA SOLUTION İLƏ ƏLAQƏDAR TOPLANAN, SAXLANAN VƏ YA GÖNDƏRİLƏN KÖÇÜRMƏLƏR, DATA VƏ YA DİGƏR MƏLUMATLARA İCAZƏSİZ ÇIXIŞ, ONLARIN DƏYİŞDİRİLMƏSİ VƏ YA İTİRİLMƏSİ; (VI) SİZİN TƏRƏFİNİZDƏN VISA SOLUTION-IN BAŞQA HƏR HANSI FORMADA İSTİFADƏSİ. BUNDAN ƏLAVƏ, VISA BU ŞƏRTLƏRDƏ YER ALAN HƏR HANSI ÖHDƏLİYİN YERİNƏ YETİRİLMƏSİ İLƏ ƏLAQƏLİ FORS MAJOR HADİSƏSİ SƏBƏBİLƏ HƏR HANSI UĞURSUZLUĞA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.
BU ŞƏRTLƏRDƏ HEÇ BİR ŞEY VISA-NIN MÜLKİ MƏCƏLLƏNİN MÜDDƏALARINA ƏSASƏN MƏSULİYYƏT DAŞIDIĞI HƏR HANSI HADİSƏLƏR ÜÇÜN VİSA TƏRƏFDAŞLARININ ÖHDƏLİYİNİ İSTİSNA ETMİR.14. Dəstəyin Olmaması; Ticarətçilərlə Mübahisələr
Mülki Məcəlləyə əsasən Visa-nın məsuliyyət daşıdığı halların nəticəsi olduğu hallar istisna olmaqla, Visa aşağıdakı dəstəkləmir, sponsorluq etmir və onlara görə məsuliyyət daşımır: (i) Ödəniş şəbəkələri və ya rəqəmsal pulqabıların emitentləri və ya idarəediciləri, yaxud hesablaşma təcrübəsi asanlaşdıran və ya Visa Solution ilə əlaqədar istifadə edə biləcəyiniz digər üçüncü tərəflər; (ii) Visa Solution ilə əlaqədar satın alınmış məhsullar və xidmətlər, yaxud edilmiş tranzaksiyalar; (iii) Visa Solution ilə əlaqədar satın alınmış məhsullar və ya xidmətlər, eləcə də edilmiş tranzaksiyaların tanınması və ya tələblərinin yerinə yetirilməsi; və (iv) Visa Solution ilə əlaqədar məhsulları və ya xidmətləri alınmış və ya tranzaksiya edilmiş ticarətçilər.
15. Üçüncü Tərəflərin Vebsaytları, Məzmun və Resursları
Visa Solution tranzaksiya təcrübəsini asanlaşdırmağa kömək edən üçüncü tərəflər, o cümlədən onların vebsayt, domen yaxud proqramları vasitəsilə əlçatan ola bilər və bu cür üçüncü tərəflər, üçüncü tərəflərin vebsayt, məzmun və resursları (sosial media daxil olmaqla) ilə əlaqə saxlamağa yaxud onlara birbaşa qoşulmağa icazə verə bilər. Siz Visa-nın bu cür hər hansı üçüncü tərəflərin fikirləri, mövqe yaxud məzmunlarına və ya onların (Visa tərəfindən deyil, başqa şirkət və ya şəxslər tərəfindən təqdim edilən) vebsayt, domen, proqram yaxud resurslarına nəzarət etmədiyini və onlarla hər zaman razılaşmadığını qəbul edirsiniz. Bunlara Visa-nın Mülki Məcəlləyə əsasən cavabdeh olduğu hallar səbəb olmazsa, siz Visa-nın bu növ vebsayt, məzmun və ya resursların mövcudluğuna görə məsuliyyət daşımadığını təsdiq və qəbul edirsiniz. Bunlara Visa-nın Mülki Məcəlləyə əsasən cavabdeh olduğu hallar səbəb olmazsa, bundan əlavə siz Visa-nın bu üçüncü tərəf vebsayt, domen, proqram, məzmun və ya resursları ilə əlaqəli olaraq məruz qaldığınız itki və zərərlərə, o cümlədən Visa Solution vasitəsilə həyata keçirilmiş satınalmalar nəticəsində sizə dəymiş hər hansı itki və ya zərərlərə görə sizin qarşınızda məsuliyyət daşımadığını qəbul edirsiniz.
