Təhlükəsiz onlayn alış-verişlər
Gəlin qəbul edək. Həyat Sizə narahatlıq, qayğı və tərəddüd hiss etmək üçün bir çox şans verir.
Visa ilə onlayn alış-veriş onlardan biri deyil.
Verified by Visa
Onlayn alış-verişlər üçün əlavə şifrə təyin edərək təhlükəsizliyin üstün səviyyəsini yaradın.
Verified by Visa onlayn alıcıların əlavə rahatlığını təmin edir. Bu, Visa kartının onlayn istifadəsi zamanı kart sahibinin təsdiqlənməsi üçün tərtib olunmuş şifrə-müdafiəli identifikasiya sistemidir.
Bank ancaq kart sahibinin bildiyi parolu sorğulayaraq elektron ticarət saytına kart məlumatlarını daxil edənin əsl kart sahibi olduğunu yoxlaya bilər. Şifrə özünüzün təyin etdiyi və yadda saxlamalı olduğunuz və ya bankın onlayn alış-veriş anında Sizə SMS vasitəsilə göndərdiyi kod ola bilər. Bu, saxta tranzaksiyaların qarşısını almağa kömək edəcək və ödəmə prosesində bütün tərəflərə əlavə rahatlıq verəcək. Xüsusilə də Visa-nın təklif etdiyi digər təhlükəsizlik xüsusiyyətləri ilə əlaqəli istifadə edildikdə.
İş prinsipi:
- Sizə kart verən banka müraciət edərək və ya tələb edildikdə tranzaksiya zamanı Verified by Visa xidmətini bir neçə dəqiqə ərzində qeydiyyatdan keçirin.
- Aktivasiyadan sonra Verified by Visa bu proqramın iştirakçısı olan bütün internet-mağazalarda müdafiəni təmin edir.
- Proqramın iştirakçısı olan mağazada onlayn alış-veriş edərkən Sizin kartınız avtomatik olaraq Verified by Visa müdafiəsi olan kart kimi tanınacaq.
- Sizdən saytda görünən Verified by Visa pəncərəsində Verified by Visa parolunuzu və ya Sizə verilmiş birdəfəlik kodu istifadə edərək özünüzü identifikasiya etmək tələb olunacaq.
- Verified by Visa kodunuzu daxil etdikdən sonra sadəcə tranzaksiyanı normal üsulla tamamladığınız kimi başa çatdırın.
- Bankınız daxil edilən məlumatları yoxlayacaq və yoxlama uğurla həyata keçirilərsə, tranzaksiya yerinə yetiriləcək.
3-rəqəmli Təhlükəsizlik Kodu
Hər bir Visa kartının arxa tərəfindəki 3-rəqəmli təhlükəsizlik kodu onlayn tranzaksiyalarınızı təsdiqləyir.
CVV2 (Card Verification Value 2) kartınızın arxa tərəfində imza panelinin sonunda qeyd edilmiş təhlükəsizlik kodudur. CVV2 adətən kartın fiziki olaraq iştirak etmədiyi tranzaksiyalarda istifadə edilir. Məsələn, onlayn alış-verişlərdə. Bu, Visa-nın saxtakarlıq baş vermədən onun qarşısını almaq üçün həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən daha biridir.
İş prinsipi:
Siz onlayn tranzaksiya zamanı şəxsi və ödəniş barədə informasiyanı daxil etdikdən sonra 3-rəqəmli CVV2 Təhlükəsizlik Kodu tələb edilə bilər. Bu, satıcını kartı Sizin əlinizdə olduğundan əmin edir. Sadəcə kartınız nəzərdən keçirin və rəqəmi daxil edin. Kart emitenti ödəniş həyata keçməzdən əvvəl kodunuzu təsdiqləyərək Sizin əlavə təhlükəsizliyinizi təmin edir. CVV2 digər təsdiqlənmə üsulları ilə birlikdə istifadə edildikdə Visa kart sahiblərini onlayn alış-veriş zamanı fırıldaqçılıqdan qorumağa kömək edir.
Şübhəli Tranzaksiya
Əgər onlayn alış-verişinizdə problem yaşanarsa, Siz tranzaksiyanın doğruluğunu şübhə altına alaraq əməliyyata etiraz edib ödənişi geri qaytara bilərsiniz.
Visa kartının istifadəsilə onlayn alış-veriş zamanı tranzaksiyada problem yaranarsa, məsələn, aldığınız malı əldə etmədikdə, yaxud zədələnmiş, qüsurlu, saxta mal aldıqda, yaxud alınan mal və ya xidmət təsvir olunanla uyğun gəlmədikdə dərhal Sizə malı satan satıcı ilə əlaqə saxlamalısınız. Əgər problemi satıcı ilə həll edə bilmirsinizsə, emitentinizə şübhəli tranzaksiya barədə məlumat verə bilərsiniz. Yadda saxlayın ki, emitent-bankınız bu müraciəti həyata keçirməyiniz üçün müəyyən müddət təyin edə bilər.
Təhlükəsiz onlayn alış-veriş
Visa-dan məsləhətlər.
Verified by Visa ("Visa Təsdiqləyib") xidmətinə qoşulun
Сервис Verified by Visa («Проверено Visa») предоставляет защиту вашей карты Visa при совершении покупок в интернет-магазинах. С Verified by Visa вы можете быть уверены, что только вы воспользуетесь вашей картой.
Verified by Visa xidməti internet-mağazalarda alış-veriş zamanı Visa kartınızın müdafiəsi üçün təhlükəsiz istifadəni təmin edir. Siz Verified by Visa ilə Visa kartınızdan yalnız özünüzün istifadə etdiyinizdən əmin ola bilərsiniz. Bəzi emitent-banklar artıq Verified by Visa xidmətinə qoşulmuş kartlar verirlər.
Əgər statik Verified by Visa şifrəsindən istifadə edirsinizsə, onu bankomatda daxil etdiyiniz PIN-kodunuz kimi heç kimə bildirməyin. Xahiş edirik, ətraflı informasiya üçün emitent-bankınıza müraciət edin.
Kartınızla aparılan bütün əməliyyatlara nəzarət etmək üçün SMS-bankinq xidmətini qoşun
Yalnız sertifikatlaşdırılmış internet-brauzerlərdən istifadə edin. Veb-səhifənin ünvanı xanasında "s" hərfi olmalıdır - "https".
Kart məlumatlarınızı gizli saxlayın
Visa kartınızın detallarını yalnız alış-verişi həyata keçirdikdə daxil edin. Onları heç bir başqa səbəbdən qeyd etməyin. Ödəniş barədə informasiyanı əsla elektron poçt vasitəsilə ötürməyin. Heç vaxt şəxsi informasiyanı və hesab məlumatlarını elektron sorğuya əsasən təqdim etməyin, hətta bu sorğu sınanmış şəxslərdən və təşkilatlardan gəlsə belə.
Məhsulun çatdırılması və qaytarılması şərtlərini öyrənin
Onlayn-tranzaksiyanı tamamlamamışdan əvvəl internet-mağazanın səhifəsində məhsulun çatdırılma və qaytarılma şərtlərini oxuyun.