Premium Visa kartları ilə komfortla səyahət edin

Alanya, Antalya, Bodrum, İzmir və İstanbul aeroportlarına gediş/gəliş zamanı pulsuz transfer xidmətindən yararlanın

Xidmət hansı kartlar üçün keçərlidir*

Visa Platinum
x2

Visa Signature
x4

Visa Infinite
x6

*Limitlər bütün şəhərlər üçün ümumilikdə göstərilib. Məsələn, siz ildə 4 transferdən istifadə edə bilərsiniz. 4 transferin hamısını bir şəhərdə, yaxud hər dəfə fərqli şəhərdə istifadə etmək mümkündür: bir dəfə İstanbulda, ikincisini Bodrumda, üçüncüsünü Antalyada, dördüncüsünü isə transfer xidmətinin keçərli olduğu istənilən digər şəhərdə. Visa kartınız üçün keçərli limit çərçivəsində üstünlükdən hansı şəhərdə istifadə etmək istədiyinizi özünüz seçirsiniz.

Xidməti necə əldə etmək olar:

  1. Visa Concierge çat-botunda qeydiyyatdan keçin, yaxud daxil olun;
  2. Çat-botun menyusunda "Aeroport transferləri"ni seçin;
  3. Xidmətdən istifadə qaydaları ilə tanış olun və qəbul edin;
  4. Visa kartınızı qoşun və xidmətin mövcudluğunu yoxlayın.

Transferi necə sifariş etmək olar:

Nəzərinizdə olsun ki, transferi avtomobilin sizi götürməli olduğu vaxtdan ən azı 12 saat əvvəl sifariş etmək lazımdır.

  • Əgər xidmət mövcuddursa, lazımlı aeroportu seçin.
  • Çat-botda adınızı və soyadınızı, sərnişinlərin və baqajın sayını, reysin nömrəsini, avtomobilin sizi götürəcəyi ünvanı, tarixi və vaxtı qeyd edin. Həmçinin ad lövhəsində yazılmalı olan mətni, aviabileti və əlavə xidmətləri də qeyd edin.
  • Təsdiqi gözləyin və sifariş zamanı bütün məlumatların düzgün qeyd olunduğundan əmin olun.

Hər hansı dəyişiklik, yaxud ümumiyyətlə sifarişi ləğv etmək lazım olarsa, avtomobilin sizi götürəcəyi vaxtdan ən azı 6 saat əvvəl çat-botla əlaqə saxlayın. Əks halda xidmət göstərilmiş hesab olunacaq.

Pulsuz transfer xidməti hansı şəhərlərdə və İstanbul aeroportlarında keçərlidir:

Transfer xidmətinin göstərilməsi şərtləri və məhdudiyyətləri:

  • Əgər vaxtında gəlməmisinizsə, transfer həyata keçirilmiş hesab olunacaq. Gözləmə müddəti: aeroporta transfer üçün - 30 dəqiqə, aeroportdan transfer üçün təyyarə endikdən sonra - 60 dəqiqə.
  • Transfer sifarişi maksimum 5 sərnişin və 5 ədəd standart ölçülü (22 düym və ya 55x25x35 sm) baqaj üçün nəzərdə tutulub. Böyük baqaj (28 düym və ya 76x48x29 sm) 2 ədəd baqaj olaraq qəbul ediləcəkdir. Baqajın həcmindən asılı olaraq, hər avtomobil üçün baqaj limiti təyin olunur və müraciət zamanı sərnişinə müvafiq məlumat verilir. Qeyri-standart baqajın daşınması qəbul edilmir.
  • Transfer sürücüsü özündən asılı olmayan hallar yarandıqda xidməti göstərməkdən imtina edə bilər:
    • transfer barədə yanlış, yaxud natamam məlumatlar verilmişdir;
    • sərnişin, yaxud onu müşayiət edən şəxslər alkoqol, yaxud narkotik maddə təsiri altındadır;
    • sərnişinin, yaxud onun yol yoldaşlarının davranışları özlərinin sağlamlığına, yaxud avtomobilin vəziyyətinə zərər verir.
  • Sürücü sərnişindən şəxsiyyətini təsdiq edən sənədləri tələb etmək hüququna malikdir.
  • Əlavə xidmətlərə görə (məsələn, uşaq oturacağı) əlavə ödəniş tələb oluna bilər, bunu çat-botda qeyd edin.

Transferdən yararlanmaq imkanı əldə etmək üçün 35 gün ərzində smartfon və ya ağıllı saata qoşulmuş Visa Platinum, Visa Signature və Visa Infinite kartları ilə Google Pay və ya Apple Pay vasitəsilə 100 AZN məbləğində ödəniş etməlisiniz.

Təklif Azərbaycan bankları tərəfindən buraxılmış Visa Platinum, Visa Signature və Visa Infinite premium kartları üçün 30 sentyabr 2024 tarixinədək keçərlidir.

Azərbaycanda premium Visa kart sahibləri üçün təklif olunan digər üstünlüklərdən də yararlanın

A person in a suit holding a phone

31 dekabr 2024 tarixinədək

PASHA Travel

Digər ölkələr üçün vizanın pulsuz tərtib edilməsi xidmətindən yararlanın

31 avqust 2024 tarixinədək

Pulsuz transfer

Heydər Əliyev Beynəlxalq aeroportuna gediş/gəliş üçün pulsuz transfer

30 sentyabr 2024 tarixinədək

CIP Service (CIP Terminal)

Aeroportda VIP-xidmət

30 sentyabr 2024 tarixinədək

Premium Lounge

Heydər Əliyev Beynəlxalq aeroportunda reysinizi komfortlu Premium Lounge-da gözləyin