16. Visa Solution-a və bu Şərtlərə Dəyişikliklər; Ləğvetmə
Visa sizi ən azı otuz (30) gün əvvəldən xəbərdar edərək, aşağıdakı hallarda Visa Solution-u müvəqqəti və ya daimi olaraq müvəqqəti olaraq və ya tamamilə dayındıra bilər:
- Visa Polşada Visa Solution-la bağlı fəaliyyətini dayandırmağa qərar verdiyi halda; və/və ya
- Emitentiniz və ya digər Click to Pay tərəfdaşı (müvafiq olduqda) tərəfindən təmin edilən Click to Pay təcrübənizi sadələşdirmək üçün lazım gəldikdə; və/və ya
- Visa-nın nəzarətində olmayan, ona Visa Solution-ı təmin etməyə imkan verməyən səbəblərə görə.
Visa səbəblərini göstərməklə sizi Visa Solution-ın müvəqqəti və ya daimi olaraq dayandırılması barədə məlumatlandıracaq.
Visa bu Şərtləri və ya Visa Solution-u aşağıdakı səbəblərə görə dəyişdirə bilər:- bu Şərtlərin və ya Visa Solution-ın dəyişdirilməsi ilə bağlı öhdəliklə nəticələnən, qanuna edilən düzəliş;
- dövlət orqanları, məhkəmələr, Avropa İttifaqı məhkəmələri və ya qurumlarının Visa-nın üzərinə qoyduqları, Şərtlərin məzmununa birbaşa təsir edən öhdəliklər; lakin bu, Mülki Məcəllənin 23 aprel 1964-cü il tarixli Qanununun 385(1) § 1 saylı bölməsinə əsasən istehlakçılar üçün ədalətsiz olan müddəalara edilən hər hansı dəyişikliyə aid deyil.
- Visa Solution-a yeni, əlavə texniki imkanların tətbiq edilməsi;
- Visa Solution-ın işləməsinin texniki cəhətdən təkmilləşdirilməsi; və/və ya
- yeni şəxsi məlumat qoruması daxil olmaqla təhlükəsizliklə bağlı təkmilləşdirmələrin edilməsi.
Bu bölməyə əsasən Şərtlərə dəyişiklik edildiyi halda Visa yalnız dəyişiklik üçün əsas olan səbəbə görə Şərtlərin müvafiq müddəalarını əlavə edəcək, siləcək və ya onlara düzəliş edəcək və bunları yalnız təklif edilmiş dəyişikliyin təqdim olunması üçün lazım olan dərəcədə edəcək.
Visa gözlənilən dəyişiklər barədə sizi otuz (30) gün əvvəldən məlumatlandıracaq. Bildirişdə dəyişikliyin həyata keçirilməsinin səbəbi və nəyə əsaslandığı bildiriləcək. Dəyişiklikləri qəbul etmək istəmədiyiniz halda Visa Solution-dan istifadənizi istənilən vaxt dayandırmaq hüququnuz olacaq.
Yuxarıdakı paraqrafda göstərilən dəyişikliklərdən başqa Visa Visa Solution-ın və/və ya bu Şərtlərin hər hansı aspektini müvəqqəti və ya daimi olaraq dəyişdirə bilər (yuxarıdakı fəaliyyəti həyata keçirmək üçün sizi ən azı otuz (30) gün əvvəldən xəbərdar etməklə və birmənalı razılığınızla Visa Solution-ın hər hansı hissəsinin əlçatan olması daxil olmaqla). Bu cür bildiriş mesajında Visa təklif edilən dəyişikliklərin əhatə dairəsini, onların yerinə yetirilmə tarixini və bunlarla razılaşmağınız üçün tələbini göstərəcək. Bu cür dəyişiklik və/və ya düzəlişlərlə razılaşmadığınız halda Visa Visa Solution-dan istifadənizi dayandıracaq.
