*Müəyyən ölkələrdə bu nömrələri, o cümlədən mobil və ya otellərin telefonlarından ödənişli nömrələri yığan abonentlərdən müəyyən haqq tutula bilər. Visa tutulan heç bir rüsuma görə məsuliyyət daşımayacaq. Olduğunuz ölkə siyahıda yoxdursa və ya pulsuz nömrələrin hər hansı birindən istifadədə çətinlik yaşayırsınızsa, +1-303-967-1096 ödənişli nömrəsinə zəng edin. (Ödənişli zənglər yerli operatordan istifadə yolu ilə edilir). Eşitmə məhdudiyyətlisinizsə və ABŞ-dasınızsa, 1-800-TDD-1213 (Kanada üçün: 1-305-278-4285 və digər ölkələr üçün: 1-512-865-2002) nömrəsinə zəng edin.
Dəstək əldə edin
Köməyə ehtiyacınız var? Bizə zəng edin
Tez-tez verilən suallar
Kredit kartları
-
Kredit kartı hesabınıza daxil olmaq üçün emitentin və ya bankın vebsaytına daxil olun. Vebsayt və pulsuz nömrə Visa kartınızın önündə və ya arxasında ola bilər. Əlavə dəstəyə ehtiyacınız olarsa, yuxarıdakı açılan menyudan istifadə etməklə Visa-ya zəng edin.
-
Rüsumun tutulmasına etiraz etmək üçün Visa kartınızın önündə və ya arxasındakı pulsuz nömrədən istifadə etməklə emitentiniz, yaxud bankınız ilə əlaqə saxlayın. Əksər hallarda, emitentiniz və ya bankınız etiraz edilmiş rüsumu ləğv etməzdən əvvəl tranzaksiya ilə bağlı ətraflı məlumat istəyə bilər.
-
Kartınızdan niyə imtina edildiyini nəzərdən keçirmək üçün Visa kartınızın önündə və ya arxasında yerləşən pulsuz nömrədən istifadə etməklə emitentiniz və ya bankınız ilə əlaqə saxlayın. Kartınızdan müxtəlif səbəblərə görə imtina edilə bilər. Emitentiniz və ya bankınız xüsusi imtina səbəbini bildirmək və tranzaksiyanı emal etməklə bağlı təlimat vermək üçün ən üstün imkanlara malikdir.
-
İtmiş və ya Oğurlanmış Visa Kartınız barədə məlumat vermək üçün İtmiş və ya Oğurlanmış kart səhifəmizə daxil olun. Bacarıqlı dəstək komandamız İtmiş və ya Oğurlanmış kartınız barədə məlumat vermək və onu bloklamaq üçün hər zaman sizə kömək edə və* uyğun olduğu halda sizi təcili xidmətlər ilə təmin edə bilər.
-
Visa Kartınızın Üstünlüklərini nəzərdən keçirmək üçün Kartı Üstünlükləri səhifəsinə keçərək əlçatan olan bütün üstünlüklərə baxın (Ənənəvi Visa kartı, Visa Signature® kartı və ya Visa Infinite® kartı olmasından asılı olmayaraq).
-
Bankomat tapmaq üçün Visa-nın Bankomat axtarıcısı proqramına keçib, dünya üzrə 2 milyondan çox bankomat arasından seçim edib, nağd valyuta əldə edin.
Təhlükəsizlik
-
Zəng və ya e-poçt vasitəsilə məlumatlarınız tələb edilərsə, bu məlumatları təqdim etməyin. Bizimlə əlaqə saxlayaraq Visa-nın adından istifadə edilən telefon fırıldaqçılığı barədə məlumat verə bilərsiniz. Visa kart sahiblərinə zəng etmir, e-məktub göndərmir, yaxud şəxsi məlumatlarını tələb etmir.
-
Kimliyinizin oğurlandığını düşünsəniz, (866) ID-HOTLINE nömrəsinə zəng edin, yaxud Əməliyyat üçün müraciət vebsaytına daxil olun. Kimlik oğurlanması Visa kartınız ilə əlaqədardırsa, İtmiş və ya Oğurlanmış kart səhifəsinə də daxil ola bilərsiniz.
