• İstehlakçılar üçün
  • Ticarətçilər üçün
  • Ödəniş partnyorları üçün
  • Niyə məhz scan to pay
  • Necə başlamaq lazımdır?
  • Ondan harada istifadə edə bilərsiniz

Visa-nın QR ödəniş həlli nədir

Telefonunuzla ödəniş etmək üçün yeni bir yol var.

Visa-nın QR əsaslı ödəniş həlli sizə sadəcə telefonunuzdan istifadə etməklə ödənişləri birbaşa Visa ödəniş kartı və ya kredit kartı hesabınızdan bütün növ ticarətçi və bizneslərə göndərmək imkanını verən yeni mobil ödəniş həllidir. Bu o deməkdir ki, istənilən ticarət obyektində VisaBrand nişanını və QR gördükdə siz ödəniş etmək üçün sadəcə olaraq scan to pay-dən istifadə edə bilərsiniz!

İndi smartfonu olan istənilən kəs

Scan to pay with Visa ilə ödəniş edə bilər

Rahatlıq

Sadəcə bir neçə düyməyə basmaqla hərəkətdə olarkən ödəniş edin.  Visa-nın QR ödəniş həlli mobil ödənişləri asan və daha da təhlükəsiz edir - odur ki, mobil telefonu olan hər bir kəs ondan istifadə edə bilər.

təhlükəsizlik nişanı

Təhlükəsizlik

Ödənişlər rəqəmsal olaraq şifrələnib və onları tamamlamaq üçün əsilliyin təsdiqlənməsi və razılıq tələb edilir. Bu isə o deməkdir ki, siz və ticarətçi buna razı olmayana qədər heç bir tranzaksiya hətta başlanıla bilməz.

Qeydetmə işarəsi

Nəzarət

Birbaşa mobil telefonunuzudan hesablarınıza çıxış əldə edin. Belə olduqda siz ticarətçilərə «sorğusuz» ödənişlər göndərə bilərsiniz ki, onlar sizin hesab və ya kart nömrəsini görə bilməsinlər.


Visa-nın QR ödəniş həllindən harada istifadə edə bilərsiniz

Kofe almaq, hesabları ödəmək və ya nahar yeməyi sifariş etməyinizdən asılı olmayaraq Visa-nın QR ödəniş həlli sizə rahat və təhlükəsiz şəkildə ödəniş etmək imkanını verir. Mağazalarda, hesablarda, taksi və sairədə Visa Ticarət Nişanını və QR nişanını axtarın. Visa-nın QR ödəniş həllindən hansı hallarda istifadə edə biləcəyinizə nəzər yetirin:

Mağazalarda

Hesablarda

Taksilərdə

Mobil telefonunuzla digər üsullarla ödəniş etmək üçün Visa-nı seçin:

Visa-nın sorğusuz ödəniş həlli sizə ticarətçilərə rahat və təhlükəsiz ödəniş etmək, ailə üzvləri və dostlarınıza pul göndərmək və pul çıxarmaq imkanı verir

Visa ilə ödəniş etmək üçün Ticarətçi identifikatorunu daxil edin

Sadəcə bankınızın mobil proqramını endirməklə və ya USSD funksiyasında istifadə edərək və ödəniş etmək üçün ticarətçinin identifikatorunu daxil edərək ticarətçilərə rahat ödənişlər edin. Tranzaksiyasını təsdiqləmək üçün sizə dərhal bildiriş göndərilir.

Visa ilə pul göndərin

Qəbul edənin Visa kart nömrəsini və ya mobil nömrəsini daxil etməklə bankınızın mobil proqramı vasitəsilə ailə üzvləri və dostlarınıza təhlükəsiz şəkildə pul göndərin. Pul dərhal göndərilir!

Visa ilə pul çıxarın və yatırın

Telefonunuzdan başqa heç nədən istifadə etməyərək nağd pulu çıxarın və depozit qismində yatırın. Visa debet kartınızdan pul çıxartmaq və ya ora depozit yatırmaq üçün sadəcə QR kodunu skanlayın və ya USSD-dən istifadə edərək nağd pul agenti ilə ticarətçi identifikatorunuzu daxil edin. Vəsait göndərilən kimi həm siz, həm də agent bildiriş alacaqsınız və bundan sonra rəqəmsal qəbz göndəriləcəkdir.


Visa-nın QR ödəniş həllindən bu gündən istifadə etməyə başlayın

İstifadəyə başlamaq üçün bankınızın proqramını endirin:

aba bank

Canadia bank