1. Visa Solution
Visa Solution Visa U.S.A. Inc. (“Visa”) tərəfindən idarə edilir. Visa-nın əlaqə məlumatları aşağıdakı Bizimlə Əlaqə bölməsinin altında verilir.
Bu Şərtlərdə istifadəsinə uyğun olaraq «Visa Solution» termini özündə aşağıdakı mənaların hamısını ehtiva edir: Visa Checkout-un Visa Checkout yaxud digər ad altında olan və ya Visa Solution vebsaytında və ya domen və ya altdomen olaraq idarə edilən mobil saytda («(Vebsayt») mövcud olan yaxud emitent bank və ya ödəmə təşkilatı, ticarətçi bankı və ya digər üçüncü tərəfin təklif etdiyi proqram və ya texniki imkanlar vasitəsilə hazırda mövcud olan və ya gələcəkdə əlavə ediləcək bütün xüsusiyyətlər, texniki imkanlar və xidmətlər (ümumilikdə, Xidmətlər); Visa-nın və ya onun lisenziarlarının Visa Solution vasitəsilə əldə edilə bilən loqo, dizayn, mətn, şəkil, video, qrafik təsvir, proqram təminatı və digər məzmun və materialları, eləcə də onların seçimi və yerləşdirilməsi (ümumilikdə, «Məzmun»); həmçinin Visa-nın Visa Solution-u sizin üçün əlçatan etməsi ilə bağlı avadanlıq, proqram təminatı və şəbəkələri (ümumilikdə, «Visa Həll Sistemi»).
Visa Solution (i) Visa-nın Visa Solution-la istifadəsinin meyarlara uyğun olaraq müəyyən etdiyi Visa kredit, debit və yenidən yüklənmə qabiliyyəti olan ödəniş kartlarınız və digər kartlar və ödəmə üsullarınız üçün ödəniş hesabı və bununla əlaqəli ödəniş qəbuletmə və çatdırılma ünvanlarını («Kart Məlumatları») saxlamaq imkanı təklif edir («Meyarlara uyğun Kartlar»); və (ii) Visa Checkout nişanı yaxud onu əvəzləyən ikonu təqdim edən ticarətçi və ya digər üçüncü tərəflərlə ödəniş üsulu kimi Visa Solution-dan istifadə etmək imkanı.
Visa Solution-dan ödəmə üsulu kimi istifadə etdiyiniz halda biz ödəniş və onunla əlaqəli məlumatlarınızı, tranzaksiyanı emal etmələrinə imkan vermək üçün ticarətçi yaxud digər müvafiq üçüncü tərəfə ötürəcəyik.
Siz ticarətçi yaxud digər müvafiq üçüncü tərəfin tranzaksiya barədə məlumatı Meyarlara Uyğun Kartınız üçün müvafiq şəbəkəyə ötürməsi və tranzaksiyanızın seçdiyiniz Meyarlara Uyğun Kartdan istifadə edilməklə ödənilməsi ilə razılaşırsınız. Visa Solution-un tranzaksiyanı asanlaşdırmasına baxmayaraq, Visa tranzaksiyanın iştirakçısı deyil və malların və xidmətlərin satın alınması və ya qaytarılması daxil olmaqla, Visa Solution-dan istifadə etməyinizlə əlaqədar ticarətçiyə ödəniş edilməsi yaxud ondan ödəniş qəbul edilməsi yalnız siz və ticarətçi arasında həyata keçirilir.
Visa Solution-dan istifadə edilməsilə həyata keçirilmiş hər hansı tranzaksiya üçün geri ödəniş edilməsini və ya onun ləğv edilməsini tələb etdiyiniz halda, tranzaksiya üçün istifadə etdiyiniz Meyarlara uyğun Kartı verən müvafiq ticarətçi və/və ya maliyyə təşkilatı və ya digər qurum (hər biri, «Kart verən» qurum) ilə əlaqə saxlamalısınız. Visa-nın tranzaksiyanın iştirakçısı olmadığını, beləliklə Visa-nın tranzaksiya ilə əlaqəli qarşılaşa biləcəyiniz hər hansı bu cür problemi həll etmək iqtidarında olmadığını unutmayın.