Bu Şərtlərdə müəyyən edilmiş olanların əksinin bildirilməsinə baxmayaraq bu Şərtlərin 12-ci bölməsinə ("İstifadəçi davranışı") əməl etmədiyiniz halda Visa Visa Solution-a girişinizi və ya ondan istifadənizi istənilən vaxt müvəqqəti və ya daimi olaraq dayandıra bilər. Visa Visa Solution-dan istifadənizin müvəqqəti olaraq və ya tamamilə dayandırılması barədə sizi xəbərdar edəcək və bu cür bildirişdə Visa bunun səbəblərini bildirəcək. Ləğv edildikdən sonra bu Şərtlərə əsasən sizə aid olan bütün ödəniş və digər öhdəliklərə görə məsuliyyət daşımağa davam edirsiniz.
Visa Solution-dan istifadənizi istənilən vaxt dayandıra bilərsiniz, Şərtlərə etdiyimiz dəyişikliklərdən məmnun olmamağınız bura daxildir. Visa Solution-ın vebsaytının Müştəriyə Dəstək bölməsindəki göstərişlərə əməl edərək Visa Solution-ın qeydiyyatını ləğv edə bilərsiniz. Click to Pay üzrə Emitentiniz və ya digər Click to Pay tərəfdaşı vasitəsilə qeydiyyatdan keçsəniz, Visa Solution-dan həmin vaxtkı cari istifadənizi bu Şərtlərə əsasən dayandıracaqsınız. Bu cür dayandırılmanın olmaması Visa-ya bu Şərtlərə əsasən təmin edilmiş Visa Solution-dan istifadənizi dayandırmağa əsas verir. Visa sizi dayandırılma və onun səbəbləri barədə xəbərdar edəcək.
17. A. Bildirişlər
Bu müddəa aşağıdakı paraqrafın yuxarıdakı müvafiq bölmədəki birinci paraqrafı əvəzləməsilə sizə bütünlüklə şamil edilir: Visa-nın si
zə Visa Solution-la bağlı e-poçt vasitəsilə, Vebsaytda yerləşdirməklə yaxud digər elektron ünsiyyət vasitələrindən istifadə edərək bildiriş və digər açıqlamalar təqdim edə biləcəyini qəbul edirsiniz. Qanunla tələb olunan bütün məlumat uzunömürlü məlumatdaşıyıcı vasitələrdə təqdim ediləcək.17. E. Şərh
"Bu şərtlərin", "bu şərtlərdə", və "bu şərtlərdəki" ifadələri bu Şərtlərin hər hansı bir hissəsinə deyil, Şərtlərin tamamına aiddir. "O cümlədən" ifadəsi "daxil olmaqla, ancaq bunlarla məhdudlaşmayaraq" kimi başa düşülməlidir. Bu sənədin harasında istifadə olunmasından asılı olmayaraq tək hal cəm halı, cəm hal tək halı ehtiva etməli, hər hansı cinsə aid olan qeydlər bütün cinslərə aid edilməlidir.
17. G. Azadetmə
Bu müddəa sizə şamil edilmir.
17. I. Təyinetmə
Bu Şərtləri Visa-nın əvvəlcədən yazılı razılığı olmadan qanun əsasında və ya başqa yolla üçüncü tərəfə təyin edə (ötürə) bilməzsiniz. Bu Şərtlərin, eləcə də müvafiq hüquqların və öhdəliklərin üçüncü tərəflərə təyin edilməsi halında Visa sizi ən azı on dörd (14) gün əvvəldən xəbərdar edəcək. Göstərilən müddət ərzində razılğınızın birmənalı şəkildə alınmasının mümkün olmaması Visa-nın bu Şərtləri dayandırması ilə nəticələnəcək.
