“YAZ FESTİVALI” MÜSABİQƏSİNİN
1) BAŞLANĞIC QEYDLƏRİ
MEALFORREAL (Neftçilər pr. 28) (Bundan sonra: Təşkilatçı) Visa-nın “Yaz Festivalı” Instagram müsabiqəsi üçün (Bundan sonra: Hədiyyəli Müsabiqə) aşağıdakı qaydaları tərtib edir.
Hədiyyəli Müsabiqə 03.03.2023 - 12.03.2023 tarixlərində Visa-nın təklif etdiyi məhsul və xidmətləri təşviq etmək məqsədilə davam edəcək.
Müsabiqənin qaydaları rəsmi Visa Azərbaycan veb-saytında (https://www.visa.com.az/) və Visa Azərbaycan Instagram səhifəsində (https://www.instagram.com/visaaz_official) yayımlanacaq.
2) İŞTİRAK HÜQUQU
Bu müsabiqədə 18 yaşına çatmış və Azərbaycan Respublikası ərazisində yaşayan bütün şəxslər iştirak edə bilərlər.
Aşağıdakı şəxslər müsabiqədə iştirak edə bilməzlər:
- Təşkilatçının işçiləri və/və ya onların birinci dərəcəli ailə üzvləri (valideynləri, həyat yoldaşları, uşaqları, bacıları və qardaşları);
- Müsabiqənin təşkilində və qaliblərin elan edilməsində birbaşa iştirak edən şəxslər.
- Hədiyyəli Müsabiqənin məlumat bazasına əli çatan bütün digər şəxslər və ya onların birinci dərəcəli ailə üzvləri.
3) NECƏ İŞTİRAK ETMƏLİ
“Yaz Festivalı” müsabiqəsində iştirak üçün aşağıdakılara riayət etməlisiniz:
- Instagram sosial şəbəkəsində açıq, yəni hər kəsin gördüyü şəxsi hesabınız olmalıdır.
- Bu hesabdan Visa Instagram @visaaz_official hesabını müsabiqə ərzində izləməlisiniz.
- Şərhlərdə heyran olduğunuz insanı qeyd edin və onun hansı xüsusiyyətini bəyəndiyinizi və ilham aldığınızı qısaca təsvir edin. Bu tanınmış şəxs və ya yaxınlarınızdan biri ola bilər.
- Hədiyyəli Müsabiqə ərzində Instagram hesabını hər kəsə açıq tutmalısınız.
İştirakçının mükafat üçün yarışan şərhi iştirakçının özü tərəfindən yaradılmalıdır.
Təşkilatçı cinayət, narkotik və alkoqoldan istifadənin təbliği və ya sadəcə istifadəsi kimi qeyri-münasib məzmunlu şərhləri nəzərə almayacaq.
Yalnız müsabiqənin tələblərinə uyğun şərhlər mükafat üçün seçiləcək.
İştirakçı bir hesabdan sonsuz sayda şərh yaza bilər. Lakin hər şərhdə fərqli şəxsləri qeyd etməsi mütləqdir.
4) QALİBLƏRİN SEÇİMİ – ELAN OLUNMASI
Hədiyyəli Müabiqə Qaliblərinin (əsas və ehtiyat) müəyyən edilməsi Təşkilatçı tərəfindən 13 mart 2023 tarixində random.org saytında bu Qaydaların bütün şərtlərinə tam əməl etmiş İştirakçılar arasında təsadüfi seçim yolu ilə həyata keçiriləcək.
Püşkatma instaqramda @visaaz_official səhifəsində canlı yayımlanacaq.
Təşkilatçı qalibi elan edəcək və onun Instagram hesabı (Hədiyyəli Müsabiqədə iştirak etdiyi hesab) Visa Azərbaycan veb-saytında (https://www.visa.com.az), həmçinin Visa Instagram səhifəsində https://www.instagram.com/visaaz_official Hekayə formatında 13.03.2023 tarixindən gec olmamaq şərtilə yayımlanacaq.
Müsabiqə ərzində müsabiqədə iştirak edən bütün iştirakçıların mükafat udmaq şansı var.