Visa Solution-da saxlanılan yaxud onun istifadəsilə bağlı ortaya çıxan Kart Məlumatlarının tərəfinizdən yaxud bəzi bölgələrdə sizin adınızdan kart verən qurumunuz yaxud ticarətçi və ya üçüncü tərəf tərəfindən təqdim edildiyini və onların şəxsi maliyyə məlumatı ehtiva etdiyini qəbul edirsiniz. Visa Solution-la əlaqəli olaraq Kartlardan yalnız Kart verən qurum sizi kart sahibi yaxud səlahiyyətli istifadəçi hesab etdiyi və adınız Kart üzərində göstərildiyi halda istifadə edə bilərsinz. Visa Solution-da saxladığınız və ya onun istifadəsilə bağlı təqdim etdiyiniz Kart Məlumatları və digər məlumatın tamlığı və dəqiqliyi üçün özünüzün məsuliyyət daşıdığınızı qəbul və təsdiq edirsiniz. Visa-nın Visa kartlarının Kart Məlumatları üçün müəyyən düzgünlük yoxlamaları həyata keçirə bilməsinə baxmayaraq, Visa Kart Məlumatlarının cari və ya yenilənmiş olub-olmaması daxil olmaqla, təqdim etdiyiniz Kart Məlumatları və ya digər məlumatın dəqiqliyi üçün məsuliyyət daşımır. Lakin, kart verən qurumunuzun üçüncü tərəflərə Meyarlara uyğun Kartınız haqqında yenilənmiş informasiya (məsələn, yeni kart nömrəsi və ya son istifadə müddəti kimi) təqdim etmək hüququna malik olduğu halda, kart verən qurumunuzun bu informasiyanı bizə də təqdim edə bilməsi ilə razılaşırsınız.
Visa Solution bank və ya ödəniş hesabı deyil və sizə və ya ticarətçiyə hər hansı kredit təklif etmir. Visa Solution-dan istifadə etməklə həyata keçirdiyiniz istənilən tranzaksiya bu tranzaksiya üçün istifadə etdiyiniz Meyarlara uyğun Kartla bağlı hesabınızda əks olunacaqdır. Həmin hesabın ödənişi yalnız sizinlə Meyarlara uyğun Kartı verən qurum arasında həyata keçirilir.
2. Xidmət Şərtləri
Visa Solution Meyarlara uyğun bütün Kartlar üçün mövcud olmaya bilər. Bundan əlavə, Visa öz qərarına uyğun olaraq, Meyarlara uyğun Kartları Visa Solution-dan silə və ya Meyarlara uyğun Kartların Visa Solution üçün aktivləşdirilməsinin qarşısının ala bilər, həmçinin Visa istənilən vaxt Meyarlara uyğun Kartları təşkil edən xüsusi və ya ümumi kredit, debit və yenidən yüklənmə qabiliyyəti olan ödəniş kartlarının və digər kart yaxud ödəmə üsullarının meyarlara uyğunluğunu təftiş edə bilər.
3. Meyarlara uyğunluq
Visa Solution yalnız aşağıdakı şəxslər üçün mövcuddur:
- (i) aşağıdakı yurisdiksiyalardan birinin sakinləri: Argentina, Avstraliya, Braziliya, Kanada, Çili, Çin (materik və Honkonq), Kolumbiya, Fransa, Hindistan, İrlandiya, Küveyt, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Polşa, Qətər, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Afrika, İspaniya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq yaxud Birləşmiş Ştatlar (əraziləri daxil olmaqla), yurisdiksiyalardan hər biri mövcud olduğu kimi ("Meyarlara uyğun Yurisdiksiyalar");
- (ii) öz yurisdiksiyaları, əyalət və ya yaşayış yerlərində yetkinlik yaşına çatanların çoxu və;
- (iii) kompüterdə yaxud başqa cihazda internetdən istifadə etmək imkanı olanlar; və
- (iv) bir və ya daha çox Meyarlara uyğun Kartın sahibi və ya səlahiyyətli istifadəçisi olmaqla bərabər, öz Meyarlara uyğun Kart hesabları ilə bağlı problemi olmayanlar.
Visa Solution-un qanunla icazə verilmədiyi yaxud başqa şəkildə məhdudiyyətlər qoyulduğu yerlərdə istifadə edilməsi qadağandır.