-
Yuxarıda Bölmə 13-də öhdəliklə bağlı müddəalar və Visa-nın öhdəliyinin məhdudlaşdırılması ilə bağlı hər hansı digər ifadələrlə bağlı Portuqaliya rezidentlərinə aşağıdakı xüsusiyyətlər tətbiq ediləcək:
VISA TƏRƏFLƏRİNİN ZƏRƏRLƏRƏ, İDDİALARA VƏ İTKİLƏRƏ GÖRƏ ÖHDƏLİYİ MÜQAVİLƏ ÖHDƏLİYİNİN QƏSDƏN YERİNƏ YETİRİLMƏMƏSİ SƏBƏBİNDƏN BAŞ VERDİKDƏ İSTİSNA HESAB EDİLMƏYƏCƏK.
VISA TƏRƏFLƏRİ BAŞ VERMİŞ BÜTÜN ZƏRƏRLƏR, İDDİALAR VƏ YA İTKİLƏRƏ GÖRƏ ÖHDƏLİYİNƏ ÜMUMİ İSTİSNA VƏ YA MƏHDUDİYYƏT ŞAMİL ETMİR. VISA-NIN ÖHDƏLİYİ BU HALLARDA BİRBAŞA VƏ YA DOLAYI FORMADA İSTİSNA HESAB EDİLMƏYƏCƏK VƏ YA MƏHDUDLAŞDIRILMAYACAQ: (I) FƏRDLƏRİN HƏYATINA, MƏNƏVİ VƏ YA FİZİKİ BÜTÖVLÜYÜNƏ VƏ YA SAĞLAMLIĞINA DƏYMİŞ ZƏRƏR; (II) MÜQAVİLƏ İLƏ BAĞLI OLMAYAN ƏMLAKA DƏYMİŞ ZƏRƏR; (III) MÜQAVİLƏ ÖHDƏLİYİNİN QƏSDƏN YERİNƏ YETİRİLMƏMƏSİ VƏ YA CİDDİ XƏTA HALLARINDA DƏQİQ YERİNƏ YETİRMƏMƏ, GECİKMƏ VƏ YA YANLIŞ YERİNƏ YETİRMƏ; (IV) MÜQAVİLƏ ÖHDƏLİYİNİN QƏSDƏN YERİNƏ YETİRİLMƏMƏSİ VƏ YA CİDDİ XƏTA HALLARINDA TƏMSİLÇİLƏRİN VƏ YA KÖMƏKÇİLƏRİN HƏRƏKƏTLƏRİ.
Visa sizi bu Şərtlərə edilən əhəmiyyətli dəyişikliklər barədə həmin dəyişikliklər qüvvəyə minməzdən ən azı bir (1) ay əvvəl e-poçt vasitəsilə xəbərdar edəcəyik. Dəyişiklikləri qəbul etmək istəmədiyiniz halda Visa Solution-dan istifadənizi dayandıra bilərsiniz. Dəyişikliklər qüvvəyə minməzdən öncə Visa Solution-dan istifadənizi dayandırmasanız, bildirilmiş dəyişikləri qəbul etmiş hesab ediləcəksiniz.
