2 iyun 2021-ci il tarixindən etibarən Visa Azərbaycan dəmir yolları, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı ilə birlikdə şəhərkənarı dəmir yollarında kontaktsız ödənişləri genişləndirir – sərnişinlər Bakı-Sumqayıt elektrikli qatarının şəhərkənarı marşrutunun 14 stansiyasında istənilən bankın Visa ödəniş kartları ilə gedişləri kontaktsız şəkildə ödəyə biləcəklər.
İndi bütün stansiyalardakı 27 biznes-terminalda kontaktsız ödəniş imkanı ilə biletin sinfini biznes-sinfinədək artırmaq olar. Tarif – dərəcələrə bölünür və səyahətin məsafəsindən asılıdır. Gedişin qiyməti – sərnişinin keçdiyi stansiyaların sayına əsasən hesablanır.
Həmçinin, Azərbaycan Beynəlxalq Bankı tərəfindən buraxılmış bütün Visa kart sahiblərinin iki ay ərzində pulsuz gediş əldə etmək imkanı var.
Kontaktsız sistem sayəsində Visa kart sahibləri Bakı dairəvi dəmir yolunun elektrikli qatarlarının bütün stansiyalarında gedişin dəqiq məbləğini rahat və təhlükəsiz şəkildə ödəyə bilərlər.
Yaxşı yol!