Visa Kuki Bildirişi

Qüvvəyə minmə tarixi: 29 sentyabr 2025-ci il

Kukilər və digər texnologiyalara dair bələdçi

  • Kukilər

Kukilər veb-saytların sizin brauzerinizi unikal şəkildə müəyyən etmək və ya brauzerinizdə məlumatı və ya ayarları yaddaşa vermək üçün sizin kompüter və ya digər internetə bağlanan cihaza göndərdiyi kiçik mətn fayllarıdır. Kukilər bizə siz qayıtdıqda sizi tanımağa imkan verir. Onlar həmçinin bizə xüsusi təcrübəni təmin etməyə kömək edir və müəyyən növ saxtakarlıqları aşkar etmək imkanını verir.

Birinci tərəf kukiləri Visa tərəfindən yerləşdirilən və ya sosial media platforması kimi birbaşa ziyarət edilən bir domen tərəfindən yaradılan kukilərdir. Bu kukilər Visa tərəfindən istifadə olunur və veb-saytlarımızın və proqramlarımızın əsas əməliyyatlarını dəstəkləyən bütün çox zəruri kukiləri ehtiva edir.

Üçüncü tərəf kukiləri xidmət təminatçıları, sosial media platformaları və üçüncü tərəf reklam şirkətləri daxil olmaqla başqa bir şirkət tərəfindən yerləşdirilir. Üçüncü tərəflərin yerləşdirdiyi kukləri eyni reklam şəbəkəsində digər saytlara daxil olduğunuz zaman həmin üçüncü tərəflər tərəfindən oxuna bilər. Bu, onlara onlayn davranışınızın profilinin yaradılmasına və bütün müştəriləri adına hədəf reklamların ə çatdırılmasına imkan verir.

Bəzi saytlarımız veb-saytımızı qorumaq və hərəkətlərin (məsələn, forma təqdimetmələri) botlar deyil, insanlar tərəfindən edildiyini yoxlamaq üçün Google tərəfindən təmin edilən təhlükəsizlik xidməti olan Google reCAPTCHA istifadə edə bilər. reCAPTCHA bu məqsədlə zəruri təhlükəsizlik kukilərindən istifadə edir. reCAPTCHA haqqında ətraflı məlumat üçün Google-un Məxfilik Bildirişinə daxil olun.

  • Piksel Etiketləri və Veb-bekonlar

Piksel etiketlər (veb-bekonlar) bizə sizin səciyyəvi tədbiri görüb-görmədiyinizi müəyyən etməyə imkan verən veb-səhifələrdə, reklamlar və ya e-poçt məktublarımızda yerləşdirilmiş kiçik qrafik təsvirlər və kiçik şifrə bloklarıdır. Siz bu səhifələrə daxil olduğunuz və ya e-poçt məktubu açdığınız zaman piksel etiketlər bizə sizin veb-səhifəyə daxil olduğunuzu və ya e-poçt məktubu açdığınızı bildirir. Bu alətlər bizə kommunikasiyalara cavabı qiymətləndirmək və veb-səhifə və təşviqat kampaniyalarımızı təkmilləşdirmək imkanını verir.

  • Server qeydləri

Server qeydləri veb-saytlarımızda olan fəaliyyətləri qeyd edir. Digər növ qeydlər proqramlarımızdan oxşar məlumatları toplayır. Bu qeydlər veb-sayıtmıza daxil olmaq üçün istifadə etdiyiniz cihaz, əməliyyat sisteminizin növü, brauzerin növü, domen və digər sistem parametrləri barədə, habelə sisteminizin istifadə etdiyi və cihazınızın yerləşdiyi ölkə və saat qurşağı barədə məlumatı toplayır. Qeydlərimiz həmçinin İnternetə qoşulmaq üçün istifadə etdiyiniz cihazın İP ünvanını da qeydə alır. İP ünvanı İnternetdə bir-birini müəyyən etmək və bir-biri ilə ünsiyyət qurmaq üçün cihazların tələb etdiyi unikal identifikatordur. Biz həmçinin sizin Visa saytına daxil olmadan öncə baş çəkdiyiniz veb-sayt barədə və saytımızı tərk etdikdən sonra daxil olduğunuz veb-sayt barədə də məlumatı toplaya bilərik.