Yuxarıda 16-cı bölmədəki dayandırılma barədə paraqraflara baxmayaraq, Visa ən azı on dörd (14) gün əvvəldən xəbərdarlıq edərək müstəqil şəkildə Visa Solution-ın hər hansı və ya bütün aspektlərini və/və ya bu Şərtləri müvəqqəti olaraq və/və ya tamamilə dayandıra bilər. Dərhal dayandırma üçün aşağıdakı siyahıda sadalanan ciddi əsaslar olduqda isə, Visa dayandırmanı xəbərdarlıq etmədən edə bilər:
- Visa-nın nəzarəti altında olmayan, ona Visa Solution-u və ya onun hər hansı hissəsini təmin etməyə imkan verməyən səbəblərə görə;
- müvafiq qanunlardakı dəyişikliyə əməl etmək üçün;
- dövlət orqanı, məhkəmə, Avropa Birliyi məhkəməsi və ya qurumu Visa-nın üzərinə bu Şərtlərin və/və ya Visa Solution-ın məzmunlarına birbaşa təsir edən öhdəliklər qoyduqları halda;
- Visa Solution-ı təklif etmək Visa üçün artıq iqtisadi cəhətdən mümkün olmadıqda;
- Visa Portuqaliyada Visa Solution-la bağlı fəaliyyətini dayandırmağa qərar verdiyi halda;
- Emitentiniz və ya bu cür digər Visa tərəfdaşı eyni və ya oxşar həlli təklif etdikdə;
- Şərtlərə əməl etmədiyiniz halda;
- Emitentiniz və ya digər Click to Pay tərəfdaşı (müvafiq olduqda) tərəfindən təmin edilən Click to Pay təcrübəsini sadələşdirmək məqsədilə;
- Visa-ya natamam, qeyri-dəqiq və ya yanlış məlumat təqdim etdiyiniz hal daxil olmaqla, Visa-nın saxtakarlıq və ya qeyri-qanuni, səlahiyyətsiz və ya düzgün olmayan fəaliyyətlə bağlı şübhələri olduğu halda;
- Visa-nın təhlükəsizlik alətləri Visa Solution hesabınızda şübhəli davranış müşahidə etdikləri halda; və/və ya
- sanksiyalarla bağlı yoxlamanın nəticəsinə görə.
-
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur. Visa Solution tərəfinizdən və ya Visa tərəfindən istənilən vaxt özündə müvafiq qanunlara əsasən məhsul qaytarma hüquqlarınızı ehtiva edən 16-cı bölməyə (Visa Solution-a və bu Şərtlərə dəyişikliklərin edilməsi; Dayandırılma) uyğun olaraq dayandırılana qədər qeyri-müəyyən müddət ərzində əlçatandır.
Sizin aşağıdakı əlaqə məlumatlarından istifadə edərək Visa-ya Visa Solution-la bağlı şikayətlə müraciət etmək hüququnuz var. Visa şikayəti məxfi şəkildə nəzərdən keçirəcək. Visa şikayətinizin alındığını dərhal təsdiqləyəcək və şikayət alındığından sonrakı otuz (30) gün ərzində şikayətlə bağlı problemi həll etmək üçün hansı tədbirlərin görüldüyünü aydın şəkildə bildirəcək. Şikayətinizi Avropa Birliyinin istənilən rəsmi dilində Avropa Komissiyasının təmin etdiyi ODR-platforma vasitəsilə təqdim edə bilərsiniz.
Siz Visa Solution-dan elektron ticarət tranzaksiyasını həyata keçirmək üçün istifadə edilə biləcək olan və qarşılıqlı əlaqədə olduğunuz ticarətçinin Visa Solution-u dəstəklədiyi hər hansı cihazda istifadə etməyi seçə bilərsiniz. Bundan başqa, cihaz, platforma və/və ya veb brauzer Giriş açarlarını dəstəklədiyi, cihazınızda Giriş açarlarını aktiv etmiş olduğunuz və Giriş açarlarının istifadəsi Visa tərəfindən əlçatan edilmiş olduğu hallarda, Giriş açarlarından istifadə edərək şəxsi cihazınızda Visa Solution tranzaksiyaınızın əslliyini yoxlamağı seçə bilərsiniz.
Visa-nın vergi identifikasiya nömrəsi: 94-1721694.
-
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur. Visa Solution tərəfinizdən və ya Visa tərəfindən istənilən vaxt, 16-cı bölmədə göstərildiyi kimi istənilən vaxt və eyni qaydada istifadə oluna biləcək olan müvafiq qanunlara əsasən məhsul qaytarma hüquqlarınızı ehtiva edən 16-cı bölməyə (Visa Solution-a və bu Şərtlərə dəyişikliklərin edilməsi; Dayandırılma) uyğun olaraq dayandırılana qədər (o, tərəfinizdən və ya Visa tərəfindən dayandırıla bilər) qeyri-müəyyən müddət ərzində əlçatandır.