4. Qeydiyyat və Təhlükəsizlik
Visa Solution-da qeydiyyatdan keçməyi yaxud onun üçün Meyarlara uyğun Kart aktivləşdirməyi seçdiyiniz halda, bizə özünüz haqqında düzgün, dəqiq, cari və tam məlumat təqdim edəcəyinizlə və bu məlumatlarda dəyişiklik olarsa, onları yeniləcəyinizlə razılaşmış olursunuz. Müvafiq qanunla müəyyən edilmiş bütün hallarda, Visa Solution barədə vacib məlumat və yenilikləri əldə etməklə bağlı uğursuzluğunuz daxil olmaqla Visa-nın, onunla dəqiq məlumat saxlaya bilməməyinizlə bağlı olaraq hər hansı öhdəlik daşımayacağını qəbul edir və təsdiqləyirsiniz. Visa-nın, bizə təqdim etdiyiniz hər hansı məlumatın yanlış, qeyri-dəqiq və ya natamam olmasından şübhə etmək üçün əsaslı səbəbləri olarsa, Visa, Visa Solution-a qeydiyyatınızı yaxud ondan istifadənizi müvəqqəti olaraq və ya tamamlə dayandıra bilər və Visa Solution-dan (və ya onun hər hansı hissəsindən) hal-hazırda və ya gələcəkdə istifadənizə icazə verməyə bilər.
Qeydiyyat prosesinin bir hissəsi olaraq sizdən istfadəçi adı tətbiq etmək tələb olunur (bəzi bazarlarda isə şifrə tətbiq etməyiniz tələb oluna bilər). Bu məlumatlar Visa Solution-dan istifadə etdiyiniz zaman əslliyin təsdiqlənməsi üçün istifadə edilir. Mühafizəniz üçün şifrə tətbiq etməyiniz tələb olunarsa, Visa Solution üçün təkrarolunmaz olan şifrə seçməli, həmçinin istifadəçi adı və şifrənizi yadda saxlamalısınız və şifrənizi Visa Solution-a daxil olmaq üçün istifadə etdiyiniz şəxsi kompüter, tablet, mobil cihaz yaxud digər cihazınızda saxlamamalısınız. İstifadəçi adı və şifrə(ləri)niz olduğu halda, onların məxfiliyinin qorunması üçün siz məsuliyyət daşıyırsınız. Bundan əlavə, Visa Solution-u rəqəmsal pulqabı ilə istifadə etməyiniz üçün cihazınız, brauzeriniz yaxud linkinizdə (bir yaxud bir çox cihazda) yadda saxlanmasını seçdiyiniz halda, həmin cihaz(lar)ın yaxud ona daxilolmanın təhlükəsizliyi üçün siz məsuliyyət daşıyırsınız. Bunları etməyiniz vacibdir, çünki, Meyarlara uyğun Kartınızdan icazəsiz istifadə nəticəsində sizə dəyən hər hansı itki üçün biz məsuliyyət daşımırıq və şəraitdən asılı olaraq, Kartı verən qurumunuz Meyarlara uyğun Kart hesabınızdan icazəsiz istifadə üçün sizi məsuliyyətə cəlb edə bilər. Siz Visa Solution-da olan istifadəçi adı, şifrə yaxud Meyarlara uyğun Kartınızdan (əgər varsa) icazəsiz istifadə barədə yaxud Visa Solution-un rəqəmsal pulqabı ilə istifadəsinin yadda saxlanmasını seçdiyiniz halda və ya onların istifadəsi üçün linki olan cihaz(lar)ınız itirilmiş, oğurlanmış yaxud icazəsiz daxilolmaya məruz qalması və ya Visa Solution-dan istifadənizlə bağlı hər hansı digər mövcud yaxud potensial təhlükəsizlik pozulması barədə Visa-nı dərhal məlumatlandıracağınızla razılaşırsınız. Visa, Visa Solution-dakı Meyarlara uyğun Kartlarınızın ləğv edilməsi yaxud onlardan istifadənizin müvəqqəti və ya tamamilə dayandırılması və/yaxud şifrəniz olduğu halda, Visa şifrənizin artıq etibarlı olmadığını hesab edərsə, sizdən onu dəyişdirməyi tələb edilməsi haqqını özündə saxlayır.
Siz Visa Solution-da Meyarlara uyğun Kartlarınızdan istifadə edilməsi və Visa Solution-dan istifadənin yaxud ona daxil olmağın bu Şərtlərə tamamilə uyğun olmasının təmin edilməsi üçün məsuliyyət daşıyırsınız.
Biz Visa Solution üçün təhlükəsizlik tədbirlərini müntəzəm olaraq nəzərdən keçiririk. Lakin, biz İnternet vasitəsilə ötürdüyünüz məlumatların tamamilə təhlükəsiz olduğuna zəmanət verə bilmərik.
