11.06.2020-15.08.2020 tarixləri ərzində yanacaq ödənişini QR vasitəsilə Visa kartı ilə edən hər bir E-PUL istifadəçisi 10 manatdan çox ilk ödənişində 5 manat endirim qazanacaq.
Bunun üçün:
- E-PUL tətbiqetməsini yükləyin.
Android üçün https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
IOS üçün https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4; - Tətbiqetmədə qeydiyyatdan keçin və kartınızı təhlükəsiz mobil tətbiqetməyə qoşun;
- Kassadakı operator kassa qəbzini vurduqdan sonra yanacaq kolonkasındakı QR-kodu skan edin;
- Tətbiqetmədə doldurmaq istədiyiniz yanacağın məbləği əks olunacaq;
- Ödəniş bir toxunuşla kartınızdan çıxılır. İstehlakçılar ödəniş məlumatlarına E-PUL tətbiqetməsindəki ödəniş tarixçəsindən baxa bilərlər.
- Həmçinin, operator üçün kassada da müvəffəqiyyətli ödəniş barədə qəbz verilir.
Bu xidmətin üstünlüyü ondadır ki, istehlakçı pos-terminal tələb etməli olmur, operator isə ödənişi qəbul etmək üçün terminalla sürücüyə yaxınlaşmır. Beləliklə, fiziki kontakt həyata keçmir, bu isə həm pandemiya dövründə xüsusilə vacibdir, həm də YDM-nin işini sürətləndirir.
Ətraflı: http://blog.e-pul.az/?p=1990&fbclid=IwAR15ai2syRN5NrFyFMQYMCoAeBYPcsKAu4qFiawDVBDNOgNHfBDuZW_VN6o