Qalibləri üç nəfərdən ibarət münsiflər heyəti elan edəcək. Qalibləri müəyyən edəcək münsiflər heyəti aşağıdakılardan ibarətdir:
1. Anna Laşta (ID 036398520, Ukrayna)
5) MÜKAFAT FONTU
Mükafat fondu ibarətdir:
- Bu üç restorandan birində istifadə üçün 100 AZN dəyərində kupon: @rosebarbaku, @nakhchivanrestaurant və ya @beerbashabaku.
Mükafat sayı: 1 (bir)
Mükafat nağd pula, digər məhsul və ya xidmətlərə dəyişdirilə bilməz.
6) MÜKAFATLARIN QƏBUL EDİLMƏSİ
Mükafatın qalibi ilə qalib elan olunan gün ərzində Instagram sosial şəbəkəsində @visaaz_official profili vasitəsilə əlaqə saxlanacaq və mükafatı təhvil vermək üçün məlumatları tələb olunacaq.
Mükafatın qalibi şəxsi məlumatlarını (ad və soyad), aktiv telefon nömrəsini və mükafatı çatdırmaq üçün ünvanı mütləq təqdim etməlidir.
Bu informasiya əldə edildikdən sonra qaliblə mükafatın təhvil verilmə vaxtı, yeri və forması razılaşdırılacaq.
Mükafat 20.03.2023 tarixindən gec olmamaq şərtilə təqdim olunacaq.
Qalib elan edilmiş İştirakçının şəxsi məlumatları (1) qaliblə əlaqə saxlamaq və təsdiq etmək, (2) mükafatı təqdim etmək (3) sorğuları həll etmək üçün Təşkilatçı tərəfindən emal ediləcək.
Şəxsi məlumatların verilməsindən imtina mükafatın təqdim edilməsini qeyri-mümkün edir.
Əgər mükafatın qalibi tələb olunan məlumatları Təşkilatçıya qeyd edilən vaxt ərzində (əlaqə saxlanandan sonra 3 gün ərzində) təqdim etməzsə, Təşkilatçı bundan sonra mükafatların verilməsinə görə məsuliyyət daşımır və qalib mükafat üzərində əlavə heç bir haqqa sahib olmur. Bu halda Təşkilatçı ən yaxın cavabı verən növbəti iştirakçı ilə əlaqə saxlayacaq və beləcə Təşkilatçıya tələb olunan məlumatı təqdim edən iştirakçıya qədər davam edəcək.
Hədiyyəli Müsabiqənin qalibi bu Qaydalarda qeyd olunandan əlavə mükafatlara iddialı olmaq hüququna malik deyil.
Mükafat nağd pula, digər məhsul və ya xidmətlərə dəyişdirilə bilməz və ya uduş qəbul edildikdən sonra başqa şəxsə verilə bilməz.
Mükafat təhvil verildikdən sonra Təşkilatçıların qaliblər qarşısındakı bütün öhdəliklərinə xitam veriləcək.
7) HƏDİYYƏLİ MÜSABİQƏNİN İŞTİRAKÇILARI
Bu Hədiyyəli Müsabiqədə yalnız Azərbaycan Respublikasının ərazisində yaşayan yetkin fiziki şəxslər iştirak etmək hüququna malikdirlər.
Hədiyyəli Müsabiqədə iştirak edən şəxs bu Qaydalarda qeyd edilən hüquqları və öhdəlikləri qəbul edir.
Təşkilatçı qaliblərin müəyyən edilməsi zamanı əldə edilən məlumatları üçüncü şəxslərə verməməyi və iştirakçıların şəxsi məlumatlarının məxfiliyini və gizliliyini mümkün ən yüksək həddə qorumağı öhdəsinə götürür.
Bütün iştirakçılar Hədiyyəli Müsabiqədə iştirakla əlaqədar yarana biləcək hər hansı xərc və ya məsrəflərə görə məsuliyyət daşıyırlar (İnternetə çıxış xərcləri daxil olmaqla).