Aşağıdakı sözlər 13-cü bölmənin (Zəmanətlərdən İmtina və Öhdəliyin Məhdudlaşdırılması) əvvəlinə əlavə edilir:
MÜVAFİQ QANUNLA İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ
16-cı bölmənin (Visa Solution-a və bu Şərtlərə edilən dəyişikliklər; Dayandırılma) birinci paraqrafının müddəalarına baxmayaraq, Visa müstəqil şəkildə Visa Solution-u müvəqqəti və ya daimi olaraq dayandırmağa, yaxud Visa Solution-ın hər hansı və ya bütün aspektlərini əhəmiyyətli dərəcədə dəyişdirməyə qərar verdiyi halda Visa bu niyyəti barədə sizi əvvəlcədən xəbərdar edəcək.
Aşağıdakı paraqraf bölmə 17.H.-yə (Mübahisələrin Həlli və Tənzimləyici Qanun) əlavə edilməlidir:
Avropa Komissiyası mübahisələrin həllinin həyata keçirilməsini Mübahisələrin onlayn həlli ("ODR") platforması vasitəsilə təmin edir. Avropa Komissiyasının təmin etdiyi ODR platforması bu link vasitəsilə əlçatandır.
Aşağıdakı paraqraf bu Şərtlərin sonuna əlavə edilir:
Visa Solution üçün Meyarlara Uyğun Kartı qeydiyyatdan keçirməklə və ya aktivləşdirməklə və Visa Solution-dan istifadə etməyə və ya onda iştirak etməyə davam etməklə bu Şərtlərin bütün müddəalarını tam şəkildə oxuyub anladığınızı və onlarla razılaşdığınızı qəbul edirsiniz. bunlara məhdudlaşdırmamaq şərtilə aşağıdakılar daxildir: bölmə 1 (Visa Solution), bölmə 2 (Tranzaksiyalarınız Barədə Vacib Bildiriş), bölmə 5 (Qeydiyyat və Təhlükəsizlik), bölmə 7 (Ödənişlər, Haqlar və Vergilər), bölmə 8 (Məxfilik), bölmə 13 (Zəmanətlərdən İmtina və Öhdəliyin Məhdudlaşdırılması), bölmə 14 (Dəstəyin Olmaması; Ticarətçilərlə Mübahisələr), bölmə 15 (Üçüncü Tərəf Vebsaytları), bölmə 16 (Visa Solution və bu Şərtlərə edilən Dəyişiklik); Ləğvetmə), bölmə 17 (Ümumi Şərtlər), paraqraflar: A (Bildirişlər), G (Azadetmə) və H (Mübahisələrin Həlli və Tənzimləyici Qanun).
-
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur. Visa Solution tərəfinizdən və ya Visa tərəfindən istənilən vaxt özündə müvafiq qanunlara əsasən məhsul qaytarma hüquqlarınızı ehtiva edən 16-cı bölməyə (Visa Solution-a və bu Şərtlərə dəyişikliklərin edilməsi; Dayandırılma) uyğun olaraq dayandırılana qədər qeyri-müəyyən müddət ərzində əlçatandır.
Sizin aşağıdakı əlaqə məlumatlarından istifadə edərək Visa-ya Visa Solution-la bağlı şikayətlə müraciət etmək hüququnuz var. Visa şikayətinizi məxfi şəkildə nəzərdən keçirəcək. Visa şikayətinizin alındığını dərhal təsdiqləyəcək və şikayət alındığından sonrakı otuz (30) gün ərzində şikayətlə bağlı problemi həll etmək üçün hansı tədbirlərin görüldüyünü aydın şəkildə bildirəcək. Visa şikayətlə bağlı probleminizi həll edə bilməzsə, şikayətinizlə Slovenská obchodná inšpekcia (“SOI”) qurumuna müraciət edə bilərsiniz. Şikayətinizi Avropa Birliyinin istənilən rəsmi dilində Avropa Komissiyasının təmin etdiyi ODR-platforma vasitəsilə təqdim edə bilərsiniz. Şikayət bundan sonra SOI qurumuna göndəriləcək. Slovakiyada SOI ilə həmçinin poçt ünvanı və ya şəxsən də əlaqə saxlaya bilərsiniz: Slovenská obchodná inšpekcia, Odbor pre medzinárodné vzťahy a alternatívne riešenie spotrebiteľských sporov, Bajkalská 21/A, 827 99 Bratislava, E-Poçt: [email protected]. Ətraflı məlumatı SOI vebsaytından əldə edilə bilərsiniz.
