Instagram səhifəmizdəki müsabiqədə iştirak edin və şam yeməyi üçün sertifikatlardan birini udmaq şansı əldə edin
Visa-nın müsabiqəsində iştirak edin və ilin ən romantik gününə xoş hədiyyə qazanın - Mari Vanna, Zafferano və ya Rose Bar restoranında şam yeməyi üçün 100 AZN dəyərindəki üç sertifikatdan biri sizin olsun.
İştirak şərtləri
Müsabiqədə iştirak üçün aşağıdakı şərtləri yerinə yetirmək lazımdır:
- Müsabiqə keçirilən müddətdə şəxsi Instagram hesabınızdan Visa-nın Instagram səhifəsini (@visaaz_official) izləmiş olmalısınız/izləməyə başlamalısınız.
- Müsabiqə postunun altında şərh yazaraq sevgilinizdən aldığınız və ya ona verdiyiniz ən yaxşı hədiyyədən bəhs etməlisiniz.
- Həmin şəxsi şərhlərdə qeyd etməlisiniz.
Nəzərinizə çatdırırıq ki, müsabiqədə 18 yaşına çatmış Azərbaycan vətəndaşları, həmçinin müsabiqə keçirilən müddətdə Azərbaycanda yaşayan xaricilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə bilər.
Müsabiqənin qalibləri (əsas və ehtiyat) 19 fevral 2024 tarixində Visa-nın Instagram səhifəsində (@visaaz_official) şərtləri tam yerinə yetirən iştirakçılar arasından randomayzer servisi vasitəsilə təsadüfi üsulla seçiləcək.