Təşkilatçı istənilən vaxt aşağıdakı hallarda iştirakçıları qiymətləndirmək hüququnu özündə saxlayır:
- İştirakçı iştirak etdiyi Hədiyyəli Müsabiqənin qaydalarını pozubsa;
- İştirakçı profili açıq etməyibsə;
- İştirakçı şərhin müəllifi deyilsə, əgər şərhi özü yazmayıbsa və ya hər bir iştirakçı üçün üç ədədlə məhdudlaşan cəhdlərin sayını artırmaq üçün açılmış hesabdan şərh yazıbsa;
- İştirakçı irqi, etnik, gender və ya digər mövzularda təhqiramiz şərh yazıbsa;
- İştirakçı Azərbaycan Respublikasının qanunvericiliyi daxil olmaqla, digər hüquqları, həmçinin Müəllif hüququ və onunla əlaqəli hüquqları pozubsa;
- Hədiyyəli Müsabiqə zamanı kompüter məlumatlarının, proqramlarının və ya sistemlərinin məxfiliyini, bütövlüyünü və əlçatanlığını hər hansı şəkildə pozubsa və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müddəalarına uyğun olaraq kompüter saxtakarlığı və/və ya kompüter fırıldaqçılığı cinayətini törədibsə.
9) MÜBAHİSƏLİ MƏSƏLƏLƏR
Təşkilatçı ilə iştirakçılar arasında mübahisə yaranarsa, tərəflər bu müsabiqədən irəli gələn bütün mübahisələri razılaşma əsasında həll etməyə çalışacaqlar və bu mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasında səlahiyyətli məhkəmə tərəfindən həll ediləcək.
10) ÖHDƏLİKLƏRƏ XİTAM VERİLMƏSİ
Mükafatlandırma mərasimindən sonra və ya mükafatlandırma mərasimi üçün son tarixdən sonra Təşkilatçının qalib qarşısında bütün öhdəliklərinə xitam verilir.
11) HƏDİYYƏLİ MÜSABİQƏNİN LƏĞV EDİLMƏ EHTİMALI
Təşkilatçı istənilən vaxt əvvəlcədən izahat vermədən müsabiqəni dayandırmaq hüququnu özündə saxlayır.
Bu halda iştirakçılara Visa Azərbaycan veb-saytında (https://www.visa.com.az), həmçinin Visa Azərbaycan Instagram səhifəsində https://www.instagram.com/visaaz_official məlumat veriləcək.
12) MƏSULİYYƏT MƏHDUDİYYƏTİ
İştirakçı hər hansı səbəbdən Visa Azərbaycan Instagram səhifəsinə https://www.instagram.com/visaaz_official daxil ola bilmədikdə təşkilatçı heç bir məsuliyyət daşımır.
Təşkilatçı Instagram sosial şəbəkəsində məzmunun itirilməsinə və ya yanlış istiqamətləndirmələrə, zədələnmələrə və ya çatdırılmamış məlumatlara görə, həmçinin istər elektron ünsiyyətə təsir edə biləcək texniki çətinliklərə, istərsə də hər hansı digər hallara görə heç bir məsuliyyət daşımır.
Təşkilatçı müəllif hüquqları və ya əqli mülkiyyət hüquqlarının pozulmasına görə üçüncü şəxslər qarşısında məsuliyyət daşımır.
Hər hansı yanlış anlaşılmaların qarşısını almaq üçün Visa Inc. və onun filialları bu müsabiqənin təşkilatçıları hesab edilmir və buna görə də onlar mükafatlarda, püşklərdə və/və ya paylamada, eləcə də qalibin müəyyən edilməsində iştirak etməyəcək və şərtlərə Azərbaycan Respublikasının müvafiq qaydalarına əsasən əməl olunmasına görə məsuliyyət daşımayacaq və iştirakçıların Təşkilatçıya yönəltdiyi heç bir iddiaya görə məsuliyyət daşımayacaq.
Qalib şərhlərə sahib olmaq hüququ müsabiqə Təşkilatçısı tərəfindən əldə edilir.
Təşkilatçı bu müsabiqəsinin müəllifidir və onun başdan sona keçirilməsinə görə cavabdehdir.
13) HƏDİYYƏLİ MÜSABİQƏNİN QAYDALARININ DƏYİŞDİRİLMƏ HÜQUQU
Təşkilatçı istənilən vaxt müsabiqənin qaydalarını birtərəfli qaydada dəyişmək hüququnu özündə saxlayır və bu barədə Visa Azərbaycan veb-saytında (https://www.visa.com.az), həmçinin Visa Azərbaycan Instagram səhifəsində https://www.instagram.com/visaaz_official məlumat veriləcək.