-
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur.
Visa Solution tərəfinizdən və ya Visa tərəfindən istənilən vaxt özündə müvafiq qanunlara əsasən məhsul qaytarma hüquqlarınızı ehtiva edən 16-cı bölməyə (Visa Solution-a və bu Şərtlərə dəyişikliklərin edilməsi; Dayandırılma) uyğun olaraq dayandırılana qədər qeyri-müəyyən müddət ərzində əlçatandır.
Sizin aşağıdakı əlaqə məlumatlarından istifadə edərək Visa-ya Visa Solution-la bağlı şikayətlə müraciət etmək hüququnuz var. Visa şikayətinizi məxfi şəkildə nəzərdən keçirəcək. Visa mübahisələrin dostcasına həll olunmasına çalışır. Visa şikayətinizin alındığını dərhal təsdiqləyəcək və şikayət alındığından sonrakı otuz (30) gün ərzində şikayətlə bağlı problemi həll etmək üçün hansı tədbirlərin görüldüyünü aydın şəkildə bildirəcək. Visa istehlakçının mübahisəli işlərinin hər hansı məhkəmədənkənar həlli təminatçısının, istehlakçının İstehlakçı mübahisəli işinin məhkəmədənkənar həlli barədə Qanuna (Zakon o izvensodnem reševanju potrošniških sporov) əsasən təqdim edə biləcəyi istehlakçı mübahisəli işini həll etmək üçün səlahiyyətli olduğunu qəbul etmir. Visa şikayətlə bağlı probleminizi həll edə bilməzsə, şikayətinizi Avropa Birliyinin istənilən rəsmi dilində Avropa Komissiyasının təmin etdiyi ODR-platforma vasitəsilə təqdim edə bilərsiniz. Şikayət bundan sonra mübahisəli işlərin həlli üzrə yerli qurumlarınıza göndəriləcək.
Siz bununla Visa-nın bu Şərtləri, hüquqları və müvafiq öhdəlikləri hər hansı üçüncü tərəfə ötürə biləcəyinə birmənalı olaraq razılıq verirsiniz. Bu cür ötürülmə siz bu barədə xəbərdar edildikdən sonra baş tutacaq.
-
7-ci bölməyə (Xərclər, Haqlar və Vergilər) əsasən Visa Solution pulsuzdur. Visa Solution tərəfinizdən və ya Visa tərəfindən istənilən vaxt özündə müvafiq qanunlara əsasən məhsul qaytarma hüquqlarınızı ehtiva edən 16-cı bölməyə (Visa Solution-a və bu Şərtlərə dəyişikliklərin ediməsi; Dayandırılma) uyğun olaraq dayandırılana (dayandırıla bilər) qədər qeyri-müəyyən müddət ərzində əlçatandır.
Aşağıdakı sözlər 13-cü bölmənin (Zəmanətlərdən İmtina və Öhdəliyin Məhdudlaşdırılması) əvvəlinə, İspaniya sakinlərindən yuxarıya əlavə edilir:
MÜVAFİQ QANUNA ƏSASƏN İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ
Yuxarıda 16-cı bölmədəki və ya digər hər hansı bəyanatlardakı dəyişikliklər və dayandırılma ilə bağlı paraqraflara (Visa Solution və bu Şərtlərə edilən dəyişikliklər; Dayandırılma) baxmayaraq, aşağıdakılar İspaniya sakinlərinə şamil edilir:
Visa Visa Solution-u və/və ya bu Şərtləri əhəmiyyətli dərəcədə dəyişdirməyi, müvəqqəti və ya daimi olaraq dayandırmağı təklif etdiyi halda Visa bu niyyəti barədə sizi əvvəlcədən xəbərdar edəcək.