Səyahət
-
ATM-lərin əlçatanlığı, təcili hal xidmətləri və xaricdə ikən kömək əldə etmək kimi səyahətlə bağlı ümumi sualların cavablarını Səyahət zamanı dəstək bölməsində tapmaq mümkündür. Səyahət etməyiniz və xaricdə Visa kartınızdan istifadə etməyinizlə bağlı emitentinizə məlumat verib-verməməli olduğunuz barədə suallarınız olarsa, kart emitentinizin saytına istinad edin.
-
Kartınız itərsə, oğurlanarsa, zədələnərsə və ya kart məlumatlarının məxfiliyi pozularsa, biz, adətən, 1-3 gün ərzində təcili kartı təsdiqləmək və sizə çatdırılmasını tezləşdirmək üçün maliyyə təşkilatınız ilə işləyirik. Kömək üçün bizə pulsuz zəng edin (1-800-847-2911), yaxud yuxarıdakı aşağıya açılan menyudan qlobal pulsuz nömrələrimizdən birindən istifadə edin.
Visa tərəfindən təsdiqlənib / 3-D Secure
-
Bir müştəri kimi 3-D Secure üçün qeydiyyatdan keçməkdən ötrü heç nə tələb edilmir. Emitentlər (bank və ya kredit təşkilatı kimi maliyyə müəssisəsi) 3-D Secure tərəfindən təmin edilən əsllik yoxlamasından istifadə edirlər. Onlayn tranzaksiyalarınız Visa ilə qorunur və təkmil təhlükəsizlik texnologiyamız sizi fırıldaqçılıqdan qorumaqla yanaşı satınalmaları daha da asanlaşdırır.
-
Müştəri kimi 3-D Secure ilə bağlı hər hansı bir problemlə qarşılaşmamalısınız. Əgər qarşılaşsanız, kartınızdakı telefon nömrəsindən istifadə etməklə daha ətraflı məlumat üçün emitentiniz və ya bankınız ilə əlaqə saxlayın.
-
3-D Secure avtorizasiyadan qabaq elektron ticarət tranzaksiyaları üçün əlavə təhlükəsizlik səviyyəsi təmin edir. O, tranzaksiyanın hesabın əsl sahibi tərəfindən həyata keçirilməsini təsdiq etmək üçün ticarətçi, kart emitenti və zəruri olquda istehlakçı arasında məlumat mübadiləsinə imkan verir. Bu təhlükəsizlik texnologiyasının fırıldaqçılıqla necə mübarizə aparması və daha yaxşı ödəmə təcrübələrini necə təmin etməsi haqqında daha ətraflı məlumat əldə etmək istəsəniz, 3-D Secure bölməsinə daxil olun.
Ticarətçilər
-
Ticarətçi ilə bağlı narahatlıqlarınız olarsa, bu formanı doldurmaqla dərhal tədbir görə bilərsiniz.
-
Bəli - Əgər Visa Kredit kartından, Visa Debet kartından, yaxud Visa Hədiyyə kartından istifadə edirsinizsə. Əlavə olaraq, ticarətçi satış nöqtəsində (mağazada və ya onlayn) əlavə xərc olacağını aydın şəkildə bildirməlidir. Ticarətçi tərəfindən tutulan əlavə rüsumlar haqqında ətraflı məlumat üçün Visa Qaydaları bölməsinə keçin.
-
Ümumilikdə, ticarətçiyə Visa tranzaksiyası üzrə minimum və ya maksimum məbləğ təyin etmək icazəsi verilmir. Lakin ABŞ-da və Puerto-Riko, ABŞ Vircin Adaları və Quam kimi ABŞ ərazilərində istisnalar tətbiq edilir. Həmin ərazilərdə yalnız kredit kartları üçün ticarətçi 10 ABŞ dolları dəyərində minimum tranzaksiya tələb edə bilər. Ticarətçi Visa debet kartı üzrə minimum və ya maksimum məbləğ tələb edərək, yaxud kredit kartı ilə edilən satınalma məbləğinin 10 ABŞ dollarından yüksək olmasını tələb edərək Visa kartınızı qəbul etməkdən imtina edərsə, Visa kart emitentinizə məlumat verin.