Visa kartları ilə Jumeirah Hotels & Resorts-un hotel, spa və restoranları üçün xüsusi təkliflərdən yararlanın

Visa kart sahibləri BƏƏ, Bəhreyn, Küveyt, Oman, Maldiv, Bali, Böyük Britaniya, İspaniya və Çindəki Jumeirah Hotels & Resorts hotellərində istirahətdən daha çox zövq alacaqlar.

Hotellərdə bronu Visa kartları ilə ödəyin, Jumeirah Hotels & Resorts-da yaşayışa 20%-dək endirim əldə edin.

Təklifdən istifadə qaydaları:

  • Yaşayışa endirim əldə etmək üçün saytda https://www.jumeirah.com/en/offers/global-offers/visa-offers bron etməli və ya pulsuz yerli nömrə ilə Mərkəzi bron ofisinə zəng etməlisiniz.
  • Təklifdən yararlanmaq üçün bron Visa kart sahibinin adına tərtib edilməlidir, məkana çatdıqdan sonra və ödəniş zamanı isə Visa kartı və şəxsiyyəti təsdiq edən sənədlər təqdim olunmalıdır.

Təklifin şərtləri:

  • Bronu səyahət başlamazdan ən azı 72 saat əvvəl etmək lazımdır.
  • Tariflər yerli valyuta ilə, yerli vergilər və xidmət xərcləri nəzərə alınaraq ödənilir.
  • Bəzi iştirakçı hotellər üçün minimum yaşayış müddəti keçərlidir.
  • Müəyyən tarixlərdə və müəyyən nömrələr üçün endirimə məhdudiyyətlər tətbiq oluna bilər.
  • Endirim digər təkliflər, aksiyalar və endirimlərlə birgə istifadə olunmur, həmçinin, hədiyyə kuponlarını əhatə etmir.
  • Əgər hoteldən çıxarkən Visa kartı hər hansı səbəbdən keçərli olmazsa, qonaqlara endirimsiz tam hesab təqdim olunacaq.
  • Bütün qonaqlar hotelə daxil olarkən qeydiyyat zamanı skan edilməsi üçün qüvvədə olan şəxsiyyət vəsiqəsinin orijinalını təqdim etməlidirlər (pasport, yaxud milli şəxsiyyət vəsiqəsi).
  • Qonaqlar hesabı bölüşdürüb fərqli kartlarla ödəniş edərsə, endirim keçərli olmayacaq.
  • Təklif mövcud olması şərtilə yeni bronlarda keçərlidir.
  • Tam yaşayışı qüvvədə olan debet və ya kredit Visa kartı ilə ödəmək lazımdır.
  • Bronun ləğv edilməsi ilə bağlı standart qaydalar tətbiq olunur.
  • Wild Wadi WaterparkTM ziyarəti yalnız Dubaydakı qonaqlara təqdim olunur.
  • Bu təklifdən istifadə edən Visa kart sahibləri Jumeirah One balları toplamaq hüququna malikdir.
  • Hotelin qonaqları hesabı çıxış zamanı yox, yerində ödəməlidirlər.
  • Jumeirah Hotels & Resorts öncədən xəbərdarlıq etmədən Qaydaları və Şərtləri dəyişdirmək hüququnu qoruyur.

Əgər qanunvericilikdə nəzərdə tutulubsa, təklif etibarsız hesab oluna, vergiyə cəlb edilə və ya məhdudlaşdırıla bilər. Alıcı bütün müvafiq vergi və rüsumları ödəməlidir. Təklifin yerinə yetirilməsi ilə bağlı müstəsna öhdəlik təklifi verən satıcının üzərinə düşür. Proqramın təchizatçısı istənilən vaxt və öncədən xəbərdarlıq etmədən dəyişikliklər etmək, müəyyən və ya bütün təklifləri dəyişdirmək hüququnu qoruyur.

Visa kart sahibləri yaşayış yerinə endirimlərlə yanaşı Jumeirah Hotels & Resorts restoranlarında və spalarında da xüsusi şərtlər əldə edəcəklər.
Təkliflər bütün Visa kart sahibləri üçün 30 sentyabr 2024-cü il tarixinədək etibarlıdır.