Aşağıdakılar İspaniya sakinləri üçün 17. h bölməsinin (Mübahisələrin Həlli və Tənzimləyici Qanun) sonuna əlavə edilir:
Avropa Komissiyası mübahisəli işləri Mübahisəli işlərin onlayn həlli ("ODR") platforması vasitəsilə həll etməyə imkan verir. Avropa Komissiyasının təmin etdiyi ODR platforması bu link vasitəsilə əlçatandır.
-
- Bu Şərtlərin əvvəlindəki giriş hissəsi bu formada olacaq:
VACİB: VISA SOLUTION-UN AŞAĞIDAKI XİDMƏT ŞƏRTLƏRİNİ ("ŞƏRTLƏR") DİQQƏTLƏ OXUYUN. BUNLARDAN BİRİNİ ETMƏKLƏ: VISA SOLUTİON ÜÇÜN QEYDİYYATDAN KEÇMƏKƏKLƏ, VISA SOLUTION ÜÇÜN MEYARLARA UYĞUN KARTI AKTİVLƏŞDİRMƏKLƏ VƏ YA E-KOMMERSİYA TRANZAKSİYASININ TƏRKİB HİSSƏSİ KİMİ VISA SOLUTİON-DAN İSTİFADƏ ETMƏKLƏ BU ŞƏRTLƏRİ ANLADIĞINIZI VƏ BUNA GÖRƏ ÖHDƏLİK DAŞIDIĞINIZI QƏBUL EDİRSİNİZ. BU ŞƏRTLƏR VISA SOLUTION İLƏ ƏLAQƏLİ BÜTÜN ƏVVƏLKİ ŞƏRTLƏRİ ƏVƏZLƏYİR." - Bölmə 1-in (Visa Solution) sonuna bu məzmunda yeni paraqraf əlavə ediləcək:
"Siz hər dəfə Visa Solution-dan istifadə etdikdə bizim bunları etməyimizə icazə verir və açıq şəkildə tələb edirsiniz: (i) Visa Solution müddəalarının bir hissəsi kimi Meyarlara Uyğun Kartlarınızı qeydiyyatdan keçirmək və göstərməyimiz; (ii) Emitentiniz tərəfindən sizə təqdim edilən kart nömrəsi və ya son istifadə tarixi kimi müəyyən Kart Məlumatlarını yeniləməyimiz. Siz istənilən vaxt Meyarlara Uyğun Kartlarınızdan hər hansı birini Visa Solution-dan çıxara bilərsiniz."
- Bu Şərtlərin əvvəlindəki giriş hissəsi bu formada olacaq:
-
K. Qüvvədə qalma.
Bu Şərtlərin ləğv edilməsinə baxmayaraq, bu Şərtlər ləğv edilməzdən əvvəlki müddətdə tərəfinizdən Visa Solution-dan istifadəyə tətbiq edilməyə davam edir. Öz xüsusiyyətinə görə bu Şərtlərin qüvvədə qalmalı olan istənilən bölməsi, o cümlədən Mübahisələrin Həlli və Tənzimləyici Qanun bölmələri daxil olmaqla, bu Şərtlərin yaxud Visa Solution-dan istifadənizin istənilən ləğvetməsi zamanı qüvvədə qalmalıdır. -
L. Bizimlə əlaqə.
Visa Solution ilə bağlı hər hansı sualınız yaxud narahatlığınız varsa, lütfən Vebsaytda Tez-tez verilən suallar bölməsinə baş çəkin TVS bölməsində sual və ya narahatlığınıza cavab tapmasanız, Visa U.S.A. Inc., Visa Solution, 900 Metro Center Blvd., Foster City, CA 94404-2172, USA ünvanında poçt vasitəsilə və ya dəstək komandamızla əlaqə saxlaya bilərsiniz.
Son dəfə yenilənib: 31 iyul 2025
© 2025 Visa. Bütün hüquqlar qorunur.