Alış-verişlərin müdafiəsi və Genişləndirilmiş zəmanət
Kartınızın emitent-bankı Visa Platinum kartınızla alınmış məhsulların itirilməsi, oğurlanması və ya zərər görməsi halında “Alış-verişlərin qorunması” üstünlüyünü təklif edə bilər.
Kartınızın emitent-bankı Visa Platinum kartınızla aldığınız məhsulun istehsalçısının ilkin zəmanət müddətini avtomatik ikiqat artıran “Genişləndirilmiş zəmanət” üstünlüyünü təklif edə bilər.
Kartınızın emitent-bankında bu üstünlüyün alınma imkanını və şərtlərini dəqiqləşdirin. “Alış-verişlərin müdafiəsi” və “Genişləndirilmiş zəmanət” üstünlükləri kartın emitent-bankı tərəfindən təqdim edilir, buna görə də Visa xidmətin şərtləri, təsir dairəsi və bu üstünlüyün təqdim edilmə imkanları ilə bağlı heç bir zəmanət vermir.