5. Kart sahibi ilə Müqavilə
Bu Şərtlər Meyarlara uyğun Kartla bağlı Kart verən qurumunuzla hər hansı müqaviləyə (Kart sahibi ilə Müqavilə) düzəliş etmir və ya onu digər şəkildə dəyişdirmir. Bu Şərtlər və Kart sahibi ilə Müqavilə arasında hər hansı uyğunsuzluq halında bu Şərtlər yalnız siz və Visa arasındakı Visa Solution-la bağlı münasibətləri tənzimləyir, Kart verən qurumunuzla olan Kart sahibi ilə Müqaviləniz isə sizinlə Kart verən qurumunuz arasındakı münasibətləri tənzimləyir. Siz Visa Solution-dan istifadənizin istənilən Kart sahibi ilə Müqaviləyə uyğun olduğunu təmin etmək üçün məsuliyyət daşıyırsınız.
6. Xərclər, Haqlar və Vergilər
Visa Solution-dan istifadə etmək və ya ona giriş üçün tələb olunan istənilən avadanlıq, cihaz, proqram təminatı, modem və İnternet çıxışı və ya digər malların əldə edilməsi, eləcə də müvafiq haqlar, xərclər və digər məsrəflər üçün müstəsna olaraq siz məsuliyyət daşıyırsınız. Siz həmçinin Visa Solution-la bağlı istifadə etdiyiniz hər hansı Meyarlara uyğun Kartla əlaqəli Kart verən qurumun tətbiq etdiyi istənilən faiz, haqq, xərc və ya məsrəflər və Visa Solution-dan istifadənizlə bağlı istənilən vergi yaxud vergi hesabatı öhdəliliyi üçün müstəsna olaraq məsuliyyət daşıyırsınız.
7. Visa Solution-a E-poçt Abunəçiliyi
Bəzi ölkə və bölgələrdə biz istifadəçilərə Visa Solution-un E-poçt Abunəçiliyi siyahısına daxil olmaq seçimi təklif edirik. Visa Solution-un E-poçt Abunəçiliyi siyahısına daxil olmağı seçdiyiniz halda, vaxtaşırı olaraq Visa-dan həvəsləndirici e-məktublar alacağınıza razılıq vermiş olursunuz. Həvəsləndirici məktubların hər birində E-poçt Abunəçiliyinizi ləğv etmək imkanı verən və/yaxud e-poçt seçimlərinizi tənzimləyə və ya E-poçt Abunəçliyinizi ləğv edə biləcəyiniz veb səhifəyə keçmək üçün link yer alacaq. E-poçt Abunəçiliyi siyahısına daxil olmağınız Visa Solution ilə əlaqəli olaraq Visa-nın göndərə biləcəyi idarəedici e-məktubların tezliyinə təsir etməyəcək. Həvəsləndirici e-məktubların göndərilməsi üçün pul tutulmur, lakin üçüncü tərəf verilənləri tarifi tətbiq edilə bilər. Visa Solution-da qeydiyyatda olmadığınız halda, bəzi həvəsləndirmələrdən istifadə etmək imkanınızın olmaya biləcəyinə diqqət yetirin.
Aldığınız bəzi həvəsləndirmələr əlavə xüsusi şərtlər və qaydalar, məxfilik qeydləri yaxud digər açıqlamalar və/və ya tələblərə malik ola bilərlər. Belə həvəsləndirmələrdə iştirak etməyi seçməzdən əvvəl istənilən bu cür əlavə şərtlər, açıqlamalar və/və ya tələbləri mütləq nəzərdən keçirin.
8. E-poçt vasitəsilə digər əlaqələr
Bəzi bazarlarda Visa Solution sizə, başqa şəxsə Visa Solution barədə e-məktub yaxud digər elektron ünsiyyət vasitəsi göndərmə seçimini təqdim edə bilər. Başqa şəxsin e-poçt ünvanını yaxud digər əlaqə məlumatını bizə təqdim etdiyiniz halda, bunu etməyə səlahiyyətli olduğunuzu təsdiq edir və zəmanət verirsiniz, həmçinin bizə, sizin adınızdan elektron ünsiyyət vasitəsi göndərmək üçün birmənalı şəkildə səlahiyyət verirsiniz. Bundan əlavə, alıcı yuxarıdakı 3(i) və 3(ii) Bölmələrinin tələblərinə cavab verməlidir. Biz hər hansı Visa və ya digər müvafiq ”əlaqə saxlanılmamalı” və ya ”elektron məktub göndərilməməli” siyahısında yaxud alıcının birmənalı razılığını tələb edən yurisdiksiyalarda mövcud olan e-poçt ünvanına heç bir elektron məktub göndərilməməsini seçə bilərik.